Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

baxışda  heç kəsdə şübhə doğurmamalıdır. Rusiyalı alim Yekatirina Naroçinskayanın 



fikrincə, “Öz müqəddəratını təyin etməyin azadlıq kimi özünəməxsus paradoksu var. 

Belə  ki,  heç  nə  ilə  məhdudlaşdırılmamış  azadlıq  öz-özünü  məhv  etdiyi  kimi,  öz 

müqəddəratını  təyinetmə  absolyut  kimi  qəbul  olunarsa,  dünyada  dövlət  adında 

məfhum olmaz.

3

 Belə ki, bu təqdirdə xaos və kollapsla nəticələnə biləcək bir-biri ilə 



konfliktdə  olan  saysız  tələblərin  zəncirvarı  reaksiyası  başlaya  bilər.  Milli 

ziddiyyətlərin  həll  olunma  yolu  kimi  separatizmin  fundamental  qüsuru  bax  budur”. 

Separatçılığı  doğuran  səbəblər  sırasına  ilk  növbədə  ərazi  iddiaları  aid  edilsə  də, 

burada  siyasi  motivləri  də  nəzərdən  qaçırmaq  olmaz.  Bunlar  aşağıdakılardır:  - 

müxtəlif  etnik  qruplar  arasında  regional,  yerli  və  ya  dövlət  səviyyəsində  hakimiyyət 

uğrunda  mübarizə  (Dağıstanda  olduğu  kimi);  -  hər  hansı  bir  etnik  qrupun  vahid 

dövlət  daxilində  siyasi  status  uğrunda  apardığı  mübarizə  (Cavaxetiya  ermənilərinin 

indiki  mərhələdə Gürcüstan qarşısında qaldırdıqları tələb kimi); - tam  müstəqillik və 

ya  “ana  vətənə”  birləşmək  uğrunda  mübarizə  (Dağlıq  Qarabağ,  Cənubi  Osetiya, 

Abxaziya və Kosovodakı kimi). Bundan əlavə, separatçılığa rəvac verən səbəblərdən 

biri  kimi  iqtisadi  amillər  də  göstərilir.  Belə  ki,  polietnik  dövlətlərin  bir  çoxunun 

iqtisadi cəhətdən  inki- şaf etməməsi səbəbindən bəzi  milli azlıqların sosial  vəziyyəti 

titul  xalqın  sosial  vəziyyətindən  daha  aşağı  olur  və  milli  azlıq  bu  bərabərsizliyə  son 

qoyulması  üçün  çıxış  yolunu  müstəqil  dövlətin  yaradılmasında  görür.  Müasir 

dünyada  separatçılığın  intişar  etməsinin  əsas  səbəbi  keçən  əsrin  sonlarından 

beynəlxalq  münasibətlər  sistemində  hökm  sürən  “ikili  standartlar”  siyasətidir

4

.  Həm 


milli  qanunvericilikdə,  həm  də  hüquq  nəzəriyyəsində  xalqların  öz  müqəddəratını 

təyinetmə  hüququ  konkret  bir  etnosa  deyil,  müəyyən  bir  ərazidə  yaşayan  xalqlara 

şamil olunur. Buna baxmayaraq, praktikada hər hansı bir etnosun öz dövlətini qurmaq 

tələbi ön plana çəkilir. Avropada və postsovet  məkanında keçən əsrin sonlarında baş 

verən  hadisələr  göstərdi  ki,  xalqların  öz  müqəddəratını  təyinetmə  tələbi,  bir  qayda 

olaraq,  vahid  dövlətin  parçalanması  formasında  realizə  olunmuşdur.  Buna  gətirib 

çıxaran  əsas  amil  kimi  bir  sıra  alimlər  tərəfindən  siyasi  və  hüquqi  ədəbiyyatda 

                                                

3

 Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England 



4

 

Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014



 


11 

 

xalqların  öz  müqəddəratını  təyinetmə  doktrinası  şərh  edilərkən  dövlətlərin  ərazi 



bütövlüyü  prinsipinin  ikinci  plana  çəkilməsini  və  onun  parçalanmasına  haqq 

qazandırılmasını  göstərmək olar. Müasir dünyada separatçılıq  hərəkatları  ilk baxışda 

oxşar  olsalar  da,  onların  yaranma  səbəbləri,  hərəkətverici  qüvvələri,  inkişaf 

tendensiyaları  fərqlidir.  Məsələn,  bəzi  separatçılıq  hərəkatlarının  yaranma  səbəbləri 

xarici  amildən  (Azərbaycanda  baş  qaldırmış  erməni  və  ləzgi  separatçılığı  kimi), 

bəzilərinin  dövlətin  düzgün  olmayan  milli  siyasətindən  (Z.  Qamsaxurdiyanın 

hakimiyyəti  dövründə  Gürcüstanda  dövlət  siyasətinin  “Gürcüstan  gürcülər  üçün” 

prinsipinə  uyğun  aparılması  nəticəsində  Cənubi  Osetiya  və  Abxaziyada  separatçılıq 

hərəkatlarının  baş  qaldırması),  bəzilərinin  isə  tarixi  (Şimali  İrlandiyada  və 

İspaniyanın  Bask  torpaqlarında  cərəyan  edən  hadisələr)  aspektlərdən  asılı  olur

5



Bütün  polietnik  dövlətlərdə  daim  separatçılıq  əhvali-ruhiyyəsi  ilə  yaşayan  insanlar 



olur  və  bu,  qaçılmazdır.  Lakin  separatçılığın  intişarı  üçün  dövlətin  siyasi  həyatında 

bir neçə amilin təzahürü şərtdir

6



 Birincisi,  mərkəzi  hakimiyyətin  zəifləməsi  nəticəsində  yerli  xalqlar  arasında 



ziddiyyətlərin  baş  qaldırması  və  problemlərin  kökündə  milli  dövlətin  olmaması 

ideyasının təlqin edilməsi.  

