58
və istisnalığı həmin təcrübənin əsasını təşkil edir və erməni millətçiləri
həmin ifrat niyyətlərindən əl çəkməyincə bu tarixi təcrübənin inkişaf
edəcəyi və tarixi ənənənin davam etdiriləcəyi də gözləniləndir.
İlkin təhlillər əsasında həmin tarixi ənənəçiliyin üç istiqamət üzərində
qurulması qənaətinə gəlmək olar: 1) erməni ifrat millətçiliyi; 2) erməni
terroru və 3) erməni təbliğatı.
Ola bilsin ki, tarixin
qeyd olunan kəsiyində
baş verən erməni təcavüzkarlığı zamanı bu
məsələlərin qoyuluşunun əha-
tə dairəsi, istifadə olunan vasitələrin miqyası və ümumən icrası zamanı
müəyyən fərqlər özünü göstərsin. Lakin Dağlıq Qarabağ münaqişəsinin
təcrübəsi bir daha göstərdi ki, erməni təcavüzkarlığı tarixi ənənəçiliyini
qoruyub saxlamaqdadır.
Erməni təcavüzkarlığının aparıcı xətlərini təşkil edən ənənəvi məsələ-
lərin öyrənilməsi ilə həm erməni təcavüzkarlığının əhatə dairəsini proq-
nozlaşdırmaq, həm də bu təcavüzün qarşısının alınması üçün müvafiq
siyasət formalaşdırmaq olar.
Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan informasiya-təbliğat
fəaliyyətində də erməni ənənəçiliyi özünü qabarıq şəkildə nümayiş etdi-
rir. Əslində, erməni təbliğatı erməni millətçiliyinin ifadəsinin əsas vasitə-
lərindən biridir və ona görə də erməni millətçi-təcavüzkarlığının təşəkkül
tapdığı ilk gündən uyğun informasiya-təbliğat işlərinin qurulmasına xü-
susi diqqət yetirilir. Bunu XIX əsrin ikinci yarısında Avropada erməni
məsələsinin gündəliyə gətirildiyi dövrdən də görmək mümkündür. Bu
prosesdə erməni təbliğatının genişləndirilməsi erməni millətçi-təcavüzü-
nün fəallaşmasının ilkin mərhələsi kimi özünü göstərir. Tarixdən məlum-
dur ki, hələ 1885-ci ildə, yəni Osmanlı Türkiyəsi ərazisində erməni mil-
lətçi təcavüzkarlığının qanlı səhifəsi açılmamışdan əvvəl Avropada və
Amerikada erməni millətçi təbliğatının genişlənməsi baş verdi. Yerli er-
mənilər və eləcə də bura axışmaqda olan ermənilər Avropanın və Ameri-
kanın diqqətini özlərinə cəlb etmək üçün orada təşkilatlar yaratdılar, qə-
zet və jurnallar təsis etdilər, müxtəlif tədbirlər keçirdilər. Təsis olunmuş
mətbuat orqanları bir tərəfdən ermənilərin saxta tarixi haqqında, digər tə-
rəfdən də Osmanlı Türkiyəsinin ermənilərə qarşı "dözülməz" siyasəti haq-
qında yazılarla dolduruldu, Avropa və Amerikanın
siyasi dairələrində, ic-
timai fikrində erməni məsələsinin şişirdilməsinə təkan verildi (24). Bu
təbliğatın genişləndirilməsi ilə fəaliyyətin sonrakı mərhələsi üçün Avro-
pada zəmin yaradıldı və həm də Avropanın dəstəyinin qazanılmasına
cəhd göstərildi.
60
Birinci Dünya müharibəsi illərində və Rusiyanın dağılması dövründə
bölgədə və ətrafında yenidən alovlanan erməni millətçi qırğınları da kifa-
yət qədər informasiya-təbliğat təminatına malik idi. Bunun üçün erməni
millətçiləri və konkret olaraq erməni millətçilərinin əsas təmsilçisi olan
Daşnaksutyun partiyası tərəfindən konkret işlər görülürdü. Daşnaksutyun
partiyasının 1907-ci ildə keçirilmiş 4-cü qurultayından sonra
yerlərdə xü-
susi təbliğatçılar şəbəkəsi təşkil edildi, böyük şəhərlərdə mədəni-təşviqat
cəmiyyətləri, mətbuat təşkilatları yaradıldı. Adları çəkilən qurumlar icti-
mai-mədəni qurumlar adı altında hakimiyyət orqanlarının razılığı ilə açıl-
sa da əsas məqsədləri məhz erməniləri türklərə və azərbaycanlılara qarşı
milli qırğınlara hazırlamaq idi. Adları çəkilən qurumların
nəzdində ermə-
ni məktəbləri təşkil edilir, əhali üçün mühazirələr oxunur, müxtəlif gö-
rüşlər və tədbirlər keçirilir və bu tədbirlər zamanı millətçi-şovinist əhval-
ruhiyyəli mövzulara üstünlük verilirdi. Cənubi Qafqazda mövcud olan
çoxlu sayda qəzet və jurnallar, tipoqrafiyalar, redaksiyalar, kitab mağaza-
ları, kitabxanalar, nəşriyyatlar Daşnaksutyun partiyasının Tiflis Bürosu-
nun birbaşa nəzarəti altında idi. Daşnaksutyun partiyasının hətta öz sen-
zurası da var idi. Bu senzura erməni millətçiliyi əleyhinə çıxan digər er-
məni mətbuat orqanlarına qarşı özünəməxsus şəkildə mübarizə aparırdı (26).
Partiyanın 1907-ci ildə təsdiq olunmuş nizamnaməsində "İnqilabi
mətbuat" adlı ayrıca bir bölmə də mövcud idi. Həmin bölmədə deyilirdi
ki, daşnakların mətbuatı təşkilatın proqramına ciddi əməl etməli və hə-
min proqrama xidmət edən ideyaları yaymalıdır. Bu ideyaların
mərkəzin-
də isə ermənilər üçün dövlət yaradılması və belə bir dövlətə nail olunma-
sı üçün hər cür vasitələrdən, o cümlədən terrordan, silahlı qiyamlardan,
milli qırğınlardan istifadə edilməsi vəzifəsi dayanırdı. Partiyanın nizam-
naməsinə görə mərkəzi mətbuat orqanları və rayon iclaslarının mətbuat
orqanları yaradıla bilərdi (27).
Məhz bunların nəticəsi idi ki, ermənilər kifayət qədər geniş və əhatəli
təbliğat işləri aparırdılar. Onların bu istedadı və qabiliyyəti müşahidəçi-
lərin də diqqətindən qaçmırdı. 1905-ci ildə Qarabağda və Azərbaycanın
digər ərazilərində başlamış erməni-müsəlman qırğınlarını araşdıran
V.F.Mayevski yazırdı ki, erməni millətçi təcavüzkarlığının qızışdırılma-
sında erməni mətbuatının xüsusi rolu vardır. Bu mətbuatın qeyri-vicdani
fəaliyyəti nəticəsində erməni xalqı erməni təbliğatçılarının oyunlarından
baş aça bilmədilər. Məhz mətbuatın fəaliyyətinin nəticəsində ermənilərin
əməlləri haqqında həqiqətlər qalın yalan qatı ilə örtüldü, mətbuat xalqın
iradəsinin ifadəçisinə çevrilmədi. Müəllifə görə, bu və ya digər fikir və