Seçilmiş əsərləri
132
Şahin—Mən səni ifşa edəcəyəm. Mətbuatda sənin
haqqında yazılanlar düz deyil.
Adil
(qəzəblə, ucadan)
—Şahin, mənim haqqımda yazı-
lanlar hamısı düzdür.
Koridor işıqlanır. Bu səsi eşidən Lələ qaça-qaça labora-
toriyanın qapısı ağzına gəlir. Qulaq verir: «Heç olmasa ona
görə düzdür ki, həqiqət gec-tez açılmalıdır. Bu cəhətdən bütün
şərəfli adamlar parapsixoloqdurlar. Onların arasında telepatiya
mövcuddur».
Şahin gəlib İxtiyarın yanında oturur
İxtiyar—Deyəsən həqiqət mücərrədlikdən çıxır.
(Şahin
qəzəblə ayağa qalxır. Səsə Fəridə gəlir.)
Şahin—Bu da mənə sağ olun. Mən sənin kimi dünyəvi
əyyaşın bütün zibillərini ört-basdır eləmişdim.
İxtiyar—Xoş kördük. Deyəsən bu gün içməməyim səni
içki kimi götürmüşdür. Elə bilirsən ki, mən təkcə bu gün ayı-
ğam? Yanılmısan, müəllim!
Şahin—Deyəsən Adilin yeni bəşəri kəşfi səni də ayıltmış-
dır.
Fəridə—İkiləşib nə düşmüsünüz Şahin müəllimin üstünə.
İxtiyar—Şahin müəllim üçün hansı material lazımdır,
Fəridə xanım?
Fəridə—Utanmaz, əyyaş!
İxtiyar
(göyə baxır)
—Lap bu yaxında İkar düşər.
İşıq sönür. həyətin bir hissəsi işıqlanır. Lələ, Oğlanşah,
Ağa skamyada oturmuşlar. Oğlanşah və Ağa sağlıq demədən
içirlər.
Oğlanşah—Lələ.
Lələ—Can Lələ.
Oğlanşah —İşdir, sənin oxşarın razılığa gəlməsə, orada
hər şeyi yadından çıxart. Biz dostlarını da.
Lələ—Bircə dostu unutmağı bacarmıram.
Oğlanşah—Yeri gələndə dostu unutmaq da kişilikdəndir.
Seçilmiş əsərləri
133
Lələ—Görünür, mən sizi çox istəyirəm də.
Oğlanşah—Kişi ol, ə?
Lələ
Dostları ilə paylaş: