Bakыnыn Qurtuluшu
147
mayaraq, düşmənin hücumlarını dəf edərək Bakıya yaxınlaşmış və
Qobu kəndində qərargah qurmuşdu.
Böyük hərbi nüfuza malik İsmət İnönü vaxtilə bəzi xatirələrini
yazdığı “Akis” jurnalında, Fəxrəddin Altay isə “Həyat” jurnalında
1918-ci il Birinci Dünya müharibəsinin axırında Osmanlı ordusunun
Azərbaycana səfərini “macəra” kimi qiymətləndirmişdir. İstefada
olan podpolkovnik Rüştünün “Bakı yollarında” adlı müfəssəl əsərində
təfsilatı ilə verdiyi faktlardan görürük ki, Azərbaycana beş qrup halın-
da göndərilən hərbi qüvvələr cəmi 10 000 nəfərdən ibarət olmuşdur.
Özünü yabançı bir ölkədə hiss etməyən bu ordu Azərbaycan nizami
və könüllü dəstələri ilə yan-yana, çiyin-çiyinə vuruşmuşdular. Azər-
baycanı azad etməyə gələn və “İslam ordusu” adı altında toplanan Os-
manlı ordusunun itkisi podpolkovnik Rüştünün verdiyi məlumata görə
800-dən 1000 nəfərə qədərdir. Azərbaycan hissələrinin hərbi təlim sə-
viyyəsi zəif olduğundan onların itkisi türklərdən 3-5 dəfə çox olmuş-
dur. İndi bu əziz şəhidlərimiz Azərbaycan torpağında yan-yana yatır-
lar. Onlara min rəhmət olsun!
Görəsən Birinci Dünya müharibəsinin son aylarında Azərbay-
cana göndərilən Osmanlı qüvvələrinin üzündən hansı cəbhədə,
hansı döyüş məğlubiyyətə uğramışdır? Belə qüvvələrə misal ola-
raq rus inqilabı zamanı Şərq cəbhəsini tərk edərək geri dönən rus
ordusuna qarşı vuruşan Osmanlı qüvvələrini göstərmək olar (19,
s. 233-239).
Azərbaycan İstiqlal Mübarizəsi Tarixi.
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992.
Nяsiman Yaqublu
148
Kərim Odər
MİLLİ AZƏRBAYCAN
CÜMHURİYYƏTİ
Azərbaycan Cümhuriyyəti daxili təş-
kilatını qısa bir zamanda qurdu. Milli ha-
kimiyyəti təmsil edən Millət Məclisi (əv-
vəlcə Şurayi-Milli, sonra Məclisi Məbu-
san) açıldı. Dövlət işlərini yürütmək üçün
Nazirlər Heyəti (hökumət) təsis edildi...
Xarici siyasətdə də başarılı bir dövrə
girmişdir. Əvvəlcə Osmanlı dövlətilə əs-
gəri bir anlaşma imzalanaraq Nuru və
Mürsəl Paşaların komandasında Türkiyə
əsgərləri Azərbaycanın yardımına gəlmiş
və Bakını rus-bolşevik istilasından qurtar-
mışdılar. İran Şahlığı ilə də yaxşı danışıq,
Gürcüstanla əsgəri ittifaq, Ermənistanla yaxşı danışıq anlaşmaları im-
zalanmışdır. İstanbula, Tehrana, Tiflisə, İrəvana, Temirxan-Şuraya və
başqa yerlərə elçi və konsullar göndərilmişdir. Almaniya ilə mü-
nasibətlərindən ibarət olan Mərkəzi Avropa Dövlətləri (digər bir təbir-
lə - ittifaq dövlətləri) nəzdində Cümhuriyyəti təmsil etməli və İstan-
bulda toplanacaq müttəfiqlər konfransında Azərbaycan məsələsini mü-
dafiə etmək üçün M. Ə. Rəsulzadənin, daha sonra da Azərbaycanı
Versal Sülh Konfransında işğalçı dövlətlərə qarşı müdafiə etmək üçün
A. M. Topçubaşovun rəhbərlikləri ilə nümayəndələr heyəti göndəril-
mişdir. Digər tərəfdən, Amerika, İngiltərə, İtaliya başda olmaqla Azər-
baycana İran, Polşa və başqa məmləkətlərdən hər cür heyətlər gəlmiş-
dir. Nəhayət 12 yanvar 1920-ci ildə Böyük Dövlətlərin yüksək şurası
tərəfindən Azərbaycanın istiqlalı tanınmışdır.
