Nяsiman Yaqublu
68
Bən istərəm ki, şu günəş yıldızları dikəltsin!
Bən istərəm, şu günəşə bütün yer-göy tapınsın,
Qurd, quzu həp bir otlasın, bir yatağa sığınsın.
Dörd yanımda ildırımlar çaxsın, şimşək oynasın.
O günəşdir iştə bənim taleyimin ülkəri”.
Qadın
Oylə isə öyklü oğlum, ayı, yıldızları
Bir-birinə bitişdirib uğurlu bir bir günəş yap! (20, s. 552-553)
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, Qafqaz
Unuversiteti Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, N006, 2008.
Bakыnыn Qurtuluшu
69
ƏBDÜ ƏFƏNDİZADƏ
Hər ürəkdə səbt olubdur (yazılıbdır):
YA ÖLÜM, YA TÜRKIYƏ!
BİR NEÇƏ SÖZ
İslam aləmində yaşayan diri millət yalnız Osmanlı olub, mabaqisi
ölümcül bir halda imrari-həyat etməkdədir. İçərisində yaşadığımız
aləmşümul müharibə burasını dəfaət ilə sübuta yetirdi. Binaən bəri
bizlərdən bu halda hakim olmaz. Hər kəs bu iddiaya düşərsə, millətinə
böyük bir xəyanət etmiş olur. Buna görə Türk və İslam aləmi
xülafəyi-ali-osman bayrağı altında birləşib şanlı Türkiyəyə ilhaq
olmazsa, artıq yaşamasına ümid yoxdur. Türkiyənin bizlərə babalıq
etməyə hər bir cəhətdən haqqı vardır və edəcəkdir...
Mən də müharibəyə felən iştirak etmədimsə də, fikrən Osmanlı
ordusunun dövri-bərində davranmaqda idim və ara-sıra hissiyyati
millətpərvərlərimi
1
və başqa düşüncələrimi nəzmən kağız üzərində
səbt edirdim
2
.
Bu mənzumələr tək mənim deyil, bəlkə, cümlə Qafqazlı
qardaşlarımın hissiyyati-milliyyələrini havidir. Zira ki, bunların hər
birisi öz vaxtında millət içərisində əldən-ələ keçməkdə və xanəndələr
ağzında oxunmaqda idi.
İndi haman əsərləri topladım və əl-həqq məsələsi üçün təşkilatda
bulunduğum bir çox şəhərlər və vilayətlərin mürici-əfkarı olan
1
Hissiyyati millətpərvərlərimi – milli hisslərimi
2
Səbt edirdim - yazırdım
Nяsiman Yaqublu
70
“Qafqaza dəvət” mənzuməmi Türkiyə ordusu namına əlavə etdim.
Həmin əsərlər bizlərin əski tarixdən bəri ana Türkiyəyə qovuşmaq
fikrimiz yeganə amalımız olduğu üçün və məhz bu cəhətdən layiqi-
etina olunar deyib tərəfi-acizanəmdən qəhrəman Türk ordusuna
təqdim olunmalarına cəsarət etdim. Qəbul olunursa, özümü ən böyük
bəxtiyarlardan add edərəm.
Şəhri-Nuxa-sənei-1336. Səh 3.
Ərzrum qalasının ruslar tərəfindən işğal edilməsi və Qars müsəl-
manlarının düşmən pəncəsi altında əzilmələri münasibəti ilə
NÖVHƏ
Xudavənda, hər iqlimə qılıbsan çarə yüz yerdən!
Nədəndir pəs bizim millət olub biçarə yüz yerdən?
Hesabca milləti-islam üçüz (üç yüz) milyonu keçmişdir,
Nə hikmətdir, həmin millət olub səd parə yüz yerdən?
Hanı İran? Hanı Turan? Hanı Şah Əkbərin təxti?
Dönüb bu aləmi-islam xarabazarə yüz yerdən!
Qazan getdi, Krım getdi, Mərrakuş
1
, Əndəlis
2
getdi,
Buxara məhv olur dini satıb dinarə yüz yerdən!
Tarablus, Əlcəzair, Misir, Tunis, Xivə puç oldu!
Dağıldı aləmi-islam parə-parə yüz yerdən...
Səlatıni-şahənşahanı
3
millətdən bir ad qaldı,
Xilafətgahi-islamə uruldu yarə yüz yerdən!
Səlim, Osman, Ərtoğrul Bayəzid, Fatehin nəsli,
Bu aslanzadələrdir tək verən can yarə yüz yerdən.
Pənahı müsəlmanın qaldı tək Osmanlı ordusu!
Həmin ordu urdu başın daşa-divarə yüz yerdən!
Bu millət altı yüz ildir, edir övladını qurban...
Qoyur canın, tökür qanın, açıb fəvvarə yüz yerdən!
1
Mərrakuş – Mərakeş
2
Əndəlis – Əlcəzair
3
Səlatıni-şahənşahanı – Sultanlar sultanı, şahlar şahı
Bakыnыn Qurtuluшu
71
Kəlami-Allahı, dini hifz edən bu qəhrəmanlardır,
Birə yüz düşmənə qarşı çalandır yarə yüz yerdən!
Məhəmməd-Müstəfanın, Kəbənin, şahi-şəhidanın
Bu millət xadimidir kim, düşüb azadə yüz yerdən!
Aya, ey milləti-ali! Dönübdür çərxi islamın,
Vətən qan ağlayır indi, geyinmiş qarə yüz yerdən...
Təcavüz eyləyir düşmən sərasər ərz namusa...
Bizim ümidimiz sənsən, buna qıl çarə yüz yerdən!
Həbibi-Allahı qıl hali, gəlib görsün bu əhvalı,
Nədəndir söyləsin, millət qalıb avarə yüz yerdən.
Təmənna qılsın Allahdan bizə namus, sizə himmət,
Bizə qeyrəti-məhəbbət... Sizlərə bir çarə yüz yerdən...
Sibirya, Romaniya, Rusiya və qeyriləri
münhəzim olmaq münasibəti ilə
ÜMİD
Deyəsən bizlərə tann bu dönüş sayə salıb,
Baxıram hər tərəfə, düşməni ah-vayə salıb...
Tarixi seyr elə gör, bir nə edibdir düşmən...
İmdi tədbiri nədir, aləmi hay-hayə salıb?
Misiri, Hindi tutan ingilisi-düşməni-din
Bu dönüş hiylə oxum Bəsrəyə minayə salıb.
Əlcəzayirü-Mərrakuşlə Tarablus, Tunis,
Düşmənə loxma olub, millətə bir qayə salıb.
Səltənətlər dağıdan hürr Firəngistana bax!
Meylini indi də Şamə bu fərmayə salıb...
Qazanı, həm Krımı, Qafqazı, həm Turanı
Şimal ayısı udub, meyli Buxaraya salıb...
Kərbəla, Məkkə, Mədinə, Məşhədü Qüdsi-şərif,
Gör bu gün düşməni-dini necə sövdayə salıb?!
Xayinanə buluşur Türkiyəni, İranı...
Əfqanıstanı, Bellucistanı sonraya salıb.
Fatehin məscidinə xaş tikəcəkmiş məlun...
Dostları ilə paylaş: |