Nяsiman Yaqublu
104
rargahının yerləşdiyi Suşəhərinə yaxınlaşdıq. Onlarla birlikdə ordu qə-
rargahına gəldik. Bu zaman mənim sevincimin həddi-hüdudu yox idi.
Birnəfəsə ordu komandanına söyləyəcəklərimi düşünürdüm. İlk öncə
Qafqazda rus ordu qüvvələrinin, rus çar idarə-üsulunun qalmadığını
bildirəcəyəm. Nə qədər məmnun olacaqlarını
düşündükcə sevincim bir
neçə qat da artırdı.
Nəhayət ,növbə ordu komandanı Vəhip Paşa ilə
görüşəcəyimizə gəldi. Paşanın duruşu, baxışı, çevikliyi, əzəməti və
ədası məni məftun edirdi. Vəhip Paşa danışmağa başladı. O,
danışır, mən dinləyirdim. Ancaq dinlədikcə də sevincim yox olur və
qulaqlarıma inanmırdım. Kefimin pozulmasına əhəmiyyət vermirəm.
Həyatımda kim bu sözləri mənə söyləməyə cəsarət edə bilərdi. Əziz
oxucularım, anladanda siz də təəccüblənəcəksiniz.
Vəhip Paşa: “Mən
bir neçə ildir Qafqaz cəbhəsi komandanıyam. Qafqazlıları tədqiq
edib öyrəndim. Siz qafqazlılar da, biz albaniyalılar kimi təmizliyi
sevirsiniz. Bu pis Türk nəfərlərini həm də bu görkəmdə Qafqaza
göndərə bilmərəm” – deyir. Məni elə bil ildırım vurdu. Heç bir ca-
vab vermədim. Alban – bu söz mənə o qədər də yad deyil. Ancaq yer
üzündə alban deyilən bir millətin varlığından xəbərdar deyiləm. Çünki
rus məktəbində oxumuşdum. Osmanlı tarixi də qısa olaraq keçilirdi.
Kiçik bir millət olan albanlardan isə bəhs olunmamışdı. Ancaq Balkan
müharibəsini izlədiyimdən müharibə əsnasında İşkodrada Əsəd Paşa
adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə qarşı üsyan
etdiyini rus qəzetlərində oxumuşdum.
Mən Vəhip Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. Vəhip
Paşa Hüsaməddin bəylə ayrıca görüşmüşdü. Ertəsi gün hərəkət edəcə-
yimiz zaman Hüsaməddin bəyin Paşa tərəfindən saxlanıldığını öyrən-
dik. Hüsaməddin bəylə bir xeyli müddət görüşə bilmədik. Görüşərkən
bir-birimizə sarılaraq öpüşdük. Hüsaməddin bəyə dərdimi danışmaq
üçün fürsət tapa bilmədim. Ömər Faiqlə isə danışmırdıq. Ancaq hərə-
kətlərindən onun da bu işə mənim qədər sıxıldığını anlayırdım. Vəhip
Paşa Baş komandan olan Ənvər Paşadan bizi bir an əvvəl İstanbula
yola salmaq əmri almışdı. Bizi araba ilə Sivasa, oradan da avtomobillə
Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-birimizə nif-
rət edirdik. İki küsmüş məmur kimi rəsmi danışırdıq. Ancaq hər iki-
miz də bizimlə təmasda olanlara bu incikliyimizi hiss etdirmirdik. Qa-
tarlar kömür olmadığından odunla işləyirdi. Bu da onların sürətinin
zəif olmasına səbəb olurdu.
Nяsiman Yaqublu
106
tərəfdə böyük bir masa vardı. Tələt Paşa masanın arxasında otur-
muşdu. Sağ tərəfində Ənvər Paşa, sol tərəfində isə Xəlil bəy (Mən-
təşə) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz ma-
saya yaxınlaşıb görüşür və otururuq. Mən etimadnaməni çıxarıb
Tələt Paşaya verdim. Aldı oxudu və möhürdəki ay-ulduzun gö-
zəlliyindən çox məmnun qalaraq etimadnaməni Ənvər Paşaya və
Xəlil bəyə göstərərək “möhürdəki ay-ulduzun gözəlliyinə baxın” –
dedi. Mən sözə başladım. “Əziz paşalarım, Azərbaycan xalqı 100
ildir rus hakimiyyətinin zülmü altında inləməkdə idi. Qafqaz
Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan Azə-
rilər, yəni dini bir, adət və ənənələri bir olan millətimiz Türk mil-
lətidir. Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fə-
dakarlığa qatlaşaraq çalışdı. Bu çalışmanın rus çarlığının devril-
məsində böyük rolu olmuşdur. Qafqazda başsız qalan rus ordusu
pərişan halda idi. Millətimizin silahlı
qüvvələrinin hücumuna,
təzyiqi-
nə dözə bilmədilər. Onlar az bir vaxtda silahlarını ataraq çəkildilər.
Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr qu-
ruldu. Artıq anarxiyadan heç bir əsər-əlamət qalmadı. Ancaq bu gün
üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, icti-
mai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətin-
dən qat-qat üstün olduğu halda Azəri türklərinin istiqbalı qaranlıq gö-
rünür. Müstəqil yaşamağa öyrənmiş millətimizin böyük bir nöqsanı
vardır. Xalqımızın vaxtı ilə hərbi təlim və tərbiyədən məhrum edilmə-
si və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə,
Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınma-
sını əmr etməsi bu əksikliyi doğurmuşdur. Azərbaycan xalqı sizdən
yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstə-
qil olaq. Siz bizi çəkib özümüzə qatmaq istəsəniz, biz buna razı ola
bilmərik. (Bu zaman mərhum Tələt Paşa salondakılara “baxın ilhamı
nə gözəl Türkcə anladır” – dedi). Bizə böyük hərbi qüvvə göndərmə-
yin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Bizdə az bir za-
manda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz
üçün istənilən qüvvə qarşımızda mövcuddur. Xalqımızın milli qüvvə-
tinə güvənərək az bir zamanda rusları torpağımızdan təmizləyib ata
bildik. “Mən sözümü bitirmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq
“Afərin Xəlil bəy” – dedi və bizə tərəf dönərək “Əfəndim, dünən firqə
mərkəzində bu məsələni müzakirə edirdim. Xəlil bəy nəyin bahasına