Bakıda və Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nü-
mayəndəliklərindən ibarət Qafqaz konfranslarında Şimali Qafqaz
da daxil olmaqla bu Cümhuriyyətlər arasında federativ əlaqələr
yaratmaq üçün Azərbaycan hökuməti tərəfindən təkliflər edilmiş-
dir. Azərbaycan Cümhuriyyəti Şimali Qafqazla Türküstan və
Naxçıvan türklərinin milli mücadiləsinə də özəl surətdə əlaqə ya-
Bakыnыn Qurtuluшu
149
ratmış, onlara maddi və mənəvi yardımlar edilmişdir. Eyni za-
manda Anadoluda cərəyan edən istiqlal hərbinə yardım olmaq
üçün Qazi Mustafa Kamal (Atatürk) adına önəmli bir məbləğ
göndərilmişdir (36, s. 83-85)
Azərbaycan. Boğaziçi Yayınları A. Ş. Kazım İsmayıl Gürkan Cad:
12\25 Cağaloğlu P. K. 1397, İstanbul.
Nяsiman Yaqublu
150
ƏNVƏR PAŞA MARŞI
nvər Paşanın 1918-ci ilin yaz aylarında Yavuz ilə Batuma
gəlişində Türk ellərində söylənən “Çırpınırdı Karadəniz
baxıb Türkün bayrağına” marşı yanında bu marşı da “Ənvər Paşa
Marşı” olaraq söylənilirdi:
Ənvər Paşa Marşı
Xoş gəlişlər ola Qəhrəman Ənvər Paşa,
Əmr elə Əsgərə, Qafqaz dağlarını aşa,
Arş, arş, arş irəli!
Marş, marş, marş irəli.
Dönməz geri Türkün Əsgəri!
Cəbhədə mitralyoz ayna kimi parlayır,
Qafqasya Türkləri bayraq açıb bəkləyir.
Arş, arş, arş irəli!
Marş, marş, marş irəli.
Dönməz geri Türkün Əsgəri! (7, s. 14)
“Azərbaycan”, yıl – 26, sayı – 224,
1977, ekim, qasım, aralıq.
Ə
Bakыnыn Qurtuluшu
151
Əhməd Cəfəroğlu
AZƏRBAYCAN
CÜMHURİYYƏTİ
eni elan edilən bu Ek
Türk Cümhuriyyəti ta-
mamilə
demokratik
olub, hakimiyyəti hüdudsuz və kayıt-
sız (şərtsiz) millətə vermişdir. Bütün
dinlərə və millətlərə qarşı tolerant və
himayədar idi. Azərbaycan onu sevən
və onu qoruyan hər kəsin vətəni kimi
idi. Qardaş Türkiyəyə qarşı irkan (ir-
qən) kültürcə və dilcə bağlı olduğu ki-
mi, Qafqaz daxilində qurulan Gürcüs-
tan, Şimali Qafqaz və Ermənistan
Cümhuriyyətləri ilə də yaxşı münasi-
bətdə idi. İnsani və ülvi qayələri ilə
qurulan bu Cümhuriyyətin ən böyük
qayəsi istiqlalına sadiq tam bir varlıq olmaq idi. Türklük qayəsindən
bir an üçün olsun belə ayrılmamışdır. Əlindən gəldiyi qədər Türkiyə-
yə, Şimali Qafqaza, Türkmənistana, Türküstana yardım əli uzatmış və
ağır günlərində bu dövlətlərdən yardım görmüşdür. Nitekim (necə ki)
Azərbaycanın rəsmi elanından daha öncə, Batumda Osmanlı İmpera-
torluğu mümessilleri (nümayəndələri) ilə akt edilən müqaviləyə görə,
Türkiyə Azərbaycan Cümhuriyyətini tanımış və hər an əsgəri yardım-
da olmağı üzərinə götürmüşdür. Bu müqavilədən istifadə edilərək da-
ha 1918-ci ildə Osmanlı dövlətindən yardım istənmiş və Anadolu
Türkləri Nuru Paşanın idarəsi altında Azərbaycan Cümhuriyyətinin
quruluşuna mənən və maddi iştirak etmişdir. Azərbaycan tarixində im-
dad qüvvəsilə yer alan bu qardaş köməyi, Azəri Türklüyünün əbədi bir
iftixarı, Türk birliyinin də başlanğıcı və təməl daşıdır. Üzərindən illər
keçdiyi halda bu imdad xatirəsi hər an qəlbimizdə və inamımızdadır.
Bu gün Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı kıyılarından (sa-
hillərindən) yüksələn Mehmetcik türbəsi də, bu inamlı inanışın bir abi-
Y
Dostları ilə paylaş: |