Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

İngiltərə,  Belçika  və  Fransa  kimi  konstitusiyalı  demokratik  dövlətlərdə  separatçı 



hərəkətlərin ortaya çıxışı necə açıqlana bilər? 

   Separatizm  problemi  ilə  demokratik  yollardan  mübarizə  edə  bilmək  üçün  tez-

tez tövsiyə edilən  federasiya  modelini  uzun  illər tətbiq etmək  və eyni zamanda  yenə 

ulus-dövlətin böhranına həll olaraq təklif edilən çokkültürcülüğü rəsmi siyasət olaraq 

qəbul etmək lazımdır. 

 

1.2 Azərbaycanda separatizm hərəkatının təzahürləri və erməni separatizmi 

    Azərbaycan da polietnik dövlət kimi yarandığı ilk illərdən etnik separatçılıq 

problemi  ilə  üz-üzə  qalmışdır.  Belə  ki,  hələ  1918-ci  ildə  Azərbaycan  Xalq 

Cümhuriyyəti  öz  müstəqilliyini  elan  edəndə  erməni  separatçılığının  ağır  nəticələrini 

öz üzərində  hiss etmiş, sovetləşmədən sonra erməni separatçılığı aktiv  fazadan daim 

közərən münaqişə fazasına keçmişdir

15

. SSRİ-də mərkəzi hakimiyyət zəifləyən kimi, 



yəni  1988-ci  ildə  münaqişə  yenidən  alovlanmış,  qonşu  Ermənistan  və  digər 

dövlətlərin  dəstəyi  ilə  ölkəmizin  20%  ərazisi  işğal  olunmuşdur.  Bu  münaqişənin 

özəlliklərindən  biri  də  budur  ki,  separatçılara  dəstək  verən  Ermənistan  Azərbaycana 

qarşı  müharibəyə  başlamış  və  bununla  da  konflikt  millətlərarası  münaqişədən 

dövlətlərarası münaqişə səviyyəsinə transformasiya olunmuşdur

16



        Təcavüzkar erməni separatçılığı ilə yanaşı, Azərbaycanda zaman-zaman ləzgi, 

talış,  avar  və  kürd  separatçılıqları  da  aktiv  fazaya  keçərək  milli  təhlükəsizliyə  ciddi 

təhdid yaratmışdır. Bu hərəkatların oxşar cəhətləri olsa da, onların yaranma səbəbləri, 

intişar fazaları və tarixləri bir-birindən fərqlidir. Ölkəmizdə separatçı- lıq probleminin 

təbiətini  aydınlaşdırmaq  və  onunla  mübarizə  metodlarını  araş-  dırmaq  üçün, 

zənnimizcə,  hər  bir  hərəkatın  keçdiyi  transformasiya  dövrlərini  nəzərdən  keçirmək 

zəruridir

17



                                                

15

 



Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010  

16

 



Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi” 

17

 



Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010 

 

 




17 

 

         Ləzgi  separatçılığı  -  Ləzgilər  Azərbaycanın  avtoxton  xalqlarından  olub, 



Qafqaz  Albaniyasının  əhalisini  təşkil  etmiş  əsas  etnoslardan  biridir.  Tarix  boyu 

Azərbaycanın  şimal-şərq  bölgələrində  məskunlaşmış  ləzgilərin  azəri  türkləri  ilə  heç 

vaxt  münaqişələri  olmamış,  hər  iki  xalq  dostluq  və  qardaşlıq  mühitində  yaşamışdır. 

Ümumi  sayı  180  min  nəfərə  qədər  olan  ləzgilər  ölkəmizin  Qusar  (bu  rayonda  onlar 

çoxluq  təşkil  edirlər),  Xaçmaz,  Quba,  Qəbələ,  Oğuz  və  Şəki  rayonlarında  kompakt 

şəkildə  məskunlaşmışlar.  Hazırda  Qusarda  ləzgi  teatrı  fəaliyyət  göstərir,  ləzgilərin 

yaşadıqları bölgələrdəki məktəblərdə ləzgi dili dərsləri tədris olunur, bu dildə qəzetlər 

nəşr  edilir,  Azərbaycan  radiosunda  yarım  saatlıq  veriliş  yayımlanır

18

.  Adətən, 



separatçılığa  səbəb  olan  məsələlər  sırasında  hər  hansı  bir  dövlətdə  milli  zəmində 

tarixi  düşmənçilik,  etnik  azlıqların  milli  dəyərlərinin  kifayət  qədər  inkişaf  etməsinə 

törədilən  maneələr, din,  mədəniyyət  və dil ayrılığı, etnik azlıqların  hüquqlarının tam 

şəkildə  realizə  olunmasında  dövlət  tərəfindən  səhv  siyasətin  aparılması  göstərilir. 

Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ləzgilərlə  azəri  türkləri  arasında  nə  tarixi 

düşmənçilik  mövcud  olmuş,  nə  də  ləzgilərin  milli  hüquqları  pozulmuşdur.  Düzdür, 

ara-sıra  bəzi  ləzgi  ziyalıları  hələ  sovet  dövründə  də  muxtariyyət  tələbləri  ilə  çıxış 

etmiş,  Moskva  qarşısında  ləzgilərin  guya  Azərbaycanda  sıxışdırıldıqları  barədə 

məsələ qaldırmışlar

19

. Lakin bu tələblər və iddialar ləzgi ictimaiyyəti tərəfindən qəbul 



edilməmiş,  “muxtariyyətçilər”  ziyalı-  lar  arasında  marginal  qrup  olaraq  qalmışlar. 

Lakin  Azərbaycanda  erməni  separatçılığı  baş  qaldırdıqdan  sonra  ləzgilərin  sıx 

məskunlaşdığı rayonlarda vəziyyətin gərginləşməsi müşahidə olunmağa başladı. Belə 

ki,  ölkəmizdə  ləzgilərin  yığ-  cam  yaşadıqları  məntəqələrə  Dağıstanda  yaradılmış 

“Sadval”  (“Birlik”)  ləzgi  xalq  hərəkatının  emissarlarının  səfər  etməsi  və  yerlərdə 

hərəkatın  struktur  bölmələrinin  yaradılması  istiqamətində  təşkilati  işlər  görməsi 

qeydə alınma- ğa başladı. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən 

hərcmərclik və dövlət orqanlarının kifayət qədər effektiv işləyə bilməməsi, o zamankı 

hakimiyyətin  ifrat  türkçülük  siyasəti  nəticəsində  ləzgilər  arasında  dövlətə  qarşı 

                                                

18

 

Samin Həsənov “Separatizm və dini amillər”,  Dirçəliş – XXI əsr – 2008, Bakı



 

 

19



 

Hall, Raymond L. (1978), Black Separatism in the United States, University Press of New England

 

 



18 

 

inamsızlıq  hisslərinin  baş  qaldırması,  radikal  əhvali-ruhiyyəli  gənclərin  “Sadval”a 



meyillənməsi  prosesi  vüsət  aldı.  Bu  işdə  Ermənistanın  xüsusi  xidmət  orqanlarının 

müstəsna rol oynaması haqqında Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət 

qədər  materiallar  var  və  onlar  ictimaiyyətə  açıqlanmışdır

20

.  Belə  ki,  1992-ci  ildə 



Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik  Nazirliyi  tərəfindən  ifşa  olunmuş 

erməni  casusu  Volkovun  üzərindən  Ermənistan  Politexnik  İnstitutunun  mətbəəsində 

çap olunmuş, ləzgiləri Azərbaycan dövləti ilə mübarizəyə səsləyən təxribat xarakterli 

vərəqələr aşkarlanmışdır. Casusun etirafına görə, həmin vərəqələri ona Azərbaycanda 

yaymaq  məqsədilə erməni kəşfiyyatının əməkdaşı  vermiş, görəcəyi  işin  müqabilində 

pul mükafatı vəd etmişdi. Bundan əlavə, Ermənistan kəşfiyyatı Dağıstanda ləzgilərin 

sıx  yaşadıqları  rayonlarda  fəal təxribat  işləri aparır,  ləzgi  gənclərindən  ibarət  yaraqlı 

dəstələri yaradaraq, onlara Dərbənd rayonunun Bilici qəsəbəsində və Məhərrəmkənd 

rayonunda təşkil etdikləri hərbi düşərgələrdə təlim keçirdilər. 

       Məlum olmuşdur  ki, Ermənistan  xüsusi  xidmət  orqanları 1992-ci  ilin  yazında 

Dağıstanın  Qasımkənd  rayonuna  iki  vertolyotla  xeyli  sayda  silah-sursat  gətirmiş  və 

Dağıstanda,  Azərbaycanda  fəaliyyət  göstərən  sadvalçılara  paylanmasını  təşkil 

etmişlər. Sonradan sadvalçılar həmin silahlardan istifadə edərək 1993-cü ilin yayında 

Azərbaycan  ərazisinə  hücum  etmiş,  Qusar  rayonunun  Zuxul  kəndi  yaxınlığında  bir 

polis  əməkdaşını  qətlə  yetirmiş  və  iki  hərbçini  yaralamışlar

21

.  Erməni  kəşfiyyatı 



Azərbaycan  ərazisində  təxribatçı-casus  şəbəkəsi  yaratmaq  məqsədilə  1992-ci  ilin 

aprelində  milliyyətcə  ləzgi  olan  17  nəfər  Azərbaycan  Respublikası  vətəndaşının 

Ermənistanın  Nairi  rayonunun  Luoker  qəsəbəsinə  gətirilməsini,  burada  yerləşən 

bazasında  partizan  müharibəsi  və  terror  fəaliyyəti  üzrə  təlim  keçməsini  təşkil 

etmişdir

22

.  Həmin  təlim  düşərgəsində  olmuş  sadvalçılardan  biri  -  Oqtay  Qurbanov 



1994-cü il martın 19-da Bakı Metropolitenində çoxsaylı insan tələfatı ilə nəticələnmiş 

partlayış törədərək, özü də həlak olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi 

                                                

20

 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010



 

21

 



Qarabağ xəbərləri “Harınlıqdan doğan separatizm”  28.09.2010  

22

 İlham ismayıl  “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə