Seçilmiş əsərləri
100
Lələ—Zarafatın yeri var, ə, pəzəvəng.
Oğlanşah—Yaxşı, sənə nə məsləhət eləyim?
Lələ—Gözünə girsin.
Oğlanşah—Yaxşı, girsin. Amma sənə lazım olanda da
gözümü yumacağam ha!
(Gedir).
Qubad—Gedək içəri də.
Lələ—Yox.
(Qubad gedir. Şahin gəlir).
Şahin—İçəri niyə gəlmirsən?
Lələ—Şahin müəllim, bu deyilənlər düzdür?
Şahin—Bəli.
Lələ—Bu olmadı ki...
Koridor. Adil və Fəridə
Adil—Şahin sənə qayğı göstərirmi?
Fəridə—Əlbəttə. Çox sağ olsun. Məni elə bura laborant
gətirən o deyilmi? Yoxsa uşaqlar əziyyət çəkərdi. Mənə həmişə
kömək eləyir. Çox gözəl insandır. hamı onun başına and içir.
Adil—Hiss edirəm.
Fəridə—O, sənin xətrini çox istəyir. Görmürsənmi, sənin
üçün necə məclis düzəldib.
Adil
(gülür)
—Bəlkə öz gedişi üçündür.
Fəridə—Yenə başladı qeyri-ciddiliyə.
Adil—Doğrudan gedir?
Fəridə—Təcili teleqram almışdır. Mütləq getməlidir.
Adil—Nə məsələdir?
Fəridə—Anası xəstədir.
(Pauza. Birdən Rəfiqəni heyrət
götürür. O, diqqətlə Adilin üzünə xeyli baxır).
Rəfiqə—Doğrudan, siz haradan bildiniz ki, mən buradan
çıxıb rəfiqəmin yanına getməliyəm.
Adil (
gülür).
Bunu bilməyə nə var ki. Bu, lap asan bir
işdir.
Rəfiqə
(daha da həyacanlanır. Pauza, Özünü itirmiş
halda)
Yaxşı, mən indi nə haqda düşünürəm?
Seçilmiş əsərləri
101
Adil—Siz çox asan suallar verirsiniz. Siz indi düşünürsü-
nüz ki, mən ürəyinizdəki sirləri öyrənə bilərəm? (
Dostları ilə paylaş: