•
işdə marağı olan üçüncü tərəf. Onlar tətilin müvəffəqiyyətlə başa
çatdırılmasında maraqlıdırlar (məsələn, təşkilatın ticarət partny orları).
Tətil öz inkişafı zamanı bir sıra mərhələlər keçir:
1.
Tətilin yaranması . Bu mərhələdə münaqişə xaricdən müşahidəçi üçün
məxfi xarakter daşıyır. Bu mərhələdə həyata keçirilən fəaliyyət son
dərəcə emosional və şifahi olur. Burada münaqişənin latent forması - öz
xahişi ilə
işdən xaric edilmə, intizamın pozulması və s.
xarakterikdir;
2.
Formalaşma mərhələsi tətilin şaxələnməsi ilə əlaqədardır. Münaqişə
aparan tərəflər öz tələblərini ifadə edir. Qüvvələrin ilkin tarazlaşdırılması
danışıqlar prosesində baş verir. İstehsalatın saxlanılması bu mərhələdə
baş vermir. Mərhələ ya toqquşma ilə, ya da münaqişənin yeni mərhələyə
keçməsi ilə - tətilin elan edilməsi ilə bitir.
3.
Tətilin yüksəliş (pik) nöqtəsi - aktiv fəaliyyətlər mərhələsidir. Bu zaman
işçilər tərəfindən işin tam və ya qismən saxlanılması baş verir. İşə
götürənlər aktiv fəaliyyətlər həyata keçirir. Münaqişənin eskalasiyası öz
piq nöqtəsinə çatır. Maraqların razılaşdırılması danışıqlar prosesi
vasitəsilə həyata keçirilir. Tətilin pik nöqtəsinin əsas xüsusiyyəti
iştirakçıların maksimum sayda olmasından ibarətdir. Bir qayda olaraq,
məhz bu mərhələdə kollektiv öz təşkilatçılıq bacarığını biruzə verir,
liderlər irəli sürür.
Bu mərhələdə minimum üç ssenari mümkündür:
•
Münaqişənin mərkəzinin məhv edilməsi və münaqişənin sönməsinə
keçid;
•
Qarşılıqlı danışıqların nəticəsi oaraq razılığın əldə
edilməsi;
•
Münaqişənin eskalasiyası və tətilin mahiyyətcə faciəyə çevrilməsi. Bu tip
münaqişənin həlli qeyri-mümkündür. Belə olan təqdirdə, aclıq aksiyaları,
dağıntılar, avadanlıqların qırılması və s. həyata keçirilir. Bu tip
münaqişələr güc işlətmək hesabına başa çatdırılır.
Tətilin başa çatdırılması ya bir və ya hər iki tərəfin ehtiyyatlarının birməsi,
yaxud danışıqlar prosenin gedişatı zamanı əldə edilmiş razılaşma hesabına baş verir.
Bu mərhələnin mahiyyəti fəaliyyətlərin başa çatdırılması və iş yerlərinə dönməkdən
ibarətdir.
Tətilin nəticəsi bölüşdürülmüş və müştərək xarakterli ola bilər.
Bölüşdürülmüş xarakterli nəticə kompromisin əldə edilməsi deməkdir, yəni bu
zaman tərəflər həm nə-isə əldə edir, həm də nə isə itirir. Müştərək xarakterli nəticə isə
ya müştərək mənfəət, ya da müştərək itgilər deməkdir.
4.
Sosial əməkdaşlıq - müxtəlif sosial subyektlərin qrupların və korporativ
maraqların nəzərə alınması ilə ümummilli maraqlara nail olunmasına
istiqamətləndirilmiş bir sistemidir. Öz strukturuna görə sosial əməkdaşlıq muzdlu
işçilər, işə götürənlər və dövlət təmsilçilərindən əmək-sosial münasibətlərinin
tənzimlənməsi üçün yaradılmış orqan və təşkilatlar toplusudur.
Sosial əməkdaşlıq institutunun əsasını sənaye münaqişələrini müəyyən
çərçivələrə salmaq məqsədilə hazırlanmış kollektiv müqavilələr sistemi təşkil edir.
Sosial əməkdaşlıq həm dövlət, həm də müstəqil müəssisə səviyyəsində mövcuddur.
Münaqişə əmək münasibətlərinin təbii bir
hissəsi hesab edilir, tşə götürənlər
və muzdlu işçilərin maraqlarını müdafiə edən həmkarlar ittifaqları arasında rəqabət
və kompromislər istehsal və qeyri istehsal təşkilatının gündəlik həyatının normasıdır.
Bir qayda olaraq danışıqlar zamanı hər iki tərəfi qane edən razılaşmalar əldə edilir
(ABŞ-da bu tip razılaşmalar - 98% təşkil edir). Razılaşmaların şərtlərinə yenidən
baxılmasını tələb etmə proseduru da mövcuddur, ən son tədbir kimi qanun normaları
ilə tənzimlənən tətil və lokautdan istifadə edilir.
Kollektiv müqavilələr sisteminin daxil edilməsi nəticəsində aparıcı qərb
ölkələrində (xüsusilə 80-90-cı illərdə) sənaye münaqişələrinin sayı minimuma
enmişdir. Tətillər praktiki olaraq aradan qalxmışdır. Əmək münasibətləri sahəsində
açıq qarşıdurmanın səviyyəsinin aşağı düşməsi ilə yanaşı həmkarlar