Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   27   28   29   30   31   32   33   34   ...   52
eli-kerim-2

  (Adil  cibindən  balaca, 

yaraşıqlı şüşə çıxarır, burub ağzını açır. Stolun İxtiyara yaxın 

künçünə sürüşdürür. Bir-iki şokolad da çıxarıb şüşənin yanına 

qoyur).  Bunu 

sizin  üçün  xüsusi  gətirmişəm.  İspan  konyakıdır. 

Siz  yavaş-yavaş  için,  mən  görüm  Fəridə  gəlibmi?

  (Adil  çıxır. 

İxtiyar trubkasını stolun üstünə qoyub sığallayır). 

İxtiyar


  (trubkaya)

—Bir  dəqiqə  məni  gözlə. 



(Şüşəni  gö-

türüb gül iyləyirmiş kimi burnuna aparır, başını bulayır. Sonra 

konyakı birnəfəsə başına çəkir). 

Adil gəlir 

Adil—Fəridə gəlib. Harasa çıxıb, iç, yaxşı konyakdır! 

İxtiyar—Yaxşı idi.



 (Adil boş şüşəyə baxıb gülür). 

Adil—Özü  də  bu  konyakın  yaxşı  bir  cəhəti  var  ki,  iyi 

gəlmir. 

İxtiyar


  (narazı)

—Necə?  İyi  gəlmir?  Onda  bir  qəpiyə  də 

dəyməz. Gülün ətri olsun gərək. 

Adil—Axı eşitdiyimə görə sizi institutda sıxışdırırlar? 

İxtiyar—Sıxışdırıb qurtarıblar, sıravi elmi işçidən o tərəfə

 

(pauza)

  başqa  yer  olmadığı  üçün  əlacsız  bir  halda  mübarizəni 

dayandırıblar. Bir də ki, içkinin iyi mənim silahımdır. 

Adil—Adətən  əksinə  olur



  (əlini  alnına  aparır). 

Qorxma, 


heç nə soruşmayacağam. 

İxtiyar—Sual bəşəriyyətin zəifliyidir. 

Şahin gəlir. Oturub stolun üstündəki kitabı vərəqləyir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

114



Şahin—Deyəsən getməli oldum. 

Adil—Yaxşı yol. 

Şahin—Lələ mənim çamadanımı bura gətirməyib ki?

 (Lə-

lənin və Qubadın səsi eşidilir).

 

Lələnin  səsi—Al  çamadanını,  qolum  sındı,  köməkçim 



deyilsən? 

Qubadın  səsi  —Sən  öl,  hörmətsizlik  olar.  İkinci  dərəcəli 

adamam, onun çamadanını da köməkçi götürər? 

Qubadın  səsi    –  Di  yeri,  özünü  elə  göstər  ki,  guya  sənin 

canın bu çamadandadır, sən çamadanı yox, öz canını götürmü-

sən. 


Lələ və Qubad içəri girirlər, Qubad keçib oturur.  

Lələ əlində çamadan  qapının ağzındaca durur.  

Şahin başını qaldırıb Adilə baxır 

Şahin


  (kitaba  işarə  ilə)

—Özünəməxsus  keyfiyyətlərini 

hifz eləyə bilməyən  müqəddəs ola  bilməz. Sən dünyanı  hama-

ma döndərmək istəyirsən. 

Adil—Təmizlik yaxşı şeydir. 

Şahin—Adil,  doğurdan,  mən  gələnə  qədər  təcrübə  keçir-

mə. Qarmaqarışıqlıq olar. 

Adil—Keçirəcəyəm. 

Şahin —Xahiş edirəm. 

Adil—Keçirəçəyəm. Yerini İxtiyara təhvil ver. 

Şahin—Sənə. 

Adil—Onsuz da İxtiyar şöbə müdiridir. 

Lələ—Şahin  müəllim,  (

çamadana.  baxır)

  aparım?



  (hiss 

olunur ki, bərk yorulmuşdur, çamadanı əlində saxlaya bilmir).

 

Vağzala?



 

İxtiyar—Xahiş  edirəm,  mənim  sinəm  üstündə  vuruşma-

yasınız. 

Adil


  (Lələyə  baxır)

—Sabahdan  təcrübəyə  başlayıram. 

Özü də birinci patsientim Lələ əmi olacaqdır. 

(Çamadanın qul-

pu Lələnin lap barmaqları ucuna gəlib çatır).

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

115



Lələ—Şahin  müəllim,  nə  deyirsiniz


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə