Kortəbii (vəhşi) tətillər «aşağı»nm təşəbbüsü ilə meydana gəlir, sanksiyanın
həmkarlar təşkilatları tərəfindən təşkil edilməməsindən ibarət olur, rədd proqramına
və təşkilati strukturlara malik olmur və əksər hallarda legitim mübarizə formaları
çərçivəsindən kənara çıxır.
Kütləvilik dərəcəsinə və tələblərin xarakterlərinə görə tətillər aşağıdakılara
bölünür:
1.
Ümumi tətillər - bu zaman tətildə ölkənin bütün əmək qabiliyyətli
hissəsinin əksəriyyəti iştirak edir. Əksər hallarda burada siyasi quruluşun
dəyişdirilməsi tələbləri;
2.
Sahələr üzrə baş verən tətillər (sahələr üzrə müqavilələrin yenilənməsi
zamanı sahibkarlar birliyinə təsir göstərilməsi);
3.
Müəssisə səviyyəsində baş verən tətillər zamanı müəssisə üçün spesifik
olan məsələlər
həll edilir
3.
Daha sonra biz klassik xarakter daşıyan sadə tətilləri xarakterizə edəcəyik.
Onlara daha çox real həyatda rast gəlinir. Bu tip tətillər üçün işin saxlanılması, bu
qərarı qəbul etmiş insanların mövcudluğu xarakterikdir. İşin saxlanılması müvəqqəti
xarakter daşıyır və bir tərəfin nəzərdə tutduğu tətildir.
Tətillərin əsas səbəblərini aşkar etməyə çalışaq:
1.
Əmək haqqmn artırılması haqqında tələblər və onun ətrafında olan
mübahisəli məsələlər (Rusiya və digər MDB ölkələri faktiki olaraq yeganə
ölkədirlər ki, tətil zamanı müəyyən zaman üçün olan əmək haqqının
ödənilməsini tələb etmişlər);
2.
iş saatının müddəti (qərb ölkələrində hal-hazırda söhbət 7-8 iş saatından
deyi, azad qrafik sistemindən gedir);
3.
məsuliyyət sərhədləri haqqında mübahisələr (istehsal özünüidarə
məslələri);
4.
kadr məsələləri (o cümlədən məşqulluq məsələləri və təşkilat daxilində baş
verən yerdəyişmələr);
5.
əməyin təşkili məsələləri, qayda
və qanunlar;