Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

6.
 
həmkarlar təşkilatının statusu. Məlumdur ki, nisbətən qüvvətli həmkarlar 
ittifaqları  Qərbi  Avropa  ölkələrinin  müəəsisələrində  olur,  lakin,  bir  çox 
şirkətlərdə onlar ümumiyyətlə mövcud deyidir. Yaponiyada sahələr üzrə 
həmkarlar ittifaqları mövcud deyi - hər bir müəssisə öz həmkarlar ittifaqına 
malikdir. 
7.
 
tətilin səbəbi kiminsə xeyrinə olan aksiyalardan ibarət ola bilər (məsələn 
sahə kollektivlərinin müdafiəsi). 
Tətillər  zamanı  əmək  haqqı  amili  aparıcı  amillərdəndir.  Müxtəlif 
qiymətləndirmələrə  əsasən  əmək  haqqı  üzrə  mübahisələr  səbəbindən  olan  tətillər 
85-94 faiz təşkil edir. 
Qeyd etmək lazımdır ki, tətil hər bir halda aşağıların qəti etirazıdır. Bu eyni 
zamanda  həm  də  sosial  gərginliyin  götürülməsi  və  münaqişənin  həll  edilməsi 
vasitəsidir. Tətil sahibkarlarla işçilər arasında ünsiyyət formasından savayı bir şey 
deyidir. Onun vasitəsilə işçilər müdiriyyətin fəaliyyətinə qarşı narazılıqlarını bildirir, 
özü  də  bu  qanun  vasitəsilə  həyata  keçirilir.  Tətilin  intensivliyi  ona  cəlb  edilmiş 
iştirakçıların  sayından,  həyata  keçirilən  fəaliyyətin  fəallığından  ,  seçilmiş  etiraz 
formasından (işin müvəqqəti olaraq saxlanılması və ya mühasirə şəkilli tətil) asılıdır. 
Konfliktologiyada tətil adətən təşkilati qrupların qarşılıqlı əlaqələri kimi başa 
düşülür.  Tətildə  iştirak  etməyin  vasitəsizliyi  və  vasitəliliyi  nöqteyi  nəzərindən 
aşağıdakılar qeyd edilir: 

 
ilkin qruplar. Onların məqsədləri həqiqətən də ziddiyyətlidir və ya qruplar 
onları  bu  cür  hesab  edirlər.  Bu  qruplar  bilavasitə  qarşıdurma  zamanı 
toqquşur (məsələn, təşkilatın idarəediciləri və operatorlar, daha doğrusu, 
məhsulu və xidmətləri həyata keçirən işçilər); 

 
ikinci  dərəcəli  qrupların  qarşıdurmanın  nəticələrində  şəxsi  maraqları 
vardır,  lakin  tətilə  bilavasitə  qarışmağa  çalışmırlar  (məsələn,  istehsalat 
sisteminin yaradılması və idarə edilməsi ilə, formal nəzarət məşqul olan 
xidməti personal - iqtisadçılar, plan tərtibatçıları və s.); 



 
işdə  marağı  olan  üçüncü  tərəf.  Onlar  tətilin  müvəffəqiyyətlə  başa 
çatdırılmasında maraqlıdırlar (məsələn, təşkilatın ticarət partny orları). 
Tətil öz inkişafı zamanı bir sıra mərhələlər keçir: 
1.
 
Tətilin  yaranması  .  Bu  mərhələdə  münaqişə  xaricdən  müşahidəçi  üçün 
məxfi  xarakter  daşıyır.  Bu  mərhələdə  həyata  keçirilən  fəaliyyət  son 
dərəcə emosional və şifahi olur. Burada münaqişənin latent forması - öz 
xahişi ilə işdən xaric edilmə, intizamın pozulması və s. xarakterikdir
2.
 
Formalaşma  mərhələsi  tətilin  şaxələnməsi  ilə  əlaqədardır.  Münaqişə 
aparan tərəflər öz tələblərini ifadə edir. Qüvvələrin ilkin tarazlaşdırılması 
danışıqlar  prosesində  baş  verir.  İstehsalatın  saxlanılması  bu  mərhələdə 
baş vermir. Mərhələ ya toqquşma ilə, ya da münaqişənin yeni mərhələyə 
keçməsi ilə - tətilin elan edilməsi ilə bitir. 
3.
 
