Bakыnыn Qurtuluшu
107
olursa-olsun hər fədakarlığa qatlaşıb, Qafqazda bir İslam dövləti qur-
mamız fikrini müdafiə edirdi. (Mən dərhal sözə qarışdım: Bəli, biz is-
lamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti qurulmasını
düşünürük və istəyirik” – dedim). Bu vəziyyətdə çox məmnun olduq
və “inşallah edəcəyik” – dedik.
Danışdıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dünya mü-
haribəsinin ilk illərində rus mətbuatının “Osmanlı dövlətinə ən ağır
zərbəni ingilis ordusundakı müsəlmanlar, xüsusilə də ərəblər vurur” –
deyə yazdığını söylədim və “Bu gün qardaşlarımızın içində Türk
Məhmətciyini nişan olaraq canına qıyan bir kəs varmı?” – deyə soruş-
dum. Bu suala Tələt Paşa belə cavab verdi: “Mən ərəblərin millətçi li-
derləri ilə bu məsələni müzakirə etdim və onları ərəb millətinin ingi-
lislər tərəfində olmamasını razı saldım”. Sözə Ənvər Paşa qarışdı.
“Bunlardan başqa ingilislər ərəblərə müharibənin sonunda xilafəti biz-
dən alıb ərəblərə verəcəklərini vəd etmişlər. Mən: “Paşam, xilafəti də
onlara verəydiniz” – dedim. Ancaq bu sözlərə Ənvər Paşanın çox hirs-
ləndiyini hiss etdim. Üzü qızardı və əsəbi bir səslə: “Ola bilməz, son
nəfərin Xəlifə həzrətlərinin yanında şahid olması gərək” cavabını ver-
di. Artıq söhbətimiz bitmişdi. Bu zaman Ömər Faiq “Paşam, mən qə-
zetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan xalqı
Türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü
bir ədəbiyyata malikdirlər. Ancaq mənim xahişim budur ki, bizim qə-
zamız Axıska düz Türkiyənin sərhəddindədir. Oranın Sizə ilhaq olun-
masını istəyirəm – dedi. Tələt Paşa: “Əmin olun, Paşa həzrətləri bu ar-
zunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq” – dedi.
Əziz oxucularım, bunu da əlavə edim ki, Osmanlı
dövləti rəhbərliyi ilə
görüşən zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıq-
larımızda heç bir etiket yox idi. Böyük Türk Millətinin bir qolu olan
Azəri Türkləri öz qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, və-
tənlərini düşməndən təmizləmişlər. İndi də bir övladını böyük qardaş-
ları olan Osmanlı İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər.
Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi.
Qaldığımız mehmanxanaya gəldik. Sevincimin həddi-hüdudu yox
idi. Ömər Faiqlə göz yaşları içində öpüşdük. Ömər Faiq lap düz yerin-
də məni dəstəkləmişdi. Ertəsi gün Hərbi nazirliyə dəvət edildim. Na-
zirlikdə cənab Yavər Kazım bəylə (Kazım Orba) ilə görüşdük. Digər
yavərlər ilə də tanış oldum. Cənab yavər Kazım bəy məni Umur
Bakыnыn Qurtuluшu
109
xeyriyyəçi Hacı Zeynalabdin Tağını soruşdu: ona Hacı haqqında
bildiklərimi anlatdım (Təfsilatı Ankarada nəşr edilən “Azərbaycan”
dərgisində verilmişdir).
Bu zamanlar hər gün qurulacaq ordu ilə əlaqədar komissiyanın
işində yaxından iştirak edərək müraciət edənləri yoxlamadan keçirt-
dikdən sonra qeydə alırdıq. Ancaq görüşdüyüm siyasi xadimlərdən
“İttihad və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt,
Ənvər və Camal paşaların Türk ordusunun Qafqaza getmələrini istə-
diklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim.
Mən de-
mək olar ki, hər gün Ənvər Paşa ilə görüşürdüm. Mən görüşümü-
zün birində özümü topladım və Ənvər Paşanın mənim xatirimi
istədiyindən istifadə edərək dedim: “Paşam, Sizinlə açıq danışmaq
istəyirəm. Biz Qafqaz Türkləri iki qüvvəyə inanırıq. Yuxarıda
Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə Sizin Nuru adlı bir
qardaşınız var. Sizdən xahiş edirəm. Qafqaza gedəcək hərbi qüv-
vənin başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən
zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan,
sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70%-i biz Azəri
Türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca
qəhrəmandır. Bir də paşam, Sizin Qafqaza gedəcək hərbi qüvvələrə
komandan təyin etdiyiniz şahzadəni hər axşam “Para Palass” meh-
manxanasının
salonunda içki içib, rəqs etdiyini görürəm.
Qafqazda be-
lə hərəkətləri xoşlamırlar”. Ənvər Paşa məndən: “Hacı bəy, sizin ora-
da içki içmirlərmi?” – deyə soruşdu. Mən isə bu suala: “İçirlər Paşam,
ancaq pivə kimi zəif alkoqollu içki olan şərab, “Vodka” deyilən sərt
içkiləri isə isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş
olmaq üçün deyil” – cavabını verdim. Məni dinləyən Ənvər Paşa
“Çox yaxşı” – dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin
içib-içmədiklərini də yoxlanmasını əmr etdi və sonra mənə “Nağı bəy,
Nuru çox gəncdir, necə olar?” – dedi. Mən də dərhal: “Paşam, Nuru
Paşanın Trablis-qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlu-
mat ala bilmədim. Rus mətbuatının Nuru Paşadan və onun fəaliyyətin-
dən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir
də, Paşam, Sizin qardaşınız olması yetər” – dedim. Ənvər Paşa “Yax-
şı, sabah söhbət edərik” – dedi və ayrıldıq.
Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın ya-
nına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülər