30
müharibəsinin subyektləri informasiya obyektlərinin şüuruna sarsıdıcı
zərbə endirməklə onun normal döyüşmək qabiliyyətini neytrallaşdırmaq
və öz təsiri altına almaq istəyirlər. Bu məqsədlə informasiya
fəaliyyətinin
müəyyən istiqamətləri xüsusi hücuma məruz qalır və düşmən tərəfinin
səyləri müəyyən vaxtlar məhz bu istiqamət üzərində cəmləşdirilir. Bu za-
man, adətən, elə istiqamətlər və ya hədəflər seçilir ki, onlar qarşı tərəfin
düşüncəsində, milli-mənəvi dəyərlərində aparıcı yerlərə malik olur.
İnformasiya-psixoloji təcavüzkarlıq – qarşı tərəfə, onun fəaliyyətinin
bəzi sahələrinə konkret və təsirli zərbə vurulmasıdır. İnformasiya-psixo-
loji təcavüzkarlıq aşağıdakı əlamətləri ilə fərqlənir: informasiya qüvvələ-
rinin məhdud və lokal şəkildə tətbiq edilməsi, yetirilmiş ziyanın nəzarət
çərçivəsində edilməsi, informasiya-psixoloji təsirə məruz qalan informa-
siya hədəflərinin, ictimai qurumların kəmiyyətinin məhdud olması (31).
Mütəxəssislərin fikrincə, informasiya-psixoloji təcavüzkarlıq, ümumən,
aşağıdakı subyektlər tərəfindən aparıla bilər: 1) dövlət hakimiyyət orqan-
ları, xarici dövlətlərin, onların müttəfiqlərinin xüsusi idarələri, silahlı qüv-
vələrin bölmələri; 2) transmilli korporasiyalar; 3) terror, millətçi, ekstre-
mist və radikal dini təşkilatlar; 4) müstəqilləşməyə çalışan və mərkəzi
hakimiyyət orqanlarının nəzarəti altından çıxmağa çalışan region elitası;
5) mütəşəkkil cinayətkarlıq strukturları (32).
İnformasiya-psixoloji təcavüzkarlığın konkret sahəsi kimi Dağlıq Qa-
rabağ münaqişəsi götürülərsə, onda qeyd etmək olar ki, erməni kilsəsi,
erməni diasporu, erməni millətçi-siyasi partiyaları da bu fəaliyyət sahəsi-
nin subyektləri kimi özlərini göstərirlər. Nəzərə alınsa ki, Ermənistanda
və ermənilik daxilində bütün ictimai qurumlar antitürk ideologiyası ilə
zəhərləniblər, onda onların hamılıqla informasiya-psixoloji təcavüzün
subyekti olmasını istisna etmək olmaz. Erməni diasporunun maliyyə dəs-
təyi ilə bir sıra ölkələrdə yerli elitadan formalaşdırılan erməni lobbisi, rəs-
mi və qeyri-rəsmi erməni qurumlarının, erməni diasporunun nəzarəti al-
tında olan kütləvi informasiya vasitələri də Azərbaycan xalqına və bü-
tünlükdə türkçülüyə qarşı informasiya-psixoloji təcavüzün subyekti ola
bilərlər.
İnformasiya-psixoloji təcavüzkarlığın yuxarıda sadalanan subyektləri
öz fəaliyyətlərini nizamlamaqla qarşı tərəfdə aşağıdakı nəticələrin alın-
masına çalışırlar:
– milli tarixi şüurun pozulması, xalqın həqiqi tarixinin yalançı mif-
lərlə əvəzlənməsi, bütöv tarixi prosesin parçalanması və bu parçaların
bir-birinə qarşı qoyulması;