Bakыnыn Qurtuluшu
163
mümkün olduğu qədər müəllim-zabit və kiçik zabit ezamını xahiş edi-
rəm. Kıtaatı Osmaniyenin Gəncəyə ademi vürudu muhtemel ise bil-
hassa mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi
ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”.
Yeni qurulmaqda və qurulacaq olan Azərbaycan Milli Ordusu
üçün müəllim-zabit məsələsinin sonuna qədər gəlmədiyini və bu
üzdən də milli ordu təşkil edilmədiyini eyni əsərdən öyrənirik.
3-cü komandanı Vəhib Paşa Həzrətləri Nuru Paşa Həzrətlərinə
yazdığı 2.06.1918-ci il tarixli cavabında ermənilərlə sülh bağlandığını,
gürcülərlə də bağlanmaq üzrə olduğunu qeyd etdikdən
sonra deyirdilər
ki:
“Azərbaycan hökuməti Müstəqil İslamçılıq tələbinə görə İslamları
bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvələrdən ibarət
dəstə ilə Qazax tərəfdən Gəncə istiqamətinə göndərəcəyik. Bu dəstə-
nin süvarisi Qazax və Gəncə arasındakı stansiyaları mühafizə edəcək-
dir...”
Aşağıdakı vesaik (sənədlər) Vəhib Paşa Həzrətlərinin Azərbaycan
məsələsilə candan əlaqədar olduğunu göstərməkdədir. Azərbaycana
yalnız bir piyada alayı ilə (2 tabur piyada, iki top) bir də mürəttəb (tər-
tib edilmiş) süvari alayı (2 bölük) sövq etmək üçün əmr verildiyindən
eyni 2.06.1918ci il tarixində Baş Komandanlıq Vəkalətinə (Ənvər Pa-
şa Həzrətlərinə) verdiyi müstacel (təcili) şifrəsində bir əmri yerinə ye-
tirmək məqsədilə Azərbaycana bir Firqə göndərdiyini və icab ederse
(lazım olarsa), bu qüvvəni takviyə edəcəyini (əlavə kömək göndərəcə-
yini) yazmaqda idi.
O günlərdə, başda Azərbaycanın Milli Şura rəisi Məhəmməd
Əmin Rəsulzadə Bəy olmaqla Azərbaycan Mürəxxəs Heyəti ilə, başda
Vəhib Paşa və Xəlil Bəy olmaqla Türkiyə Mürəxxəs Heyəti arasında
müzakirələr cərəyan edirdi. Mərhum Ənvər Paşanın tasvipkar mahiy-
yətdə (bəyəndiyi, razılıqla qarşıladığı) 5 iyun tarixli cavabından bir
gün əvvəl, yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayən-
dələri (Ədliyyə naziri Xəlil Bəy və Vəhib Paşa) Azərbaycan nümayən-
dələri (Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Bəylər)
arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmışdı. Bu əhdnamə-
nin 4-cü maddəsinə görə Azərbaycanın sülh və əmin-amanlığını qoru-
maq üçün Ali Osmanlı Dövlətindən istənilən əsgəri yardım Osmanlı
Heyəti tərəfindən dərhal qəbul edilmişdi.
Nяsiman Yaqublu
164
Əslində bu əhdnaməyə istinadən, Azərbaycan
tərəfindən verilən bu
rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu əmri verirdi:
“Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələrinin)
də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm. Firqənin
Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi üçün indidən ha-
zırlıq işləri görün və bunun üçün serian icab (lazım olan hər şeyi)
edənləri Qazağa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahim-
zadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı gedişi tən-
zim etmək üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurla-
rımız Nazim əfəndi ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qaf-
qaz kolordusu (korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini
xahiş edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.”
Ordu komandanının bu əmrinə əsasən Qrup komandanı da eyni
gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda Cəlaloğlun-
dan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət günü firqə zabit-
lərinə bu müraciəti etmişdir:
“Baş komandan etibarən hamımızın etimadını qazanmış və hər xü-
susda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbaycana, Gəncəyə
göndərirəm. Burada olduğu kimi orada da fədakarlıqla çalışacağımız-
dan əminəm. Allah müvəffəqiyyətlər versin.”
Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardım”dır.
Bunun nəticəsində iyunun 22-də Azərbaycandakı əsgəri qüvvənin
mövcudluğu bu qədər olmuşdur:
Beşinci Qafqaz Firqəsi:
Zabit: muharib (döyüşən) - 225, muharib olmayan (döyüşməyən) – 105;
əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126.
Heyvan: 1939; silah: tütək – 4.342; makinalı tütək – 36; kəsici si-
lah – 3.752; top – 14.
Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl bomba-
sı – 1739; qazma – 520; kürək – 1.412; balta – 225; tel makinası –
169; prtatif çadır – 3.242. Eyni tarixdə 5-ci Firqə əmrində olan Azər-
baycan Cümhuriyyətinin müharibə cəbhəsində olan qüvvəsi də aşağı-
dakı miqdardadır:
Zabit: muharib (döyüşən) – 30; muharib olmayan (döyüşməyən) –
4 nəfər; muharib (döyüşən) – 727; muharib olmayan (döyüşməyən –
99; heyvan – 435; silah: tüfəng – 605; makinalı tüfəng – 21; kəsici
silah – 322; top – 6.