Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
eli-kerim-2

  (açıqlı)

—Kişi  ol!  Bəs  deyirdin  dünyada  heç  nədən 

qorxum yoxdur? Bilmirəm ürəyim hansı tərəfdədir. Var, yoxsa, 

yox. Döyünür, yoxsa yox? 

Oğlanşah

  (özünü  sındırmamağa  çalışaraq)

—Bu  gündən 

bildim ki, ürəyim var. Sol tərəfdədi. Özü də döyünür. (

Pauza.)

 

Kişi də sevər? Kişini sevərlər. Qoyurlar ki...- (



pauza.)

 Zəmanə 


qoyur ki, kişi olasan?! Kişinin də ürəyi döyünər? Lələ, kişi ol! 

Lələ—Ağlım  kəsmir  (



Ağa  heç  nə  demədən  stəkanı 

Lələnin  sinəsinə  vurub  içir, 

Lələ


  də  bir  stəkan  götürür).

  Mən 


getdim.

 (içir.)

 Bəlkə qayıtmadım.



 (Oğlanşah və Ağa ilə öpüşüb 

tələsik gedir. İşıq sönür. Laboratoriya işıqlanır. Adil və Fəridə 

buradadırlar). 

Lələ—Gəlmək olar? 

Adil—Elə olar!

 (Yanaşı kiçik otaqdakı hermetik kameranı 

göstərir.)

 Buyurun.



 

Ləl —Birbaşa? 

Adil—Özünüz  bilin.  Özünüzü  sərbəst  aparın.  Nə  haq-

qında istəyirsinizsə fikirləşin. 

Lələ—Fikirləşməli bir işim yoxdur. Girim? 

Adil—Girin. 

Lələ—Bu  dəqiqə.

  (Lələ  yanaşı  otağa  keçir.)  Oxşarının 

qolundan yapışıb hermetik kameraya çəkir). 

Lələ—Nə desələr dinmə. Çünki olmaz. 

Aparatların  lentlərində  xəttlər  görünür.  Lələ  koridora 

çıxıb  qapının  arasından  baxır.  Lentlərdə  xəttlər  yox  olan  kim 

Adil başını qaldırır 

Adil—Lələ,  təbrik.  Bura  gəlin,  görüm.  (



Lələ  him-cimlə 

oxşarını çağırır. Oxşarı isə Adilə tərəf addımlayır.) 

Lələnin  oxşarı—Mən  Lələ  deyiləm,  oxşarıyam



  (Lələnin 

başı qapının arasında yox olur).

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

134



Adil—O,  niyə  qaçdı.  Tez  onu  çağırın.

  (Lələnin  oxşarı 

çıxıb qorxmuş halda Lələ ilə qayıdır.) 

Adil


 (Lələyə)

—Lələ, sən hansısan? 

L əl ə

 (əlini döşünə aparır)—

Buyam.


 

Adil—Yox,  sən  bir  cütsən.



  (Lələ  hermetik  kameraya  gi-

rir.)

 Vallah heç nədən xəbərim  yoxdur



 (Maqnitofonda Lələnin 

daxili monoloqu səslənir). 

—Mən Lələyəm. Şahinin dostuyam. Bir evli kimiyik. 

Lələ—Nə sarsaq adamsan. Ə, sən Şahinin dostusan? Sən 

alimsən... hətta... hətta... lap müəllimsən. 

Lələnin  maqnitofonda  daxili  monoloqu—Əə,  sən  alim-

sən, müəllimsən? Utanmırsan, sən onları heç bəyənirsən? 

Lələ —Nə əclaf, satqın adamsan? 

Lələnin maqnitafonda daxnli monoloqu:—Şahin müəllim 

Ağaya  institutun  kioskunda  iş  verdirib.  Deyir  ki,  cinayət  baş 

verən günü Ağa burda olmayıb. Ağa cinayətkardır. Şahin müəl-

lim vəzifəsini çox sevir, çox. 

L əl ə—Sus, axmaq olma, əə, Lələ. 

Lələnin  maqnitofonda  daxili  monoloqu—Niyə  susursan, 

əə, Lələ? Əvvəl-axır bu sirr açılmalıdır! De, bir az da hörmətin 

olsun. 

Lələ—Neçə? Yox... Yox... Bəlkə... Doğrudan da... 

Lələnin 

maqnitofonda 

daxili 

monoloqu—İxtiyarın 

çıxarılması da elə Şahindəndir. 

Lələ  fikirləşməmək  üçün  başını  əlləri  ilə  bərk-bərk  sıxıb 

tez-tez  kamerada  o  başa,  bu  başa  gedib-gəlir.  Bəzən  özünü 

saxlaya bilmir. Çiyni, başı kameranın divarlarına dəyir. Birdən 

kameranın qapısı açılır. 

Adil—Çıxa bilərsiniz, Lələ əmi. 

Lələ


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə