Seçilmiş əsərləri
27
havada görürsən. Bütün varlığınla bu aləmə girirsən. «Qoca-
man çinar»dan başlayaq.
Çinar elə bil canlıdır, oturub gölgəsində sərinləşmək,
yaşıl qanadları üzərində əl gəzdirmək də olar. Mən onun qıvrı-
lan, açılan əyilən, ucalan budaqlarının hərəkətini görürəm. Çi-
nar yaşayır. Çox canlı, güclü və temperamentlidir.
Zaqatalanın dumanlı bir romantikaya bürünmüş yoluna
bax. Ürəyi yerindən oynadan bu romantikaya qapılıb, zövqün
möhlətini artırmaq üçün tələsmədən, yolun qurtaracağında səni
faciə gözləyirmiş kimi, yavaş-yavaş addımla. Saf havadan
sinənə bollu ehtiyat yığ.
Sonra sənətin müqəddəs pillələrindən enib, həyata düş:
həyatdakı ilə Toğrulun yaratdıqlarını müqayisə elə, iki həyatı,
iki aləmi tutuşdur. Hansı gözəldir?
İkisi də—həyat da, bədii həqiqət də!
İçəri şəhəri, Bakını seyr elə, sonra Toğrulun «Bakı»sına
gir. Doyunca, yorulunca ayaqdan düşüncə gəz. Yerindən tər-
pənmədən, xəyalın qanadları üzərində gəz. Peşman olmazsan.
Təzədən həyata qayıt, həyatdakı Bakı sənə daha əziz, daha gö-
zəl görünəcək, hiss edəcəksən ki, gözlərin, qəlbin ona Toğrul-
dan nələrsə əlavə etmişdir. Qidasını həyat həqiqətindən almış
bədii həqiqət öz mənbəyinə də gözəllik gətirmişdir.
Toğrulun təkcə peyzajları yox, natürmortları da, portret-
ləri də belədir. Onun natürmortları o qədər qabarıqdır ki, hava
ilə, işıq ilə elə canlandırılıb ki, uşaq baxsa əl uzadar, ürəyindən
Toğrulun dibçəkdəki çiçəklərini dərmək arzusu keçər.
Toğrul insanı daha çox seçir. Portretlərinə baxın: hamısı
ilə danışmaq olar. Əgər görməmisənsə, müdrik insan, rəssam-
lığın əla bilncisi Nazim hikmətlə əl tut. Axtarıb tapmaqdan yo-
rulmayan Rəsul Rza, Gözəl şair Bəxtiyar Vahabzadə ilə danış,
əla rəssam Səttar Bəhlulzadənin üzündəki cizgilərdən onun qəl-
bini oxu. Toğrulun insana məhəbbəti işıq kimi tükənməzdir.
Təsadüfi deyil ki, onun dünyasında körpələrə tez- tez rast gəli-
Seçilmiş əsərləri
28
rik. Faşist düşərgələrinin, Danteninkindən də pis olan cəhənnə-
mində arıq, sümükləri çıxmış, günahı doğuluşunda olan kör-
pə... Adam Toğrul ərazisinin bu ölümlə əhatələnmiş cəhənnəm
guşəsindən çıxıb getməyə tələsmir. Buradakı bədbəxtliklərə
son qoymaq üçün əlindən gələni etmək istəyir.
«Sevinc»dəki, «Səadət»dəki uşaqlara baxın. Nə oynatma-
lı, danışdırıb, güldürməli, totuq, «yeməli» uşaqlardır!..
Toğrul torpağa, xalqa bağlı sənətkardır. «Muğam» əsə-
rinə nəzər salın. Başı tara əyilmiş tarzənin, boynu dartılmış ka-
mança çalanın, uzun, ifadəli «danışan» barmaqlarını qavala vu-
ran xanəndənin gərgin, emosional görünüşündən dərhal anla-
yırsan ki, muğamın zili ifadə olunur. Toğrul başqa əsərlərində
olduğu kimi burada da vəziyyətin zirvəsini seçmişdir. «Sevinc»
adi sevinc deyil, onun ən yüksək nöqtəsi, zilidir. Xalçanın na-
xışları da, qırışları da onun üzərində uzanan ana və balanın və-
ziyyəti də elə gözəl tənasübdə verilmişdir ki, elə bil sevincdən
yer də canlanır, əyilir, düzəlir...
Toğrulun dünyasından doymaq olmaz. Mən də doymamı-
şam. Heç buradan çıxmazdım. Amma həyata enib gərəkli işlə-
rini də görməlisən. Hələlik Toğrulun dünyası! İşlərimi qur-
tarana qədər!..
Dostları ilə paylaş: