Nяsiman Yaqublu
156
ALMANİYADA NƏŞR EDİLƏN
QƏZET VƏ JURNALLARDA BAKININ
XİLASI İLƏ BAĞLI YAZILAR
M. Ə. Rəsulzadə
15 SENTYABR MÜNASİBƏTİLƏ
undan 19 il əvvəl Sentyabrın 15-də Bakıda Azərbay-
can tarixinin mühüm bir hadisəsi baş vermişdir! Bu
gün milli qurtuluş hərəkatımızda tarixi mərhələ təşkil
edən böyük bir zəfər qazanılmışdır!..
Milli Azərbaycan qüvvələri yardımına gələn qardaş Türkiyə qüv-
vələrilə birlikdə düşmən istilası altında olan Bakını əsirlikdən xilas et-
miş və bu şəkildə yeni Türk tarixində silinməz iz buraxan Azərbaycan
Cümhuriyyətinin qurulmasını felən təmin etmiş, fikrən də əbədiləşdir-
məyə vəsilə olmuşdur!..
Azərilərin türklərlə birlikdə Bakıdan qoşduqları birləşik qüvvə
türklüyün və müsəlmanlığın yaxşı tanıdığı tarixi düşmən Rus
imperializmi idi.
Sadə türklüyün və müsəlmanlığın deyil, eyni zamanda Qafqaz-
la Rusiya məhkumu bütün millətlərin də əbədi düşməni olan bu
imperializmin daşıdığı dürlü boyaları həyata keçirdiyi hər cür
taktikanı, 6-7 ay sürən əsarəti dövründə Bakı köməksiz qalmış,
rus vəhşiliyinin hər növünə, qanlı güllələrinə məruz qalmışdı.
Bayraqlarında “millətlərə istiqlal” şüarını yazan yalançı bolşevik-
lər, mahud Şaumyan, çarlıq Rusiyasının vəd edib icra edə bilmədiyi,
dənizdən-dənizə dayanan Ermənistanı təşkil etməyə vəkil etmişkən
(“Dekret №13), muxtariyyət istəyən Azərbaycanı “xarabazara döndər-
mək” istədilər!.. (1917-ci ildə Bakıda çıxan “Bakinski Raboçi”).
Atəşə verilən Şamaxı şəhərilə qılıncdan keçirilən Quba və ətrafın-
dakı qırğınları “qanlı Mart günləri” ünvanilə tamamlayan vukuat silsi-
ləsi, rəngdən-rəngə girməyinə uyğun, rus imperializminin milli Azər-
B
Bakыnыn Qurtuluшu
157
baycan ideyasına qarşı duyduğu düşmənçiliyin qanlı ərizələrindən
başqa bir şey deyildi.
Bu hadisələr, milli balası özlərindən deyil, beynəlmiləl ideologiya
pərdəsi altında gizlənən inqilabçı rus ordusu və sözdə insanpərvər gö-
rünən rus marksistlərindən umanların nə qədər qəflət və zəlalətdə ol-
duqlarını göstərdi...
Bu ideyanın tahakkuku üçün o idealla orqanik surətdə bağlı qüv-
vələrə güvənmək və ancaq onlardan nicat gözləmək şərtdir!..
15 Sentyabrda Bakıda elan olunan zəfər - əslində bu ideologiyanın
zəfəridir!
Milli Azərbaycan idealı, türklüyün əbədi düşməni rusluqdan doğan
“Moskva ordusunun” yardımı ilə deyil, şübhəsiz, ona qarşı, öz qüvvə-
silə və qardaş Türk yardımı ilə qurtarılmışdır!..
Milli qüvvələrlə milliyyət naminə və milli istiqlal üçün!.. Əslin-
də 15 Sentyabr zəfərinin ifadə etdiyi məna!
Milli mənfəətlərin bu düstur xaricində də müdafiə edilə biləcəyini
təsəvvür edən qafillərə, təkrar yad əlinə keçmək bədbəxtliyinə düşən
Azərbaycanın 17 ildən bəri davam edən faciəsi əsərli bir misal və öy-
rədən bir fəlakətdir!..
Rus bolşevizminə məhkum və məzlum millətlərin beynəlmiləl ha-
misi kimi baxan “27 Aprel qəhrəmanlarından” bu gün millətçilik və
casusluqda ittiham olunub “təmizlənməyən” birisi qalmamışdır!..
15 Sentyabr zəfərindən əvvəl millətçilik və istiqlalçılıq əzm və
duyğusu
bir idisə, indi mindir.
Dünya qurtuluşumuzu yeni başdan təmin edəcək hadisələrlə zən-
gindir!.. Qızıl çarlıq bəyazından daha müdhiş bir çöküşlə yıxılmağa
məhkumdur!
Sovet imperializminin dağıntıları üzərində mənfi heç bir təlki-
nin, pozucu heç bir təsirin məhv edə bilmədiyi istiqlal fikri Azər-
baycanın atəş dolu torpaqları altındakı sönməz qalan alov kimi
təkrar parıldayacaq və mübarək nurilə qızıl qaranlıqda boğulan
cananımız yurdu əbədi aydınlığa yetişdirəcəkdir!.. (54, s. 4-5).
“Qurtuluş”, sentyabr, 1937, №35.