İkincisi, milli azlığın daxilində ictimai fikri formalaşdıra biləcək yüksək təhsilli 

ziyalılar qrupunun formalaşması.  

Üçüncüsü, dövlətin parçalanmasında və sabitliyin pozulmasında maraqlı xarici 

qüvvələrin  mövcudluğu.  Məlumdur  ki,  xaricdən  maddi  və  texniki  dəstək  almayan 

separatçı  hərəkatlar  tez  bir  zamanda  dövlət  tərəfindən  söndürülür  (1993-cü  ildə 

Azərbaycanın cənub bölgələrində yaradılmış Talış Muğan Respublikasının aqibəti bu 

fikrimizin  təsdiqidir).  Separatçılıq  polietnik  cəmiyyətlərdə  milli  azlıqla  titul  xalq 

arasında  bu  və  ya  digər  səbəblərdən  yaranan  problemlərin  radikal  həllinə  yönəlmiş 

hərəkat  olduğu  üçün  birbaşa  terrorçuluğu  doğurur.  Terrorçuluqla  separatçılıq  eyni 

                                                

5

 

X. Malcolm (1964). By Any Means Necessary. New York City, New York 



6

  

Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010



 


12 

 

mənbədən  qaynaqlanır



7

.  Bu,  konfliktlər,  qeyri-sabitlik,  dünyanın  barışmaz  şəkildə 

“biz”  və  “onlara”  bölünməsidir.  Separatçılıq  həmişə  milli  müstəqilliyin  daha 

təcavüzkar  tərəfdarlarının  terrorçuluq  fəaliyyəti  ilə  müşayiət  olunur  və  bu  elmi 

ədəbiyyatda “təcavüzkar separatizm” kimi təsnifatlaşdırılır.  

“Təcavüzkar  separatizm”  in  ən  bariz  nümunəsi  Dağlıq  Qarabağda  baş 

qaldırmış  erməni  separatçılığıdır.  Beynəlxalq  münasibətlər  sistemində  bir  qorxulu 

tendensiya  da  var  ki,  bu  da  separatçılığın  cəzalandırılması  əvəzinə  onun 

həvəsləndirilməsi  və  müəyyən  qüvvələr  tərəfindən  dəstəklənməsidir.  Məsələn, 

Kosovonun  Serbiyadan  ayrılmasının  Qərb,  Cənubi  Osetiya  və  Abxaziyanın 

Gürcüstandan  ayrılmasının  isə  Rusiya  tərəfindən  dəstəklənməsi,  Dağlıq  Qarabağda 

baş  verən  hadisələrin  beynəlxalq  birlik  tərəfindən  birmənalı  qiymətləndirilməməsi 

dünyanın bir sıra bölgələrində separatçıları ruhlandırır və onları “tam və qəti qələbə” 

uğrunda mübarizəyə həvəsləndirir. 

Beləliklə,  separatçılıq  cəzasız  qaldıqda  və  dəstəkləndikdə  ekstremist  xarakter 

daşımağa başlayır

8

. Separatçılıq qarşısında vahid dövlətin bölünməsi və yeni dövlətin 



yaranması məqsədini qoyduğu üçün hər bir ölkənin təhlükəsizliyinə və suverenliyinə 

qarşı yönəlmiş ciddi təhdiddir

9

. Çünki yeni dövlətin yaranması nəinki ərazinin itkisi, 



həm  də  bu  ərazidə  yerləşən  resurslardan  məhrum  olmaq  deməkdir.  Eyni  zamanda, 

dövlət  öz  sərhədlərində  özünə  qarşı  düşmənçilik  siyasəti  yürüdəcək  yeni  dövlətin 

mövcudluğu  ilə  barışmalıdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  separatçılığın 

ekstremizm,  ekstremizmin  isə  terrorçuluğu  doğurması  səbəbindən  onunla  mübarizə 

dövlətin  milli  təhlükəsizlik  sistemində  prioritet  vəzifə  kimi  qiymətləndirilməlidir

10



Bununla  bağlı  dünyada  cərəyan  edən  separatçılıq  hərəkatlarının  tarixinə  və  müxtəlif 

                                                

7

 

Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 



8

 

Lenin “Sosyalizm ve Savaş” 



9

  Bell,  H.  H.,  Holly,  J.  T.,  &  Harris,  J.  D.  (1970).  Black  separatism  and  the  Caribbean,  1860.  Ann 

Arbor: University of Michigan Press. 

10

 Jenkins, B. L., & Phillis, S. (1976). Black separatism: a bibliography. Westport, Conn: Greenwood 



Press 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə