Bakыnыn Qurtuluшu
95
Bəli, şair haqlıdır. Görüşlərində və həyəcanlarında olduğu kimi,
kehanetlərində də haqlıdır. Müqəddəs yurd torpaqları gasıp və qəddar
düşmənə sipər ola bilməzdi və olmadı da.
Qəhrəman Qurtuluş ordu-
su düşməni saxlandığı səngərlərdən süngüsünə keçirmiş və Xəzərə
tökmüşdü. Bakını bürüyən hərb meydanı düşmən cəsədləri ilə
dolmuşdu. “Allah, Allah” sədalarını top gurultuları və silah səslərinə
qarışdıran müzəffər qurtuluş ordusunun şəhərə girməkdə olduğunu
görən düşmən təslim bayrağı qaldıraraq aman diləmişdi.
İstiqlal savaşını zəfərə çatdıran və bizə hürr və məsud bir
istiqlal həyatından bəhs edən bu möhtəşəm səhifəni Əhməd Cavad
aşağıdakı misralarda əbədiləşdirmişdi:
Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan.
Tək bir səslərini uzaqdan duyan,
Düşmənimiz aman istər, Bismillah! (47, s. 3-5).
“Azərbaycan” aylıq Kültür Dərgisi.
Sentyabr 1953, yıl 2, sayı 6(18)
Nяsiman Yaqublu
96
“Azərbaycan” aylıq Kültür
Dərgisinin redaksiya məqaləsi
15 SENTYABR 1918
Bundan tam 40 il öncə, 15 Sentyabr 1918-ci il tarixdə şanlı Türk
Ordusu, Azərbaycan könüllüləri ilə birlikdə Bakını düşmən
istilasından qurtarmışdı.
zərbaycan 28 May 1918-ci ildə İstiqlalını elan edər-
kən, Başkəndi Bakı ilə birlikdə, məmləkətin bütün
əsas hissəsi düşmən əsarətində idi.
Çar Rusiyası kimi bolşevik Rusiyası da Qafqazı
və onun şahdamarı olan Bakını əldən buraxmaq istəmirdi. Gah daş-
naklarla, gah da kayzer Almaniyası ilə anlaşaraq Azərbaycan əhalisini
qətliam bahasına da olsa, əsarətdə saxlayırdı. Bakıda Mart faciəsini
təşkil edərək minlərcə məsum insanı Şaumyanın əlilə qılıncdan keçir-
dikdən sonra Şamaxını yenidən viran etmiş və Lənkəranı qanla boğ-
muşdu. Əfsus yenə də məqsədinə nail olmamışdı.
Gəncə ətrafında
birləşərək, yenilməz mücahidlərin mərd sinələrindən aşılmaz bir
sədd quran Azərbaycan Milli Müqavimət hərəkatı, bolşeviklərin
Bakıya doğru hərəkatına mane olmuşdu. Bu müqavimət sayəsində
Qafqazın başdan-başa sovetləşdirilərək yenidən bir rus sömürgesi xü-
susunda Leninin Qafqaz fövqəladə komissarı Şaumyana vermiş oldu-
ğu geniş səlahiyyətlər hakim qalmışdı.
İxtilaldan sonrakı Qafqazda milli-dini ümidlərdən və tarixi ənənə-
lərdən ilham alaraq, Rusiya ilə hər növ zorakı bağları başlanğıcdan
etibarən çözüb atmağa hazırlanan əsas ünsürü Türk-İslam əksəriyyəti
təşkil etməkdə idi. Xristian ünsürlər, Rusiyadan başqa, bolşevik reji-
minə qarşı mücadilə etdikləri üçün Rus imperatorluğundan qəti surət-
də ayrılma mövqeyində davranırdılar. Nitekim, Cənubi Qafqaz Sey-
mində Qafqazın Rusiyaya hər növ irtibatını kəsərək bağımsız bir
siyasi vəhdət halına gəlməsini israrla təhdid edən və ən sonda ger-
çəkləşən qüvvə də başda Müsavat Partiyası olmaqla Seymin Müsəl-
man Fraksiyası olmuşdu.
A
Bakыnыn Qurtuluшu
97
Azərbaycan Milli Müqavimət Hərəkatı bolşeviklərin Tiflisə və Ba-
tuma doğru irəliləyişini dayandırmışdı. Əfsus, Seym hökuməti Bak-
ının istilasına qarşı heç bir yardım etməmişdi. Bu durum qarşısında
hər şeydən əvvəl, millətin varlığını qurtarmaqla məşğul olan müstəqil
Azərbaycan Hökuməti, Seymin inhilalından dərhal sonra Bakının
xilası məsələsini ələ alaraq, Osmanlı Hökumətindən yardım istəmişdi.
Birinci Dünya Müharibəsinin sona yaxınlaşmasına və Türkiyənin
çox zəif düşməsinə uyğun Böyük Vətənpərvər Sədrəzəm Tələt Paşa-
nın idarə etdiyi Ənvər Paşanın Hərbiyyə Nəzarətini etdiyi qardaş Os-
manlı Hökuməti bu müraciətə məmnuniyyətlə cavab vermiş və
Nuru
Paşanın komandası altında xüsusi bir Qafqaz İslam Firqəsini
Azərbaycana yardıma göndərmişdi.
Bu firqə Alman Komandanlığının yaratdığı çətinlikdən irəli gələ-
rək Tiflis-Bakı dəmiryolu xəttindən istifadə edə bilmədiyi üçün İran
torpaqları üzərindən keçərək Gəncəyə gəlmiş və Azərbaycan könüllü-
ləri ilə birləşərək məmləkətin əsas hissələrini düşməndən xilas
etdikdən sonra Bakı qapılarında dayanmışdı.
Birləşmiş Türk Milli Qüvvələrinin xaricdən hücumu nəticəsində
Bakı Sovet idarə sistemini təşkil edən Bolşevik-Menşevik-Eser-Daş-
nak millətçi qüvvələri birləşmiş və Şaumyan
hökuməti devrilərək yeri-
nə Rus Xəzər Donanmasına söykənən “Sentrokaspi” idarəsi keçmişdi.
Bakını mühasirə edən Birləşmiş Türk Qüvvələri təşkilat və təchi-
zat etibarilə heç də şəhər daxilindəki yabançı düşmən birliklərindən
üstün deyildi. Hələ Anadoludan göndərilən yardımçı qardaş Türk qüv-
vələrinin sayı da böyük sayıla bilməzdi.
Düşmən İrandakı ingilis qüvvələrindən tam təşkilatlı və təchizatlı,
təqribən iki min nəfərlik yardım almışdı. Bakı daxilindəki yad qüv-
vələr o günün şərtləri içində bir az gec də olsa, Xəzər dənizi üzərindən
maliyyə ala bilirdilər. Nəhayət Azərbaycanın siyasi şəraiti Qafqaz
qonşuları da daxil olmaqla bütün dünyadan təcrid edilmişdi. Yardımı-
na gələn Anadolu qüvvələri də o günün şərtləri içərisində Türkiyədən
maliyyə ala bilmirdilər. Əldə olan nə vardısa ancaq onunla iş görmək
lazım gəlirdi.
Bütün bunlara rəğmən Müzəffər Milli Qüvvələr 15
Sentyabr 1918-ci il tarixdə mərhum general Mürsəlin başçılığı ilə
Bakını azad etmişdilər. Çünki bütün Azərbaycan xalqı xilaskar ordu
ilə birlikdə bütün var-yoxunu onun əmrinə buraxmışdı. Xalq
yardımına qoşulan Anadolu qardaşlarına mehriban qucağını açmış və
onların səflərinə qatılaraq birgə zəfər üçün canını və malını fəda et-
mişdi. 1918-ci ildə Bakı vuruşlarında iştirak edənlər və ya o sıralarda
Azərbaycanda olanlar
Türk birliyinin qüdrətinə, idealist Türk
gəncliyi-
nin qeyrətinə və xariqələr yaradan Türk gücünə şahid olmuşdular.