Bakыnыn Qurtuluшu
139
məcmuəsində Türklər arasında kültür birliyi fikrini də yaymağa
başlamışdır. Bundan sonra Azərbaycanda çeşidli adlar altında bir nəşr
həyatının başladığı və bunun nəticəsində Azərbaycanda mütəfəkkir və
mübariz bir nəslin yetişməsinə yol açılmışdır.
Dünyanı iki düşmən cəbhə halında qarşı-qarşıya qoyan Birinci
Dünya müharibəsinin sonunda Rusiyada çarlıq rejimi yıxılan zaman
uzun illərdən bəri istibdad altında inləyən Türklər və rus olmayan
digər millətlər devrilən Rus imperatorluğunun çökən divarları
üzərində öz varlıqları üçün qurtuluş yolu aramağa başladılar. Burada
Qafqazdakı türk, Gürcü və ermənilər arasından Rus Müəssisan
Məclisinə üzv seçilmiş deputatlar bir araya gələrək Tiflis şəhəri
mərkəz olmaqla “Cənubi Qafqaz Cumhuriyyəti” adı ilə bir hökumət
qurdular. Bu hərəkət Rus imperializmi boyunduruğu altından
qurtarmağı hədəf tutan Rus istilasına qarşı Qafqazda yaşayan
millətlərin qarşılıqlı müdafiəsini təmin etmək zərurətinə dayanan bir
hərəkat idi. Əfsus bu üçlü Cumhuriyyət uzun müddət yaşaya
bilmədi. Bir tərəfdən ehtiraslı əməl sahibi ermənilərin, Türkiyə
hüdudundan geri çəkilən Rus ordusu birliklərinin insan və silah
qaynaqlarından faydalanaraq, silahsız və əsgəri təlim-tərbiyədən
məhrum Türkləri məğlub etmək və bütün Qafqazı əllərinə keçirmək
yolundakı fəaliyyətləri; digər tərəfdən Gürcülərin müstəqil bir
Gürcüstan qurmaq üçün girişdikləri hərəkət, Cənubi Qafqaz
Cumhuriyyətini iş görməz bir hala gətirdi və nəhayət 26 May 1918-ci
ildə gürcülər Müstəqil Gürcüstan Cumhuriyyəti qurduqlarını elan
edərkən, azərbaycanlılarla ermənilər də ayrı-ayrı dövlətlər halında
tanınmaları zərurətinə gəldilər və üçlü Cumhuriyyət də bu şəkildə
ortadan çıxdı. Onu da dərhal qeyd etmək lazımdır ki, Azərbaycan
Cumhuriyyətinin elanı sırf “Cənubi Qafqaz Hökuməti”nin yıxılmış
olması faktının doğurduğu bir nəticə deyildir. Cənubi Qafqaz
Cumhuriyyəti Məclisində Azərbaycan Türklərini təmsil edən
deputatlar arasında əksəriyyəti təşkil edən və “Federalist-Türkçü”
qrupa mənsub olanlar əsasən Milli əməllərinin və Milli mənfəətlərinin
yerinə yetirilməməsi qarşısında Seymdən ayrılaraq Müstəqil
Azərbaycan Cumhuriyyətini elan edəcəklərini gürcü və ermənilərə
açıqca söyləməkdə idilər. Gürcülərin müstəqil bir dövlət qurmaları
üçün Seymdəki: Azərbaycan Türklərinə mənsub bütün partiyalar
(Müsavat Firqəsi, Bitərəflər Qrupu, Əhrar Firqəsi, İttihad Firqəsi, İxti-
Nяsiman Yaqublu
140
lal Sosialist və Sosial Demokrat Firqələri) arasındakı fikir ayrılığını bir
tərəfə buraxaraq, Milli müqəddərata birlikdə əl qoyma olduğunu göstər-
dilər və bu müxtəlif partiyalara mənsub 27 Azərbaycanlı deputat Həsən
bəy Ağaoğlunun başqanlığında və Milli Şura adı altında toplanaraq 28
May 1918-ci ildə Tiflisdə “Canişin” sarayında Azərbaycan Cumhu-
riyyətinin elan olunmasına qərar verdilər (65, s. 3-5).
“Mücahid”, 1961, sayı 7.
Bakыnыn Qurtuluшu
141
Cingiz Göygöl
15 SENTYABR 1918
ərqin qapısı Azərbaycanın
göz bəbəyi, Xəzər dənizi-
nin ən böyük limanı Akar
altun,
neftin
xəzinəsi,
Azəri Türklüyünün qəlbi olan Bakı, bol-
şevik kommunist ruslarla, daşnaksütun
ermənilərlə bunları dəstəkləyən ingilis
qüvvələrinin istilasına məruz qalmışdı.
Azərbaycan və dünya millətləri tari-
xinə Mart hadisəsi olaraq keçən o mə-
şum, milyonlarla Türkün haqsız olaraq
qətliamının baş verdiyi 17-31 Mart
günlərindən sonra, Azərbaycanın digər şəhərlərinə kommunist-daşnak
ittifaqının üstün qüvvələri hücuma başlamışdılar. Lənkəran, Quba və
sonra Şamaxı kimi Azərbaycanın ən qədim mədəni şəhərlərinin sakin-
ləri olan Azəri Türk və Müsəlmanlar da günahsız olaraq qətl edilərək
evləri bu qüvvələr tərəfindən yağmalanmışdı. Bu ittifaq ingilislərdən
gördüyü yardımla hücumlarını genişləndirərək, Azərbaycanın ikinci
mərkəzi Gəncəni hədəf tutaraq irəliləməyə başlamışdı. Əslində bu
faciəli günlərdə Daşnaksütunun təşviqatı ilə Azərbaycanın digər vila-
yətlərində, Qarabağ-Şuşa, Şəki, Gəncə kimi şəhərlərdə yaşayan ermə-
nilərin olduqları şəhərlərdə Azəri Türk və Müsəlmanları hər cür hü-
quqsuzluqlara məruz qalırdılar. Demək olar ki, Azərbaycanın qəlbi
Bakıda başlayan qırğın hər gün bir az da genişləndirilərək, Azərbayca-
nı ortadan qaldırmaq məqsədilə yerinə boşevik Daşnaksütun ittifaqı-
nın istila qüvvələri kaim (dayanmaq, mövcud olmaq) olacaqdı. Bu hə-
dəf və qayə ilə zamanın kommunist Rus dövlətinin Baş vəkili Lenin,
erməni Şaumyana, Böyük Hayastanı vəd edən bir səlahiyyətnaməni də
imza edərək, ittifaqın dürlü mükafatını da verirdi. “Böyük Hayastan”
xəritəsi içərisinə isə yalnız Azərbaycan torpaqları deyil, Türkiyənin
bir çox vilayətləri və İranın bəzi torpaqları da daxil edilmişdi. Azər-
baycanın istilası ilə Türkiyə hüdudlarından dönən Bakı qüvvələrinin
yerini alma vəzifəsi də “Hayastan” (Böyük Ermənistan) ordusuna
Ş
Dostları ilə paylaş: |