Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   22   23   24   25   26   27   28   29   ...   52
eli-kerim-2

  (Koridora  açılan  qapının 

zəngini basır). 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

103



İxtiyarın səsi—Xudahafiz. 

Fəridə—İxtiyar, mənəm. 

İxtiyarın səsi—Bu gün görüşmüşük. 

Fəridə—İxtiyar, vacib sözüm var. 

İxtiyarın səsi—İnsan başqasının vaxtını alanda öz vaxtını 

da almış olur. Səhər mənim qulaqlarım qulluğunda hazır.  

Fəridə—Qulaqların mənə indi lazımdır. Bircə dəqiqə. 

İxtiyarın səsi—Bir dəqiqə çoxdan qurtarıb.  

Fəridə—Bir dəqiqə də. Təkəm... 

(Koridorda işıq sönür. İxtiyarın işlədiyi laboratoriyada yanır. 

Balaca  dəyirmi  stolun  üstündə  bir-birinə  qarışmış  kağız-

lar.  İçki şüşəsi və stəkan. Fəridə qapının ağzında dayanır). 

 

İxtiyar—Birinci,  tək  deyilsən.  Yiyələrinin  başlı-başına 



buraxdıqları  bu  səs-küyü  gətirirsən.  İkincisi,  adamın  tənhalı-

ğına müdaxilə etmək heç yaxşı deyil. 

Fəridə—Mən  bilirdim  ki,  təkliyi  bu  qədər  sevirsən.  Elə-

dirsə,  demək  mən  sənə  yaxşılıq  eləmişəm.  Mən  də  özümü  tək 

hiss  edirəm.  Qoy  sənin  təkliyinə  mənimki  qarışıb  olsun  tən-

halıq kvadratı. 

İxtiyar—Fəridə, mənim kvadrat həll etmək vaxtım keçib. 

Get  yat,  yaxşı  yuxular  gör.  Bir  də  mən  insanları  görməyəndə 

onlara  daha  yaxın  oluram.  Xahiş  edirəm,  sənə  yaxın  olmağa 

gömək edəsən. 

Fəridə

  (gülür)—

Bir  dəqiqə  olar  səni?  Səni  bir  nəfər  gör-

mək  istəyir.  Mənim  məktəb  yoldaşım—  bizim  instituta  gələn 

təzə alim. 

İxtiyar—Hə,  parapsixoloq?  Gəlsin  görək  dünyaya  nə 

demək istəyir? 

Fəridə çıxan kimi Adil içəri girir. 

Adil—Gəlmək olar? 

İxtiyar—Biri  də  icazə  alıb  girir  avtobioqrafiyamıza.  Bu-

yurun avtobioqrafiyamıza. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

104



Adil—Nə olar avtobioqrafiyanız bir az da zənginləşər. 

İxtiyar—Avtobioqrafiyamızdan  aparmayın,  əlavəniz  də 

lazım deyil. Bir də, avtobioqrafiyamız dolub. Hələ onu təmizlə-

mək lazım gəlir. 

Adil—Salam. 

İxtiyar—Neyləmək olar, salam.  

Adil—Tanış olaq.  

İxtiyar—Olaq. İxtiyar!  

Adil—Adil. 

(İxtiyar Adilə əyləşmək təklif etmədən keçib öz yerinə oturur. 

Adil də evindəymiş kimi stulun birini çəkib oturur). 

İxtiyar—Demək, həqiqəti mücərrədlikdən qurtarmaq istə-

yən adam sənsənmiş. 

Adil


 (çox sakit)—Bəli. 

İxtiyar—Doğrudan  da  təəssüf  etmək  lazımdır  ki,  əsrlər-

dən bəri həqiqətlə ancaq humanitar elmlər məşğuldur. Halbuki 

onu  bədəndə  kimyəvi  bir  maddə  halında  tədqiq  etmək  daha 

səmərəlidir. 

Adil—Gülürsünüz. 

İxtiyar—Mənim  əvəzimdən  gülüş  düzəltməyin. 

(Pauza).

 

Həqiqəti  mücərrədlikdən—yəni  ölümdən  qurtarmaq  ən  böyük 



məsələdir.

 (Pauza).

 Yaxşı, siz bu cür başqa yerdə otura bilərdi-

nizmi? 

Adil—Siz nə səbrsiz adamsınız? 

İxtiyar—Yaxşı, deyin bura niyə gəlmisiniz? Özü də sözü-

nüzü axırdan başlayın. Girişsiz. 

Adil—Əvvəl... 

İxtiyar—Əvvəl  yoxdur.  Əvvəl  çoxdan  olub,  qurtarıb.  Bu 

gün də məlumdur. Bir də indi söz əsri deyil. Pavlovun «siqnal-

lar  siqnalı»  adlandırdığı  söz  qiymətini  itirib.  Danışmaq  mələ-

mək kimi primitiv görünür. 

Adil—Olduqca düzdür. Elə mən özüm də arzulayıram ki, 

insanlar bir-birini sözsüz başa düşsünlər. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

105



İxtiyar—Mənim bir ştanqçı dostum vardı. Bir dəfə yarış-

da gücündən artıq götürəndə qarnı partlamışdı. 

Adil


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə