Nяsiman Yaqublu
144
Hüseyn Baykara
TÜRKİYƏNİN AZƏRBAYCANA
HƏRBİ YARDIMI
-ci il iyunun 4-də
Batumidə,
istiqla-
liyyətimizi
yenicə
elan edən Azərbaycan hökumətinin nüma-
yəndələri – Məhəmməd Əmin Rəsulzadə,
Xarici İşlər naziri Məmmədhəsən Ha-
cınski və Osmanlı hökuməti tərəfindən
Ədliyyə naziri Xəlil bəy, 3-cü ordunun
komandiri Vəhib Paşa arasında imzalanan
yardım müqaviləsinə görə 5-ci Qafqaz di-
viziyası Gümrü və Qazax istiqamətində
Azərbaycana yardım etmək üçün hərəkət etmişdir. Bu qüvvələr iki
qrup halında Qazaxa gəlmişdir.
1-ci qrup:
Diviziya qərargahı;
Onuncu Qafqaz alayı;
Doqquzuncu Qafqaz alayına mənsub 26-cı
batalyon;
Dağ
topçu batalyonu;
İstehkam bölüyü;
Teleqraf vzvodu;
Orkestr bölüyü;
Cəmi: 147 zabit, 1812 əsgər; 698 heyvan.
2-ci qrup:
13-cü Qafqaz alayı;
Güclü
dağ topçu batalyonu;
Səhiyyə bölüyü:
24-cü
səyyar xəstəxana;
Səyyar mətbəx vzvodu:
1918
Bakыnыn Qurtuluшu
145
Cəmi: 110 zabit, 2763 əsgər, 668 heyvan.
Osmanlı ordusu Cəlaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli, Qazax
istiqamətində hərəkət edərək 11.06. 1918-ci ildə birinci qrup, 12. 06.
1918-ci ildə isə ikinci qrup Qazaxa gəldi. Qazaxda Azərilər türk
ordusunu tarixdə görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladı.
(İstefada olan podpolkovnik Rüşti. Bakı yollarında. Hərbi məcmuə.
№93, səh. 24-25).
30. 06. 1918-ci ildə rus qüvvələrilə birlikdə ermənilər Göyçaya
qəfil basqın etdikləri üçün, Azərbaycandakı Osmanlı ordusunu
gücləndirmək məqsədilə 38-ci alay aşağıdakı qüvvələrlə Azərbaycana
göndərilmişdir:
65 zabit;
2475 əsgər;
701 heyvan;
2092 tüfəng;
16 dəzgahlı pulemyot;
4
güclü dağ topu;
1 güclü dağ batareyası.
Bu qüvvələrdən başqa 3-cü ordunun ehtiyatda olan 350 əsgərinin
9. 07. 1918-ci ildə Qazaxa gəldiyi və bu ehtiyat hissəsinin Bərgüşad
vağzalından diviziyanın əmrinə göndərildiyi ordu komandanlığı
tərəfindən bildirilirdi. Osmanlı ordusu tərəfindən kömək məqsədilə
Azərbaycana göndərilən 5-ci qrup Bakıda döyüşlər gedən zaman gəl-
mişdir. Bundan başqa bir Azərbaycan korpusu da vardı (Rüştü Bakı
yollarında. Hərbi məcmuə №93, səh. 78). Bu ordunun təşkili, kiçik za-
bitlər və zabitlərin İslam ordusu komandanlığı tərəfindən Gəncədə açı-
lan qısa müddətli hərbi kurslarda təhsil aldıqları məlumdur. Azərbay-
can korpusuna bir neçə azərilərdən ibarət nizami alayı, Dağıstan sü-
vari alayı və bunlardan başqa Azərbaycanın hər tərəfindən gələn arası
kəsilməyən könüllülər də daxil olurdu. Hərbi təlim-tərbiyənin vaxtı az
olduğu üçün vuruşma zamanı çoxlu tələfat olurdu. Buna baxmayaraq
döyüş meydanından əsla geri çəkilməyərək, “Biz buraya ölməyə gəl-
dik, dönməyə yox” – deyərək vuruşur və getdikcə döyüş havasına alı-
şırdılar. Azərbaycan korpusunun təşkilatı tamamlandıqdan sonra ona
podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.
Cəsur və döyüş texnikasını gözəl bilən Türk ordusunun yüksək
rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən podpolkov-
Nяsiman Yaqublu
146
nik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdən-
dir. Bu döyüşlərdə cəbhə iki yerə - cənub və şimal qruplarına ay-
rılır, cənub qrupuna podpolkovnik Həbib bəy komandir təyin edi-
lir. (Rüştü. Bakı yollarında. Səh. 101). Şimal qrupuna isə qərar-
gah podpolkovniki Osman bəy təyin edilmişdir.
“İlk yaradılığında cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada
alayı (azəri alay), 1-ci və 2-ci batalyon, iki süvari bölüyü, azəri süvari-
lərindən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan iba-
rət olmuşdur. Bundan başqa alaylarına verilən Azərbaycan səhra topçu
vzvodu öküzlə daşındığı üçün şosse yolundan kənara çıxa bilmirdi.
Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarla-
rını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdular. (Yu-
xarıda
göstərilən əsər, səh. 92). Əsasən toplar, Türkiyə cəbhəsini tərk
edərək Rusiyaya dönən əsgərlərdən Azərbaycan partizanları tərəfindən
zorla alınmışdı. Bu topların mərmiləri rus alaylarından qənimət olaraq
ələ keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silah-
lar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik
çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar üçün
mərmi çatışmırdı” (Yuxarıda göstərilən əsər). Döyüş zamanı Osmanlı
ordusunu, Azərbaycan ordusunu Azərbaycan hökuməti və xalqı ərzaq-
la təmin edirdi.
İslam ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandan-
lığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox
əhəmiyyətlidir: “Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yar-
dımla bərabər, sizi ət, su, çörək və digər ərzaqla yardım edəcəkləri də
şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda siz həmin kəndlərdən 70
km aralıdasınız (Yuxarıda göstərilən əsər, səh. 113).
Bakıda gedən döyüşlər çox çətin keçdiyindən, Osmanlı ordusu-
nun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları 1200
əsgərlə Qaraköcədən Bakıya göndərilmişdir. Hacıqabul ilə Ələt
vağzallarından Bakı istiqamətində hərəkət edən ordu susuzluqdan
əziyyət çəkirdi. Buralar məhsul verməyən, şoranlıq bir ərazidir. Tiflis-
dən Bakıya gedən dəmir yolu buradan keçir. Ələt vağzalı Xəzər dəni-
zinin sahilinə yaxındır. Düşmən bu cəbhədə həm dənizdən, həm də
təyyarə ilə havadan ordumuza saysız-hesabsız hücumlar edirdi. Türk
ordusu özünəməxsus dözümlülük göstərərək, susuzluğa və itkiyə bax-