Tətilin yüksəliş (pik) nöqtəsi - aktiv fəaliyyətlər mərhələsidir. Bu zaman 
işçilər  tərəfindən  işin  tam  və  ya  qismən  saxlanılması  baş  verir.  İşə 
götürənlər aktiv fəaliyyətlər həyata keçirir. Münaqişənin eskalasiyası öz 
piq  nöqtəsinə  çatır.  Maraqların  razılaşdırılması  danışıqlar  prosesi 
vasitəsilə  həyata  keçirilir.  Tətilin  pik  nöqtəsinin  əsas  xüsusiyyəti 
iştirakçıların  maksimum  sayda  olmasından  ibarətdir.  Bir  qayda  olaraq, 
məhz  bu  mərhələdə  kollektiv  öz  təşkilatçılıq  bacarığını  biruzə  verir, 
liderlər irəli sürür. 
Bu mərhələdə minimum üç ssenari mümkündür: 

 
Münaqişənin mərkəzinin məhv edilməsi və münaqişənin sönməsinə 
keçid; 

 
Qarşılıqlı danışıqların nəticəsi oaraq razılığın əldə edilməsi

 
Münaqişənin eskalasiyası və tətilin mahiyyətcə faciəyə çevrilməsi. Bu tip 
münaqişənin həlli qeyri-mümkündür. Belə olan təqdirdə, aclıq aksiyaları, 
dağıntılar,  avadanlıqların  qırılması  və  s.  həyata  keçirilir.  Bu  tip 
münaqişələr güc işlətmək hesabına başa çatdırılır. 


Tətilin başa çatdırılması ya bir və ya hər iki tərəfin ehtiyyatlarının birməsi, 
yaxud danışıqlar prosenin gedişatı zamanı əldə edilmiş razılaşma hesabına baş verir. 
Bu mərhələnin mahiyyəti fəaliyyətlərin başa çatdırılması və iş yerlərinə dönməkdən 
ibarətdir. 
Tətilin  nəticəsi  bölüşdürülmüş  və  müştərək  xarakterli  ola  bilər. 
Bölüşdürülmüş  xarakterli  nəticə  kompromisin  əldə  edilməsi  deməkdir,  yəni  bu 
zaman tərəflər həm nə-isə əldə edir, həm də nə isə itirir. Müştərək xarakterli nəticə isə 
ya müştərək mənfəət, ya da müştərək itgilər deməkdir. 
4.
 
Sosial əməkdaşlıq - müxtəlif sosial subyektlərin qrupların və korporativ 
maraqların  nəzərə  alınması  ilə  ümummilli  maraqlara  nail  olunmasına 
istiqamətləndirilmiş  bir  sistemidir.  Öz  strukturuna  görə  sosial  əməkdaşlıq  muzdlu 
işçilər,  işə  götürənlər  və  dövlət  təmsilçilərindən  əmək-sosial  münasibətlərinin 
tənzimlənməsi üçün yaradılmış orqan və təşkilatlar toplusudur. 
Sosial  əməkdaşlıq  institutunun  əsasını  sənaye  münaqişələrini  müəyyən 
çərçivələrə salmaq məqsədilə hazırlanmış kollektiv müqavilələr sistemi təşkil edir. 
Sosial əməkdaşlıq həm dövlət, həm də müstəqil müəssisə səviyyəsində mövcuddur. 
Münaqişə əmək münasibətlərinin təbii bir hissəsi hesab edilir, tşə götürənlər 
və muzdlu işçilərin maraqlarını müdafiə edən həmkarlar ittifaqları arasında rəqabət 
və kompromislər istehsal və qeyri istehsal təşkilatının gündəlik həyatının normasıdır. 
Bir qayda olaraq danışıqlar zamanı hər iki tərəfi qane edən razılaşmalar əldə edilir 
(ABŞ-da  bu  tip  razılaşmalar  -  98%  təşkil  edir).  Razılaşmaların  şərtlərinə  yenidən 
baxılmasını tələb etmə proseduru da mövcuddur, ən son tədbir kimi qanun normaları 
ilə tənzimlənən tətil və lokautdan istifadə edilir. 
Kollektiv  müqavilələr  sisteminin  daxil  edilməsi  nəticəsində  aparıcı  qərb 
ölkələrində  (xüsusilə  80-90-cı  illərdə)  sənaye  münaqişələrinin  sayı  minimuma 
enmişdir. Tətillər praktiki olaraq aradan qalxmışdır. Əmək münasibətləri sahəsində 
açıq qarşıdurmanın səviyyəsinin aşağı düşməsi ilə yanaşı həmkarlar 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə