50
erməni millətçi separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparıla-
raq Ermənistana birləşdirilməsi ideyasından əl çəkmədilər. Yuxarıdakı
rəsmi sənədlərlə müəyyənləşdirilmiş informasiya istiqamətləri öz gücün-
də qaldı. Ona görə yerli və İttifaq mətbuatında müvafiq informasiya-təb-
liğat işləri də xeyli genişləndirildi. 1989-cu il dekabr ayının 1-də Ermə-
nistan SSR Ali Soveti öz iclasında ―Ermənistan SSR və Dağlıq Qaraba-
ğın yenidən birləşdirilməsi haqqında‖ qeyri-qanuni və mahiyyəti etibari-
lə separatçı-təcavüzkar bir qərar qəbul etdi (15). Bununla, Ermənistanın
ali qanunvericilik orqanı Azərbaycana qarşı ərazi iddialarını və Dağlıq
Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini qa-
nunvericilik şəklində bütün cəmiyyət qarşısında tarixi vəzifə kimi elan
etdi. Bu qeyri-qanuni vəzifə həm də erməni informasiya-təbliğat maşını
qarşısında qoyuldu. Azərbaycana qarşı ərazi iddiaları dövlət siyasəti sə-
viyyəsinə qaldırıldığı üçün bu iddiaların informasiya təminatı da dövlət
səviyyəsində müdafiə olunurdu. Əslində, məsələnin başqa şəkildə işıq-
landırılması Ermənistanın təcavüzkar dövlət siyasətinə və millətçi ma-
raqlarına qarşı çıxmaq demək olardı.
SSRİ-nin dağılması ərəfəsində Ermənistan SSR Ali Sovetinin qəbul
etdiyi ―Ermənistanın müstəqilliyi haqqında Deklarasiya‖da da Ermənis-
tan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarına istinad olunur
və Azərbaycanın beynəlxalq miqyasda tanınan Dağlıq Qarabağ bölgəsi
müstəqil Ermənistanın tərkib hissəsi elan edilirdi (16).
Bütün bu sadalanan rəsmi sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin Ermənistana birləşdirilməsi özündə saxta hüquqi, siyasi və ta-
rixi məqamları əks etdirməklə qeyri-obyektiv erməni informasiya-təbli-
ğat fəaliyyətinin də ana xəttini təşkil edirdi.
Lakin Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları Azərbaycanda
olduğu kimi beynəlxalq aləmdə də qəbul edilmədi.
Hətta erməni millətçi-
lərinin
bütün ümidlərinə baxmayaraq, həm SSRİ rəhbərliyi, həm də SSRİ
məkanında formalaşan yeni respublikaların rəhbərləri Azərbaycanın əra-
zilərinin bir hissəsinin qeyri-qanuni yolla Ermənistana birləşdirilməsi id-
diasına dəstək vermədilər.
Bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respubli-
kasının tanınmış sərhədlərinin zorla pozulmasına etirazları, münaqişənin
həlli ilə bağlı Minsk Qrupunun yaradılması, BMT Təhlükəsizlik Şurası-
nın 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətna-
mələr və digər sənədlər (17) Dağlıq Qarabağın Ermənistana birləşdiril-
məsi ideyasının beynəlxalq aləmdə qəbul olunmayacağına şübhə yeri qoy-
51
madı. Belə olanda erməni millətçiləri Dağlıq Qarabağın müstəqil quruma
çevrilməsi ideyasının aktuallaşdırılmasına cəhd göstərdilər. Bununla bağlı
1991-ci ilin sonlarından etibarən Dağlıq Qarabağın Azərbaycandan qopa-
raq müstəqil dövlət olması, sonradan isə Dağlıq Qarabağın müstəqillik dek-
larasiyasının elan edilməsi təcavüzkar erməni millətçi separatizminin yeni
şəraitə uyğunlaşması demək idi. Bununla bağlı İrəvan emissarlarının təzyi-
qi, təhrikçiliyi və təşkilatçılığı ilə bəzi sənədlərin qəbul olunduğu da elan
edildi. Bu sənədlərdə öz əksini tapan müddəalar isə eyni zamanda Dağlıq
Qarabağdakı millətçi erməni informasiya-təbliğat siyəsətinin hüquqi və si-
yasi bazasına çevrildi.
1992-ci il sentyabrın 2-də elan edilən Dağlıq Qarabağ Respublikası-
nın (?) elan edilməsi bəyannaməsində hər şeydən əvvəl, Azərbaycanın
müstəqil rayonu olan Şaumyan rayonu da Dağlıq Qarabağ Respublikası-
nın (?) tərkibində elan edildi. Bu o demək idi ki, erməni informasiya mə-
kanında Şaumyan rayonu Dağlıq Qarabağın tərkib hissəsi kimi özünə yer
tapmalı idi və belə də oldu. Bu bəyanatda aşağıdakı tezislər öz əksini tap-
dı ki, onlar eyni zamanda erməni informasiya-təbliğat siyasətinin mövzu-
larının istiqamətləri sayılmalıdır:
– Azərbaycanda aparılan aparteid siyasəti erməni xalqına qarşı nifrət
və dözümsüzlük yaratmışdır;
– Azərbaycan ərazisində yaşayan ermənilərə qarşı silahlı qarşıdurma
həyata keçirilir və nəticədə ermənilər itkilərə və kütləvi deportasiyaya
məruz qalırlar;
– Dağlıq Qarabağ SSRİ Konstitusiyası əsasında müstəqilliyini əldə
edir;
– Erməni xalqının yenidən birləşməsi beynəlxalq hüququn norma-
sıdır;
– SSRİ Konstitusiyasının verdiyi hüquqlar əsasında Dağlıq Qarabağ
öz statusunu özü müəyyənləşdirir və s.(18)
1992-ci il yanvar ayının 6-da isə Dağlıq Qarabağ Respublikasının
dövlət müstəqilliyi bəyannaməsi elan edildi. Bəyannaməyə əsasən Dağlıq
Qarabağ müstəqil elan edilir və onun müstəqil dövlət siyasətinə, atribut-
larına malik olduğu bildirilirdi. Burada elan olunan tezislər də aydın idi
ki, özbaşına olaraq özünü müstəqil elan edən qondarma qurumun infor-
masiya siyasətinin mahiyyətini təyin etməli idi.
1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənis-
tanın Dağlıq Qarabağla bağlı informasiya-təbliğat siyasəti də məhz bu
müstəvi üzərinə keçirildi.
Məlumdur ki,
münaqişənin davam etdiyi müd-