Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   21   22   23   24   25   26   27   28   ...   52
eli-kerim-2

Rəfiqə başını 

aşağı dikib susur).

 Düzdürmü? 

Rəfiqə—Olduğu  kimidir.  (

Yenə  də  Adilə  baxır.  Çevrilib 

əlləri ilə üzünü qapayır...)

 Yox, mən Sizdən qorxuram.



 

Adil—Əgər biri o birinin qəlbindəki şeiriyyəti açırsa, bu-

rada qorxulu nə ola bilər? 

Rəfiqə—Yox, Sizin elm şeiriyyətin əleyhinədir. Şeiriyyət 

gərək öz-özünə açılsın.  Bütün  insanlar  bir-birinin sirrini  bilsə-

lər həyat çox mənasız olmazmı? 

Adil—Siz sirrlərin açılmasından qorxursunuz, gözəl qız? 

Rəfiqə—Siz mənə gözəl qız deməyin. 

Adil—Çənəniz  bir  qədər  uzun  olmasaydı,  qüsursuz  bir 

gözəl olardınız.  (



Rəfiqə əlini çənəsinə  anarır).

 Görürsünüzmü, 

həqiqətin amansızlığından qorxursunuz. Halbuki,  çənənizin  bu 

çatışmazlığı,  daha  doğrusu,  artıqlıq  eləməsi  sifətinizin  başqa 

cizgilərinin  ahəngdarlığını  daha  qabarıq  göstərir.  Siz  hələ  çox 

uşaqsınız. 

Rəfiqə

 (incik)

—Mənim iyirmi beş yaşım var. 

Adil—Yalan deyirsiniz. 

Rəfiqə—Mən  sizin  atmacaları  çox  yaxşı  başa  düşürəm. 

Bu o deməkdir ki, mənim iyirmi beş yaşım var. 

Adil—Sən iyirmi beş yaşa doğru gedirsən. 

Rəfiqə

 (sevincək)—

Tutaq ki, elədir. 

Adil—Adam  anadan  olandan  iyirmi  beş,  hətta  yüz  yaşa 

doğru getməyə başlayır. 

Rəfiqə—Sizinlə zarafatım var? Deyirəm iyirmi beş yaşım 

var. 


Adil—Mən ciddi deyirəm.

 (Fəridə gəlir).

 Necədirlər? 

Fəridə—Yaxşıdırlar. Amma mən bir az tez getməliyəm. 

Adil—Şahini ötürərik, sonra gedərsən. 

Fəridə—Elə mən də onu gözləyirəm. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

102



Adil

  (Rəfiqəyə)

—Gözəl  qız  necə,  evdə  onun  üçün  darıx-

mırlar  ki?  Rəfiqəsinin  gözü  yolda  qalmaz  ki?

  (Rəfiqə  ürəkdən 

gülür).

 

Rəfiqə—Qalmasına sizin könlünüz varmı? Romanlardakı 



üçlük yaranmamış ki? 

Fəridə


  (Rəfiqənin  saçlarını  tumarlayır).—Nə 

danışırsan. 

Rəfiqə. Bu gün səni görən kimi elə bildim ki, illər arxasındakı 

bir güzgüyə baxdım, orda özümü gördüm. 

Adil—Balaca, nazlı Fəridəni gördün. 

Fəridə—Doğrudan. 

Adil—Demək  sən  gəncliyinlə  bir  yerdəsən.  Mənim  kimi 

qocalmamısan. 

Fəridə—Elədir.  İndi  sən

  (qolunu  Rəfiqənin  boynuna 

salır),

 məni yenə sevə bilərsən. Mən keçmişim və bu günümlə 

sənin qarşındayam

. (Pauza).

 Görünür insan təklikdə natamam-

dır. 

(Göy  işıq  onun  da  üstünə  düşür.

 

Kədərli  gülür,  Rəfiqə 



gülümsünür).

 

Adil—Demək  ikiarvadlılığa  bəraət  qazandırırsan.



  (Adil 

birdən Rəfiqəylə göz-gözə gəlir. Üzünü yana çevirir). 

Adil (


pauza)

—Laboratoriyanın işığı niyə yanır? 

Fəridə—İxtiyar gecələr gəlib işləyir. 

Adil—O kimdir? 

Fəridə—O, bizim işçi. Köhnə şöbə müdirimiz. Sərxoşluq 

üstündə  vəzifəsini  kiçiltdilər.  İndi  onun  yerində  Şahindir.  De-

yəsən, Şahin onu öz yerinə qoyub getmək istəyir. 

Adil—Hansı yaxşıdır? 

Fəridə—İxtiyar əliaçıq adamdır. Sənin kimi. 

Adil—Onu görə bilərəmmi? 

Fəridə—O işləyəndə heç kimi içəri buraxmaz. 

Adil—Bəs sərxoş halda necə işləyir? 

Fəridə—Bir onu bilirəm ki, içəri buraxmaz. 

Adil—Yenə  də  bir  hərəkət  elə




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə