Bakыnыn Qurtuluшu
83
bir çarə qalmadığına qane oldular. Cəfəng Qekçiqori hökumətini
susdurub, yerinə sülhçü Çengeli kabinəsini gətirdilər. Batumda yeni
müzakirə başladı. Çengeli Trabzondakı türk iddiasının artmayacağına
ümid edərkən, həqiqət təsəvvür etdiyi kimi çıxmadı. Batum ilə Qarsda
tökülən türk qanına İstanbul hökuməti qanhaqqı olaraq yeni bir ərazi
tələb edirdi. Axsixə, Axalkələk, Aleksandropol, Sürməli və Naxçıvan
qəzaları bu tələbi təşkil edirdi.
Cənubi Qafqaz icazəli heyəti ilə türk təşrif heyəti Batumda
müzakirə məşğulunda ikən, Nuru Paşa ilə bərabər bir neçə zabiti İran
və Qarabağ tərəfdən Gəncəyə daxil olmuşdular. O zaman müdhiş bir
anarxiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə hədələnən
Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı.
Batum müzakirəsi bir çox çətinliklərə məruz qalırdı.
Müzakirə
uzanırdı. Gürcülər artıq Cənubi Qafqaz hökuməti itaətində qalmağı
öz hesablarına zərərli görür, əl altından Almaniya ilə danışıqlar
aparırdılar. Türkiyə ilə müttəfiqi Almaniya arasında ixtilaf gürcülərə
belə bir hərəkətin faydalı olacağını təlqin edirdi. Nəhayət əmr yerinə
yetirildi. Mayın 26-da Gürcüstan Cənubi Qafqazdan ayrı özbaşına
müstəqil bir cumhuriyyət təşkil etdiyini elan etdi.
Gürcüstanın Cənubi Qafqaz federasiyasından çıxmaları üçün
birləşmiş hökumət parçalanmışdı. Bunun üçün Seymdəki müsəlman
üzvü də gürcülər kimi özlərinin Azərbaycan Milli Şurasını elan etdilər.
İki gün sonra Mayın 28-də Milli Şura Azərbaycanın istiqlalını
elan etdi və bu hadisəni 30 may tarixli yayımı ilə bütün dövlətlərə
bildirdi. Milli Şura istiqlal elanı ilə bərabər Azərbaycan hökumətini
də təşkil etdi. İlk hökumət, Tiflisdə Azərbaycan milli hərəkatının
düşmənləri tərəfindən qətlə yetirilən mərhum Fətəli xanın rəyasət
heyətində təşəkkül etmişdi.
Cənubi Qafqaz hökumətinin dağılması ilə Batumdakı icazəli he-
yəti də dağılmış, onun müqabilində Azərbaycan, Gürcüstan və Ermə-
nistan heyətləri münfəridən sülh müzakirəsini idamə etdirmişdilər
(fərqli qaydada sülh müqaviləsini davam etdirmişdilər). Batumda 4
iyunda dövlət mənafeyi naminə Ədliyyə naziri və birinci müavin Xəlil
bəylə Şərq orduları komandanı
və ikinci müavin Vəhib Paşa, Azərbay-
can naminə Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə və Xarici İş-
lər naziri Məhəmməd Həsən bəylər tərəfindən bir əhdnamə imza edil-
di. Bu əhdnamənin 4-cü maddəsinə görə məmləkətin əmniyyət və asa-
Bakыnыn Qurtuluшu
85
“... Bəli əfəndilər! Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə
naqis də olsa milli hakimiyyəti təmsil edən bir müəssisənin
(təsisçilərin) bu surətlə meydandan çəkilmək məcburiyyətində
qalması heç şübhəsiz, demokratiyanın bir ricəti (geriyə qaytarma,
geriləmə və irticanın bir müvəffəqiyyətidir). Bu ricət (geriləmə) ağ
və təmiz qüvvələrə müqabil qara və pak qüvvələri qüvvətləndirə-
cəkdir. Bu nöqteyi-nəzərdən görülüncə ilk baxışda bizim halımız
Ukraynanın halına bənzəyir. Bu hallar bizdə Rusiya inqilabının ifla-
sına dair bir əqidə formalaşdırır. Fəqət, əfəndilər! Zavahirlə qalmayaq,
səthi düşünməyək, həm də məyus olmayaq. Rusiya inqilabı, nə
deyirlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə edəcək-
dir? Bu sualla “Böyük Rusiya” fikri ilə zəhərlənmiş rus inqilabçıları
nöqteyi-nəzərindən deyil, inqilabın öz kəndi təbiətini təhlil edərək
cavab verməlidir. Belə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur
siniflərlə məhkum millətləri azad etməlidir. Məğdur (zərər çəkən)
siniflər, etiraf edək ki, istədiklərindən yaxşısını aldılar. Millətlər isə
bir-bir istiqlal əldə edirlər. İnqilab dünyanın altıda birini tutan böyük
Rusiya yaratmaq vəzifəsində idimi? Qətiyyən deyildi. İfrata varan
sinif hürriyyətləri əlbəttə ki, qeyd olunacaq və mötədil (liberal) bir
şəklə girəcəkdir. Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hürriyyət
deyil, bir afətdir (fəaldır). Fəqət, bu yolda ediləcək ricət (geriləmə),
əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun övtə-
sində (o tərəfində) deyil, gerisində saxlanacaqdır. Demək, əvvələ
nisbətdə hər halda yaxşı olacaqdır.
Əfəndilər! Mən sabit Rusiya
ərazisində baş verən bu hadisəyə belə baxıram. Buna görə də hələ
ümidlərimlə yaşayıram. Əfəndilər, bilirəm ki, Azərbaycan Rusiya
inqilabının doğurduğu müsbət nəzəriyyələrlə elan etdiyi əsil
hürriyyətdən son dərəcə istifadə edəcəkdir. İştə müstəqil bir Azər-
baycan: siyasətin hürriyyət və istiqlal edəcək Azərbaycanda icti-
mai hürriyyətlər və bəşər hüququna aid düsturlar hər halda istila-
çı Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə
etmirəm. Hətta, əfəndilər, söyləmək istəyirəm ki, Azərbaycan Qaf-
qazda ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan
daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə nüfuz
edəcəyi təsəvvür edilən qüvvə yad bir qüvvə deyil, öz qüvvəmizdir
(alqışlar). Buradan istiqbal böyük və şanlı bir millətin müxtəlif şöbə
və budaqlarını tovhidə doğru gedəcəyi eyni məqsədimizdir (alqışlar).