(Fəridə gedir. Laboratoriya qaranlıqlaşır. Ko-
ridorun bir hissəsi işıqlanır. Adil, Şahin və Fəridə yanaşı
əyləşmişlər).
Adil—Mənə elə gəlir ki, İxtiyar zərədidədir.
Şahin—Maye tərəfdən.
Fəridə—Bunu aləm bilir ki, yaxşı alimdir, amma... gözəl
insandır, amma...
Şahin—Gözəl təşkilatçıdır, amma... Buna baxmayaraq,
istəyirəm onu öz yerimə qoyub gedəm, amma...
Adil (gülür)—Öz yerinə amma...
Şahin—Zərər yoxdur. Yazıq adamdır. Qoy kefini çəksin.
Ona elə şərait yaratmışıq ki, içkisinə də gücü çatır, ailəsinə də.
Fəridə—Alicənab adamsan, Şahin!
Adil—O siz deyən qədər də yazıq adam deyil.
Ş a h i n —Əlbəttə, olduqca dikbaşdır.
Adil—Mən onu demək istəyirəm ki, o kiçik elmi işçiliyə
layiq adam deyil.
Şahin – Çıxarmaq insafsızlıq olardı. Buna qol qoymaram.
Adil – Çıxarıb baş elmi işçi qoymaq lazımdır.
Seçilmiş əsərləri
109
Şahin (tutulur). – Başladın qeyri-ciddiliyə.
Fəridə – Sənə uğurlu yol, Şahin!
Şahin – Necə yəni uğurlu yol?
Fəridə – Bəs ananın yanına getmirdin?
Şahin – Hə, əlbəttə getməliyəm. İkinci bir teleqram da al-
dım ki, yaxşılaşıb. Amma məni ora qonşumuz toya çağırır.
Uşaqların pulu qurtarmayıb ki?
Fəridə – Yox, yox, çox sağ ol, Şahin, bəs nə vaxt gedəsi
oldun?
Şahin – Heç bilmirəm, yerimə kimi qoyum gedim (gülür).
Görünür, hələ mən öz yerimə adam hazırlamamışam.
Adil – Mən ciddi deyirəm. Burada nəsə bir sirr var.
Şahin – Səninçin, məncə, yer üzərində sirr olmamalıdır.
Adil – Əvvəla, ola bilər. Niyə hirslənirsən? Dur gedək sə-
ni ötürək.
Şahin – Bu gün getməyəcəyəm. (Bu söhbətə qulaq asan
Lələ onlara yanaşır).
Adil – Onda gedək içəri.
Şahin – Mənim sənə elmi etirazlarım var.
Adil – Buyur.
Şahin – Telepatiya geriyə qayıtmaqdır. Atavizmdir. O,
ibtidai insanlarda daha qüvvətli olmuşdur. İndi mümkün deyil.
Adil (Elektrik lampasını göstərir). – Əvvəla, bu da ibtidai
insanın işinin inkişafıdır. İkincisi də ki, bir saat bundan qabaq
məni parapsixologiya sahəsində müvəffəqiyyətim üçün təbrik
edirdin.
Şahin – Özün deyirsən ki, haqqında yazılan məqalədə şi-
şirdilmisən. Sən doğurdanmı yer üzündə hər sirri açmağa qa-
dirsən?
Adil – Heç olmasa bu institut daxilində, hə…
Şahin – Bizə sırf fiziologiya lazımdır.
Seçilmiş əsərləri
110
Adil – Neytrino elementinin elementar hissəciyi də həm-
çinin fiziologiyada kvant fizikasına arxalanmalıdır, radioşu-
alanmaya da.
Şahin – Bu arzudur.
Adil – Bizim doğulmağımız da bir vaxt arzu olmuşdur.
Şahin – Yaxşı, sənin indi arzun nədir?
Adil – Arzum məlumdur. Amma daha bir böyük arzum
da vardır ki, Azərbaycan xalqının idrakı dünyaya necə varsa,
elə də təqdim olunsun.
Şahin – Nə demək istəyirsən?
Adil – Sənin Moskvaya müşavirəyə göndərdiyin alimin
danışdıqları göstərdi ki, Azərbaycan fiziologiya elmi beş il
bundan qabaqkı səviyyəsindən də aşağıdır. Halbuki xalqı oldu-
ğu kimi təqdim edən adamlarımız vardır. Mən İxtiyarı görən-
dən sonra bunu hiss etməyə başlayıram (İçəridən İxtiyarın səsi
gəlir).
İxtiyarın səsi – İçəyin gələnlə gedənin görüşdükləri nöq-
tənin sağlığına. Şahin gedir, Adil gəlir. Diqqətlə nəzər yetirsək,
məsələ tamamilə başqa cürdür. Şahin bizim üçün gedir. Amma
qarşı stansiyaların birindəki adamlar üçün gəlir. İnsanla tanış
olduqca ona maraq azalır. Demək Adil də bu gündən gedir. Bir
sözlə, Adillə Şahin həm gedirlər, həm gəlirlər. Heç bir mənzil-
də durmurlar. Amma İkar adlı asteriod isə daha konkret bir yol
tutmuşdur. O, göy cisimləri üçün gedir. Bizim üçün gəlir. O,
allah qoysa, yerə çatacaq və bir daha qayıtmayacaq. Biz onunla
dolu, vulkanli, kor bir məhəbbətlə əbədi qovuşacağıq. Sağ ol,
İkar! Biz həsrəti vüsaldan daha təsirli və üstün tutub, sənin
sağlığına indidən içirik, mehriban İkar yoldaş.
Şahin – Buyur (işıq sönür).
(Koridor işıqlanır. Qonaqlar dağılışmağa başlayır).
İxtiyar – Allah eləsin institutda həmişə belə həvəslə
işləyək.
(Ümumi gülüşmə)
Seçilmiş əsərləri
111
Şahin – Adil, gedək bizdə qalaq!
Adil – Yerim var.
(Şahin gedir, Rəfiqə Fəridə, Adil, Qubad qalırlar)
Adil – Fəridə, bəlkə mənim persipientim olasan (Lələ də
onların yanına gəlir).
Fəridə – Mən bilirəm, nəyə işarə edirsən. Sevməmişəm,
gözləməmişəm, sonra?
Lələ – Persipient nədir?
Fəridə
Dostları ilə paylaş: |