Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi üzrə test tapşırıqları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix07.06.2022
ölçüsü0,91 Mb.
#89006
1   2   3   4   5
t
t

)
əsas temperatur intervalı neçə hissəyə 
bölünüb? 
A) 180 
B) 80 
C) 110 
D) 100 
E) 90 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: R. Ə. Nəcəfov. Texnoloji Parametrlərin Ölçülməsi Üsulları, Nəzarət Ölçü 
Cihazları və Avtomatik Tənzimləmə. Bakı, 2013, səh. 126 
73. Hansi manometrlərdə elastiki həssas element kimi yastı membran və boruşəkilli 
yaydan istifadə olunur? 
A) Tenzorezistorlu 
B) Membranlı 
C) Pyezoelektrik 
D) Silfonlu 
E) Diferensial 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R. Ə. Nəcəfov. Texnoloji Parametrlərin Ölçülməsi Üsulları, Nəzarət Ölçü 
Cihazları və Avtomatik Tənzimləmə. Bakı, 2013, səh. 130 
74. Daralma qurğusunda mayenin həcm sərfini 
)
(
2
2
1
P
P
F
Q
h
h




düsturu ilə təyin 
edirlər. Burada 

nədir? 
A) Daralma əmsalı 
B) Mayenin sıxlığı 
C) Sərf əmsalı 
D) Nisbi sahə 
E) Dəliyinin sahəsi 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R. Ə. Nəcəfov. Texnoloji Parametrlərin Ölçülməsi Üsulları, Nəzarət Ölçü 
Cihazları və Avtomatik Tənzimləmə. Bakı, 2013, səh. 140 
75. Hansı manometrlər iş prinsipinə görə maye və deformasiyalı manometrlərə 
bölünür? 
A) Yükporşenli 
B) Differensial 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
C) Barometrlər 
D) Artıq təzyiq 
E) Vakuummetrlər 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 90 
76. İnduksion, termoanemometrik və ultrasəs sərfölçənlərin iş prinsipi nəyə 
əsaslanır? 
A) Süzgəcin ağırlıq gücünə 
B) Həssas elementin deformasiyasına 
C) Mühitin axın sürətinin ölçüləməsinə 
D) Pyezoelektrik effektə 
E) İnduktiv müqavimətin temperaturdan asılılığına 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 90 
77. Axına perpendikulyar şualanması olan ultrasəs sərfölçənlərində pyezoelement 
nə yaradır? 
A) Elektrik yükü 
B) Maqnit sahəsi 
C) Elektrik sahəsi 
D) Təzyiqlər fərqi 
E) Ultrasəs rəqsləri 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 90 
78. Elektromaqnit induksiya qanununa hansı sərfölçənlərin iş prinsipi əsaslanır? 
A) İnduksion 
B) Rotametrlərin 
C) Ultrasəs 
D) Taxometrik 
E) Dəyişən təzyiq fərqli 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 90 
79. