Bakыnыn Qurtuluшu
103
ra Vəhip Paşanın göndərmiş olduğu məktubu bizə göndərdi. Məktubu
oxuyan Hüsaməddin bəy Vəhip Paşanı tanıdığını, hələ hərbi məktəbdə
müdir olduğu zaman ona yavərlik etdiyini söylədi. Bundan sonra biz
mitropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri qa-
yıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” – dedi və bizə kö-
mək etməyi xahiş etdik. Ayrıca olaraq İstanbulda Osmanlı hökumətinə
onun Türkləri himayə etdiyini və bizə yardım göstərdiyini söyləyəcə-
yimizi də bildirdik. Daha sonra mitropolitlə vidalaşaraq ayrıldıq. Gecə
saat 10-da qaranlıq və tənha Trabzon küçələrində addımlayırıq.
Trabzonda bizdən əvvəl Batumdan gəlmiş mühərrir Ömər Faiq
bəylə görüşdük. Daha sonra nahiyyə müdiri
vasitəsi ilə bir motorlu qa-
yıq istədik. Qiresun valisi motorlu qayığın sabah səhər Tireboluda ola-
cağını bildirdi. O gecəni Tireboluda keçirdik. Ertəsi gün səhər tezdən
qalxaraq hazırlaşdıq. Ömər Faiq, mən və Hüsaməddin bəy Tirebolu li-
manına endik və motorlu qayığı gözləməyə başladıq. Hər üçümüz də
sevinc içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq.
Bir ara mən yuxulu kimi öz-özümlə danışmağa başladım:
Əgər Tür-
kiyənin yardımını almağa müvəffəq olsaq, istiqlalımızı elan edər
və müstəqil olarıq. Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış
olar”. Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı:
“Sən nə söyləyirsən? Sarıqamışda on minlərlə şəhid verən Türkiyə
Qafqazı işğal etməyincə sizə necə istiqlal verəcək, hə”. O, belə bağırır,
həm də məni hədələyirdi: “Sən Osmanlı dövlətinin rəhbərləri ilə
görüşəcək və fikrini anladacaqsan ha. Sən zindanlarda çürüyəcəksən”.
Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsa-
məddin bəy mənə: “Mən hökumətin İstiqlal haqqındakı fikrini bilirəm.
Ancaq sən Azərbaycan ziyalılarının fikrini söyləyirsən. Bu fikir və is-
tək yalnız sənə aid deyil ki. Mən də hökumətə raport verəcəyəm və
Azərbaycanda görüşdüyüm bütün ziyalıların hamısının eyni fikirdə ol-
duqlarını raportumda göstərəcəyəm” – dedi. Bir neçə saat sonra Ömər
Faiq qəsəbədən qayıtdı və yanımıza gəldi. Ancaq danışmırdıq. Bu za-
man uzaqdan motorun səsini eşitdik. Bir az sonra motorlu qayıq gələ-
rək körpüyə yanaşdı və bizi götürdü. Motorlu qayıqda Ömər Faiqlə
üzbəüz oturduq. Qiresuna çatarkən hökumət nümayəndələri, xalq və
məktəb tələbələri bizi qarşıladılar. Qiresunun Bələdiyyə rəisi də bizə
bir ziyafət verdi. Ertəsi gün hazırladıqları atlarla yola çıxdıq və at be-
lində keçən bir neçə günlük yolçuluqdan sonra da Qafqaz cəbhəsi gə-