(Şahin çamadana
baxsa da sanki heç nə görmür).
Adil (Lələyə)—Hə, ilk patsientim, hazırsanmı?
Lələ (acınacaqlı)—Bəli.
(Qubada)
Sən qal, söhbət elə,
görək mən neyləyirəm.
Qubad—Arxayın ol.
İşıq sönür. Koridor işıqlanır.
Lələ çamadanı yerə qoyur
Lələ—Qubad, dünyada elə bil adam yoxdur ki, evdə, çöl-
də onun gizli bir işi, sirri olmasın. Qoy sənin, mənim kimi lap
düz adam olsun, kim istər ki, sirr açıla. Sən bu şoğərib elmi
bilirsən. Dünəndən də Adil ilə bu barədə ağzına əziyyət verir-
sən. İndi də görək bu gündən necə ömr eləyək? Başımıza hansı
daşı salaq ki, heç olmasa yaralanaq, daha birdəfəlik ölməyək,
hə?
Qubad—Çətin məsələdir, Lələ.
Oğlanşah və Ağa gəlirlər
Oğlanşah—Çətinlikdən qorxma. Adam kişi olar.
Ağa—Ay Qubad, səni vurmayaçaqlar, öldürməyəcəklər...
Qubad
(onlarla razılaşırmış kimi)
—Bir çarə varsa da, tə-
miz yaşamaqdır.
Lələ—Əəə, bunu hamı bilir ey. Amma heç kim əməl elə-
mir, söz de, söz olsun.
Oğlanşah—Kişi bir özümü gördum
Qubad—Qəzetdə yazılanlar düzdur. Adil başqa bir küçə-
də, şəhərdə, hətta istəsə uzaq bir ölkədə olan adamın da fikrini
oxuya bilər (
Maqnitofonda Lələnin daxili monoloqu eşidilir.
«Mən də deyirdim ki, baş götürüb qaçaram uzaq bir yerə»).
Qubad—İnsanın başının ətrafında cərəyan var
(Lələgil
əllərini başlarına çəkirlər.)
Bu cərəyan beyindən axıb gəlir. O,
başda olan fikrin də özüylə çıxardır. Aparatla bu cərəyanı tutub
fikri də onunla bir çəkirlər.
(Lələgil dəhşətə gəlirlər).
Lələ—Allah, özün saxla.
Seçilmiş əsərləri
116
Qubad—Necə ki, qəbuledici ilə haranı istəyirsən tutmur-
san, o da elə.
Lələ—Vay, vay, vay...
(Əlini başının ətrafına sürtür).
Demək cərəyan var.
(Diksinmiş kimi).
Mən ölüm?
Qubad—Hətta deyirlər ki, elə aparat var ki, onu başa bir-
ləşdirib evə işıq da çəkmək olar.
Lələ
(son dərəcə heyrətlə)—
Ayə
,
dünyanın axırıdır...
Qubad—Otur evdə, işığın da öz başından kəlsin. Pulsuz.
İstəyirsən aparatı öz başına birləşdir, istəyirsən arvadının, ya-
xud uşağının. Uşağın baş işığı zəif olur. Ən yaxşısı odur ki, bir-
ləşdir arvadının başı qarışsın. Amma deyirlər arvadın işığı tut-
qun olur. Bu da məlumdur ki, başı zəif işləyir. Amma yenə
məsləhət arvaddır. Başı qarışar.
(Hamı Qubada alimə baxan
kimi baxır).
Lələ—Əyə, arvad adama başından işıq verər?
Qubad—Verməz, başın sağ olsun.
Lələ—Qubad, sən əzizlərinin canı, dolamırsan bizi?
Qubad—Sağ ol, vallah... Kişi kitabında da yazıb ki, hər
bir məxluqun kəlləsinin ətrafında elektrik var.
Lələ
(təəssüflə başını yelləyir)
—Təəssüf ki, yazıb.
Qu b a d—Qurtardı, getdi də...
Lələ—Bəs neyləsin (
Oğlanşahı və Ağanı göstərərək),
bu
biçarələr.
Q u b a d—Bir çarəniz var.
Lələ—De qurban olum, yaxşı ki, səni işdən çıxarmamı-
şam.
Qubad—Bir təmiz adam yadınıza salın, dönüb olun hə-
min təmiz adam.
Lələ—Yəni, biz təmiz adam deyilik?
Oğlanşah —-Mən dönüb başqa adam olsam, kişi olma-
ram ki...
Seçilmiş əsərləri
117
Qubad—Beyninizdəki bütün pis fikirləri atın, getsin. Baş-
layın ən yaxşı şeylər haqqında—yaxşılıq, düzlük haqqında fi-
kirləşməyə. Və sizin bu yaxşı fikirləriniz də düşsün aparata.
Lələ (
Dostları ilə paylaş: |