Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
eli-kerim-2

 (təəccüblə)

—Nə üçün? 

Adil—Səsin  dediyin  sözlərdən  daha  səmimidir 

(gülür).

 

Söz  ikinci  siqnal  sistemi  ilə  əlaqədardır.  Amma  səs  isə  birin-



ciyə aiddir. Təkcə ürəklə bağlıdır. 

Rəfiqə—Siz hər şeyi elmləşdirirsiniz. 

Adil—Səni  hər  gün  gözləyəcəyəm.  (

Pauza.)

  Mən  səni 

anlayıram. 

Rəfiqə—Mən öz qəlbimi başa düşmədiyim halda... 

Adil—İndi  mən də  bu vəziyyətdəyəm. Odur ki, bir- biri-

mizi anlaya bilərik. 

Rəfiqə—Təcrübəyə nə vaxtdan başlayırsınız? 

Adil—Bu günlərdə. 

Rəfiqə—Məndən başlayın. 

A  d  i  l—Sən  aydınsan!



  (Rəfiqə  heyrətlə,  bütün  gözləri 

dolusu Adilə baxır). 

Rəfiqə  —  Siz  doğrudanmı  telepatiyaya  inanırsınız? 

İnsanların  hətta  heç  bir  kömək  olmadan  belə  uzaq  məsafədən 

bir-birlərinin fikirlərini tutmağına inanırsınız? 

Adil—Mən buna inanıram. Hətta bu olmasa, eyni vaxtda 

eyni  cür  fikirləşən  adamlar  çoxdur.  Belə  olmasaydı,  insanlar 

yaşaya  bilməzdi.

  (Pauza). 

Misal  üçün,  indi  biz  ikimiz  də  eyni 

bir şey haqqında fikirləşirik. 

Rəfiqə


 (pauza)

—Yaxşı, mən indi nə istəyirəm? 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

130



(Adil qrafindən su töküb Rəfiqəyə verir). 

Adil—Bir az gecikdim. 

Rəfiqə—Hardan bildiniz? 

Adil—Dodaqlarınızdan. 

Rəfiqə—

 (həyəcanla suyu içir)

—Mən getdim.



 

Adil—Sən mütləq gələcəksən. 

Rəfiqə—Yox, yox, yox. 

Adil—Get. Mən arxayınam. 

Rəfiqə gedir. Göy işıq sönür, adi işıq yanır Birinci futbol 

azarkeşi  pəncələri  üstündə  yavaş-yavaş  Adilə  yaxınlaşır,  əlini 

ehmalca uzadıb sol qolundan yapışır. Fikrə getmiş. Adil tərpən-

mir. 


1-ci  futbol  azarkeşi

  (pıçıltı  ilə)

—Salam-  əleyküm,  hör-

mətli Adil yoldaş. 

Adil


 (tərpənmədən)

—Salam.


 

1-ci futbol azarkeşi—Sizə çox vacib işim düşüb. 

Ad il—Qısa. 

1-ci  futbol  azarkeşi—  «Neftçi»  yoxsa  «Spartak». 

«Neftçi», hə? Çox sağ olun, hə? 

Adil—


(fikrindən  ayrılmadan  azarkeşi  başdan  eləmək 

üçün)—Hə... həm... 

1-ci  futbol  azarkeşi—Caan,  bir  konyak  mənə,  bir  şillə



 

(ikinci futbol azarkeşinə)

 sənə. 


2-ci  futbol  azarkeşi

  (Adilə  yaxınlaşaraq)

  —  hər  vaxtınız 

xeyir. Siz razısınızmı ki, bu gün «Spartak» udsun? 

 2-ci futbol azarkeşi—«Neftçi» komanda deyil, hə? 

Adil—Deyil. 

2-ci futbol azarkeşi—Məhv olsun, hə? 

Adil—Olsun. 

2-ci futbol azarkeşi—(



birdən açılışır, çoxdan tanıdığı bir 

futbol  azarkeşi  ilə  danışırmış  kimi  uçadan)  «Spartak»a

  çatan 


komanda olmaz, sən öl.

 

Adil


 (birdən başını qaldırıb)

—Sürüş burdan.



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

131



2-ci  futbol  azarkeşi—Düzdür!

  (Adil  gülür,  ikinçi  futbol 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə