Nəsr əsərləri


«ULDUZ» JURNALINA MÜSAHİBƏ



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
eli-kerim-2

Rus dilindən çevirəni: P.Əlioğlu 

 

 



«ULDUZ» JURNALINA MÜSAHİBƏ 

 

—Keçən  yaradıçılıq  ilinizdən  razısınızmı? 



Keçən

 

il  nə-



zərdə tutduğunuz hansı əsəri yazmadınız? Və niyə? 

—Nisbətən.  Xeyln  iş  görmüşəm.  Neyrofizioloqların  hə-

yatından  pyes  yazmışam.  Bir  sıra  şeir  çap  etdirmiş  və  poema 

qurtarmışam. Bəlkə də Leninə həsr olunuş radiopyesimi dinlə-

yəniniz  olub.  Bundan  əlavə  telepyes  yazmışam  ki, o  da  hazır-

lanmaqdadır.  Bunların  hamısından  çox  məni  sevindirən  sizin 

jurnal  üçün  nəzərdə  tutduğum  gənclik  haqqında  yazıb  qurtar-

dığım povestdir. 

Mənim  aləmimdə  yazılmayan  yazılandan  daha  çox  olur. 

Arzu  həqiqətdən  sürətlidir.  Bir  də  ki,  sizə  sadaladıqlarımın 

bəziləri  irəliyə  «növbəsiz»  keçmiş  yazılardır.  «Növbəsizlər» 

yenə də aman verməyəcəklər. Əvvəlcədən nə deyim? 



— Sizin zənninizcə dövrümüzün hansı problemi ədəbiyya-

tımızda öz əksini daha çox tapmalıdır? 

—Məncə, hümanizm desəm, təkrar yox, təkrir olar. Bizim 

sürətli  və  eyni  zamanda  orta  əsrləri  toya  getməli  edə  biləcək 

dəhşətlər  doğurmağa  qadir  olan  əsrdə  insan  məhəbbətə,  qay-

ğıya, mehribanlığa, daha çox ehtiyac hiss edir. Onu «freydizm» 

və  «insan  insana canavardır» kimi  bədnam  nəzəriyyələrdən də 

qorumaq lazımdır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

40



—İş  üsulunuz  haqqında  oxuculara  bir-iki  kəlmə  söz  de-

məyiniz xahiş olunur. 

—Mənim  işimdə  saat  bölgüsü  yoxdur.  Mövzu  məni  tu-

tanda gecəni-gündüzə qatıram. 

—Mütaliənizdən razısınızmı? Hansı yazıçıların (ümumiy-

yətlə  dünya  ədəbiyyatında)  əsərləri  sizə  daha  çox  xoş  gəlir  və 

nəyə görə? 

—Razı deyiləm. Heç bir vəchlə çatdırmaq olmur. Jurnal-

dakı ən yaxşı əsərləri oxumağa belə vaxt azlıq edir. Ədəbiyyat-

çının  işləməsi  üçün  ona  meyar  lazımdır.  Bu  meyar  bir  yazıçı-

dan ibarət ola bişməz. Gərək hər qanın qaynayan yazıçıdan ru-

huna  uyğun  bir  cəhət  nəzərdə  tutub  özun  üçün  ümumi  bir 

etalon  yarada  biləsən.  Mənə  Heminqueyn  «həyatdan  inandı-

rıcı», olduqca sərt, hətta, metaforaları belə çox zaman amansız-

casına sıxışdırıb çıxarılmış  və sözün cövhəri  ilə  yazılmış  nəsri 

ilə birlikdə Henrix Böllün dərin psixologiyası xoş gəlir. Bayaq 

dediyim etalona daxil olan başqa yazıçıların da adını çəkib, baş 

ağrısı vermək istəmirəm. 



—Yazıçı  öz  ideal  qəhrəmanının  səviyyəsində  dayanmalı-

dırmı? 

—İdeal qəhrəman lazımdırmı? Bu, sxematizmə aparıb çı-

xarmazmı?  Canlı,  mürəkkəb,  yüksək  intellektli,  qüsurlu,  gü-

nahlı qəhrəmanlar oxucuya daha çox təsir edə bilər. «Fəlsəfədə 

antropoloji prinsip» kimi olduqca səmimi, mürəkkəb, inandırıcı 

bir əsər yazmış böyük Çernışevskinin «Nə etməli?» əsərindəki 

qəhrəmanların  bəzi  ideal  münasibətlərinə  (xüsusən  ailə,  sevgi 

münasibətlərinə) inana bilmirəm. 



—Yazıçı şəxsiyyətinin onun yaradıcılığına təsiri varmı? 

—Var. Əgər yazıçı qəhrəmanına özündə olmayan müsbət 

keyfiyyətləri  vermək  istərsə,  bu  adicə  imitasiyadan  başqa  bir 

şey ola bilməz. Yaxşısı budur ki, o, məhrəm hisslərindən, fikir-

lərindən  yazsın. Bu, daha  səmimi  çıxır. Yesenin  bundan qorx-

murdu. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

41



Ən  böyük  istedada  malik  olan  yazıçı,  şəxsiyyəti,  dünya-

görüşü,  həyat  tərzi  ucbatından  faciə  qarşısında  dayana  bilər, 

Rediard Kiplinq dahiyanə istedada malik bir sənətkar idi. Lakin 

Böyük Britaniya imperiyasından hər sözü üçün bir şillinq—50 

qəpik  qızıl  pul  (bu,  heç  bir  yazıçıya  nəsib  olmamışdır)  alan 

Kiplinq  böyük  istedadını  ancaq  hakim  qüvvələrin  tərənnümü-

nə,  təsvirinə  həsr  etdi.  Arabir  «sözün  düzünü»  demək  istədisə 

də ümumbəşəri bir yazıçı ola bilmədi. 

 

«Ulduz» jurnalına verilmiş 

 müsahibə, № 2, 1968. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

42



 

HEKAYЯLЯR 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə