Bakыnыn Qurtuluшu
159
Sadə intiqammı?!.. Xeyr!
Azərbaycan xalqının tarixində bu gün 28 May qədər böyük bir
dəyərə malikdir. 28 Mayda Cümhuriyyətin istiqlalı bütün cahana elan
edilmişsə, 15 Sentybarda bu istiqlal maddətən təyin olunmuş, Azər-
baycan hökuməti öz təbii mərkəzinə müzəffərliklə girmişdir.
Bu gün sadə zillət həqarətindən qurtulan xalqın köksü intiqam his-
silə qabarmamış, eyni zamanda illərdən bəri hürriyyət və istiqlal eşqi
ilə yanan ürəklərə də su səpilmişdir.
Əlbəttə, Azərbaycan istiqlal dövrünün, 15 Sentyabr ən şanlı fəsil-
lərindən biridir. Siyasi tarixin makus əsərilə (təsadüfü nəticəsində)
təkrar qızıl rus əsirliyinə düşən vətənimiz bildiyimiz kimi heç bir za-
man xilas olacağından məyus olmamışdır. O, var qüvvəsilə çarpışır.
Bütün imkanları ilə istilaya qarşı dayanır. İrəlidə Azərbaycanın yeni
bir 15 Sentyabra malik olacağı qənaəti Azərbaycan istiqlalçılarını
canlandırmırmı?..
Əlbəttə canlandırır, tarixin qeyd etdiyi digər misallar kimi Azər-
baycan xalqı da müxtəlif mərhələlər keçən mücadiləsi nəticəsində öz
qayəsinə girəcək, öz yurduna həmin özü hakim olacaqdır.
Bu mütləqdir!
Bu müvəffəqiyyətin birinci şərti, heç şübhəsiz, onun öz əzm və
mücadiləsinə güvənməsidir.
Bu belə olmaqla bərabər, yenə tarixi misalları ilə məlumdur
ki, bir millət hürriyyət və istiqlal uğrundakı qayəsinə beynəlmiləl
bir takım hadisələr və amillərin yardımı ilə nail olur.
Böyük Dünya müharibəsi nəticəsində Rusiya məhkumu millətlər-
dən bir qismi də zühur edən beynəlmiləl imkanı ən böyük ölçüdə isti-
fadə edə bildilər. Hürriyyət və istiqlallarına nail oldular. Azərbaycan
da daxil olduğu halda, Qafqaz millətləri bütöv dövlət halında təşəkkül
etdilərsə də, hadisələr özlərinə tamamilə müsait olmadı. Qısa bir müd-
dət istiqlal həyatı ilə yaşadıqdan sonra, məlum amillərin təsirilə, Rusi-
ya təkrar bu yerləri tutmuş oldu.
13 ildən bəri qızıl Rusiya istiqlal altında əzilən Qafqaz, indi yüz il-
dən bəri bəyaz Rusiya istilası altında sıxılan Qafqazdan da artıq
bir sü-
rətlə hürriyyət və istiqlalına qovuşmaq üçün inkişaf edir.
Bu inkişaf, bir tərəfdən Sovetlər İttifaqında hər cür mənadan məh-
rum hökumət qəlbinə həqiqi istiqlal mənası doldurmaq üçün artan mil-
li şüurun böyüməsilə Qafqazlı millətlərin bir-birinə daha artıq bağlan-