57
ması, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətinin beynəlxalq hüquq normaları çərçivəsində deyil, er-
məni maraqları çərçivəsində yozumlanması. Ermənistanın dövlət rəhbərlə-
ri ən müxtəlif beynəlxalq təşkilatlarda, beynəlxalq auditoriya qarşısında
Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, beynəlxalıq təşkilatların qə-
bul etdikləri qərarları tamamilə fərqli şəkildə izah və şərh edir və bunun-
la Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə haqq qazandırma-
ğa çalışırlar. Bununla onlar erməni informasiya-təbliğat maşını üçün də
həm mövzu verir, həm də bu mövzuların hansı çərçivədə işıqlandırılma-
sını müəyyənləşdirirlər (23).
Bu mövzuların əhatəsini genişləndirmək də mümkündür. Həmin möv-
zuların zənginliyi, əslində, erməni informasiya-təbliğatının mahiyyəti ilə
şərtlənir. Erməni informasiya-təbliğatı hazırda belə bir prinsipi əsas tutur
ki, erməni işğalçılığına və millətçiliyinə meydan verən təbliğat ermənilik
tərəfindən təqdir olunmalıdır. Əks informasiya və təbliğat isə düşmən təb-
liğatı kimi dəyərləndirilir. Bu prinsipin nə dərəcədə doğru olduğunu bey-
nəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqeləri
və Ermənistanın daxilində yaranmış böhranlı vəziyyətlə bağlı elə erməni
ekspertlərinin dedikləri də nümayiş etdirir. Doğrudur, erməni informa-
siya-təbliğat maşını və onun havadarları malik olduğu geniş şəbəkələrlə
dünya arenasında təhrif edilmiş bir mənzərə yaratmağa cəhd göstərir və
məlumatsız publikada müəyyən təsəvvürlər də yarada bilirlər. Bu is-
tiqamətdə erməni millətçiliyinin hətta tarixi təcrübəsi də vardır. Bununla
belə Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv infor-
masiyanın ortaya qoyulması erməni informasiya-təbliğat axınlarının qar-
şısını almaqda səmərəli təsirə malikdir.
2. Erməni antiazərbaycan təbliğatında ənənəçilik
Təxminən XX əsrin ortalarından başlayaraq dövrümüzə qədər müxtə-
lif vaxtlarda Cənubi Qafqazda və onun ətrafında baş verən
erməni millət-
çi təcavüzkarlıq faktlarını nəzərdən keçirərkən onların arasında bir meto-
doloji oxşarlıq olduğunu görmək mümkündür. Başqa sözlə, uzun illər ər-
zində ermənilər tərəfindən həyata keçirilən təcavüzkarlıq aktlarının hansı
niyyətlə başlanmasında, necə başlamasında və hansı vasitələrdən istifadə
edilməsində açıq erməni dəsti-xətti vardır. Bir tərəfdən bu, təbiidir. Çün-
ki erməni millətçi təcavüzkarlığının mahiyyətində dayanan niyyətlər tari-
xən ifratlığı və qeyri-qanuniliyi ilə seçilib və onların reallaşdırılmasında
da bir tarixi təcrübə formalaşmışdır. Qarşıya qoyulan niyyətlərin ifratlığı