Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
111
 
Başa düşmürəm, bunların nə dəxli var sizin fəlakətin tarixinə! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Sənin komissarlara o məktublarında yazılmayıbmı bu tarixin ən fəciəli səhifələri?! 
Nərimanovdan danış! 
 
 
 
Bünyad bəy əllərini böyürlərinə çırpdı. 
 
 
 
  
 
 
 
- Ya rəbbi, özün qutrar məni bu Dəlinin əlindən! 
 
 
 
Səməd dedi:  
 
 
 
- Yaxşı, de görüm, iyirmi beşinci ildə Stalinlə ətrafındakı Qrek casuslarından başqa, 
Sovnarkomdakı, MK-dakı Yevreylərin hamısı niyə məhz Nərimanı seçirdilər Leninin yerinə?! 
 
 
 
Deyə bilməzsən! Dinlə! 
 
 
 
Nəriman eynilə bizim indiki AdıPünhan Muğannamız kimi "Bibliya"nı açıb qoyurdu 
Yevreylərinin qabağına, deyirdi oxuyun: "Boq". Soverşenno bessmıslennoe slovo. Krome 
xaotiçnoqo znaçeniya, nikakoqo smısla net v etom slove. Verno?! Deyirdilər: "Verno". 
Soruşurdu: "A slovo Bağ imeyet smisl?" Sonra başlayırdı izah eləməyə ki, bağ insanı insana 
bağlayan bağdır, "Svyazıvaet çeloveka s çelovekom i çeloveçestvu so vsem çeloveçestvom v 
Qalaktikax". 
 
 
 
İndi de görüm "Tatar" dilini fəməl-yəməl bilən Dzerjinski Nərimanın "tatar" dilini başa 
düşürdüsə, uşaqlığını vətəni Tatarıstanda keçirən Lenin ömrü boyu rusca danışırdısa, 
Nərimanovun SafAğ Elminin mürəkkəbliklərini necə başa düşürdü? 
 


 
112
 
 
Bünyad bəy: 
 
 
 
- Nərimanov rusca elə sadə izah eləyirmiş ki, kim olsa sehrlənərdi. Lenin isə, bilirsən ki, çox 
idraklı insan idi. Bağlara inanırdı.  
 
 
 
Bəs "Materializm i empriokritisizm?!” Niyə elə qətiyyətlə inkar eləyir "Maxizmi"? Axı, bağ 
sözündən azan Max, qatı ruhani olsa da, Kainatın materiyalılığını lap qəşənqcə duyurdu və bizim 
xilasımızı kainatda görürdü! 
 
 
 
Bəy, bezikmiş, üzünü yana çevirdi, qışqırdı ki: 
 
 
 
- Bunlar da sizin tarixdi?! 
 
 
 
Səməd: 
 
 
 
- Əlbəttə, Bəy, Əlbəttə! - dedi - Lenin sadəcə, planetin vəziyyətində kütləvi savadsızlığı, təfəkkür 
bəsitliyini nəzərə alıb, qəsdən hər şeyi yalnız Yerlə, qatı, bayağı materializmlə bağlayırdı. Sinfi 
mübarizə ilə planetimizi təzələmək, yenidən maarifləndirmək istəyirdi. İşinin ilk pilləsində 
öldürdünüz yazığı! Maarifə inamını öldürdünüz!.. "Sosializm plyus elektrofikasiya vsey stranı". 
Sosialiszmin əsli nədi, Bəy? Sosial bərabərlik, yəni yüksək Şüur. Düzdü? Elektrofikasiya nədi? 
Zəhmətin maksimum yüngülləşdirilməsi. Düzdü? Maarif: "Uçitsya, uçitsya, uçitsya”. Bəs bu 
nədi? Bağ səviyyəsidi, Bəy. Lenini gərək kəlmə-kəlmə izah eləyəsən. Leninin ömrünü 
kəsməsəydiniz, bütöv, tam kamil Lenin kim olardı? Allah? Xeyr! Bağ! Yəni cəmi proletariatı, 
başqa sözlə, bəşəriyyəti birləşdirərdi. Yerdə Lenin qədər ikinci uzaqgörən, etibarlı adam 
tanımıram mən. 
 
 
 
Bünyad bəy dönə-dönə başını buladı. 
 
 
 
- Qulağım nələr eşidir, ya rəbbi! "Materializm i empiriokritisizm" kitabında bədbəxt Alman 
Yevreylərinin ən görkəmli Din xadimi Maxı göy Bağlarından bəsit - empiriokritisizm” 
kritisizmdə taqsırlandıran Lenin həqiqəti billə-bilə qəsdən, şüurlu tənqid eləyirdi Maxı?! 
Bəşəriyyətin xilasını, səadətini göydə görən Maxin idealizmini tapdalayıb, materializmi qaldıran 
Lenin düz deyib?!  
 


 
113
 
 
Səməd düşüncəli: 
 
 
 
- Adıpünhanın "İdeal"ından bir cümlə deyirəm: "Ən böyük ateist Bağ Atanın özüdür", - dedi. - 
Şərh elə! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Məlumi məsələdi. Nəimi, Nəsimi kimi, bütün SafAğlar, ƏlAğlar kimi, AdıPünzan da insandan, 
Kainatdan kənarda Allah görmürlər. 
 
 
 
Səməd:  
 
 
 
- Fikirləş, gör nədi materiayanı təhrif edən?! Din ya materiya özü?! BağOdƏri "materiya"ya 
döndərən sənin Latın dilli alimlərin deyilmi, ay zibil müdafiəçi?! 
 
 
 
Mən, Səməd Muğanna, Kainatın energiyasına həqiqətinə Od deyirəm. Sən deyilsənmi mənim 
Odumu Kainatdan ayırıb, Yerə bağlayıb "atəş"ə çevirən?! Sən deyilsənmi məni "atəşpərəst"ə 
çevirən, ay pədərsüxtə?! Petroqrad universitetini çıxart arxivdən, Şərqşünas, türkoloq 
tələbələrinə "Bağ" deyib o TatƏr "Boq" deməyib! Sonradan Stalinin əmrilə dəyişdirilib 
Qumilyovun mühazirələri, Materiyadan kənarda nə varsa, hamısı dəyişdirilib! Düzdü? 
 
 
 
Düzdü. 
 
 
 
İndi de görüm Qədim dünya tarixini nöqtəsinə, vergülünə qədər öyrənən Marks niyə BağOdƏri 
yox, "materiya"nı birinci sayırdı. Axı, bilirsən ki, "Materiya" kəlməsi bağOdƏr adının latınca 
təhrifindən başqa bir şey deyil!  
 
 
 
Bəy qətiyyətlə: 
 
 
 


 
114
- Marks məhdud adam idi. Materiyanın məhz Bağlar tərəfindən yaradıldığına inana bilmirdi. 
Deyirdi: "Şübhəsiz, yaradıcı var". Əmma Bağları qəbul eləmirdi. Məntiqə bax: bəs Bağların 
özləri hardan, necə yaranıb? Bu deyilmi hamını çaşdıran? Deyirlər: Kainat sonsuzdur. Bu 
sonsuzluğun özünü nisbiləşdirmişik.: bir nöqtədən hərəkət elə, fırlanıb - dövrə vurub, yenə 
həmin nöqtəyə gələcəksən. Məhdudluq deyilmi bu, səməd? Bəs nöqtələr arasında dairələrdən 
kənarda nə var? Boşluq?! Elə o "boşluq" deyilmi yaradıcı?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- bağlarımız bu sirri çoxdan deyiblər Yerə, Bəy. "Boşluq" yoxdu, "Zülmət" adlandığımız 
sonsuzluq var. Məsələ burasındadı ki, "Sonsuz" sözü də təhrifdi. Əsli ƏsÜn ƏsÜzdür: Yaradan 
səs - yaradan məna. Hardan gəlir o Ün - səs? O səsə ən qədim zamanda "Gur" deyilib: ən sıx, ən 
yaşlı insanlar məkanı Gurdan bizim Kainata, hətta lazım gələndə bizim Yerə enən İnsana - 
ÜnƏsə də "Gur" deyirik. Öz səsi ilə birlikdə Gur İşıq o qədər güclüdür ki, bağlarımız o işığı 
zülmət kimi görürlər. Hətta Bağlar da o Zülmətə uçmurlar. Yalnız EyOdƏr ƏsÜn Babamız (yəni 
Günəş dairəsinin daxilindəki EyOdƏr planetinin sahibi) öz gəmisində Zülmətə uçur, qayıdıb, 
oğlu BağBağÜnə məlumat verir. O məlumata əsasən, Zülmətdə yalnız söz eşidilir: "ƏsÜn - 
Yaradan məna. Qədim Midiyanın - BağOdEyin - Bağdayın "ölü dili"ni axtaranda Marksla 
Engels cəmisi üç gün məşğul olub, öyrənib ki, Bağday - BağOdEy varmış Yerdə, "Midiya" təhrif 
admış, Bağ varmış, "Boq" yox imiş. OdƏr varmış, "Atrii" yox imiş. "Materiya" - BağOdƏr imiş. 
Buna görə də yaradıcını təsdiq edib Yevrey Marks! Bir az EvƏrEydi, ya yox?  
 
 
 
Təhrif dillərdə danışan bütün dahilərin bədbəxtliyi kimi, Marksın bədbəxtliyi də onda olub ki, 
OdƏr dilinin lap cüzi bir qismini öyrənib, Kainatın, planetimizin, Bağdayın tarixindən xəbərsiz 
qaldığına görə "Materiya"nı - BağOdƏri OdƏrlərdən, yəni bağı insandan ayırıb, Yer sakinlərinin 
arasında Ün eşidib Ün yazan Bağlardan xəbəri olmayıb. ÜnƏsin - "ins"anın Yerə OdAğÜz 
BağOdƏr planetindən gəldiyini bilməyib, meymun beyinli Darvinin səviyyəsinə enib: Təkamül - 
evolyusiya nəzəriyyəsini, "insanın meymundan əmələ gəlməyi"ni qoy bir kənara. İmperiyalizmin 
son mərhələsində dövlətin məhvini yüz əlli il əvvəldən görən Yevrey Marksı tanı, ay Yevrey! 
Məhv olur ki dövlət! Vəhşiləşir insan, ya yox? 
 
 
 
- Yox!  
 
 
 
- Ey Bəy! Dövlət idarə olunmur axı daha. Və olunmayacaq! Kriminal kapital insanı 
kamilləşdirmir və kamilləşdirməyəcək. Demək ədalətsizlik, zorakılıq, kapitalistlik, hərcmərclik, 
səfillik, beyinsizliyə doğru "evolyusiya" çiçəklənəcək, Bəy. Bəs potop?! 
 
 
 
- Hə... Potop... İşləri korlayır. 
 
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə