Nяsiman Yaqublu
88
Mirzə Bala
QAFQAZ İSLAM ORDUSU
iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azər-
baycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya
görə Azərbaycan komandanlığının əmrinə göndərilən
5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özü-
nə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci
ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordu-
su 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı ta-
rixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başla-
mış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-
Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan
sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Os-
manlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri
alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas
edəcəkdi.
30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi
bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis
işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt
Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə:
“Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz
aksamının (ərazisinin) 24. 10. 1918-ci il tarixindən etibarən altı həftə
ərzində xilası icra ediləcəkdir”.
Brest-Litovsk müqaviləsi yalnız Batum, Ərdəhan və Qars
vilayətlərini əlinə alır və başqa bir yazımızda da anlatdığımız kimi,
Moskva bu hüdud xaricində, yəni Azərbaycan və Şimali Qafqazda
Osmanlı ordusunun hərəkətini hər zaman protesto etmiş və buna
mane olmaq üçün Almaniya ilə, Bakı nefti hesabına bir anlaşmaya
da girirdi. Osmanlı dövləti ilə müttəfiqlərinin məğlubiyyətinə görə
Moskva tərəfindən tamamilə feshedilmiş (ləğv edilmiş) olan bu Brest-
Litovsk müqaviləsi “Hər millətin öz müttəfiqlərini ancaq özünün təyin
etmək haqqına malik olduğundan” da bəhs etməkdə idi. Sovet
Rusiyası tərəfindən də qəbul və elan edilən bu prinsipləri irəli sürən
4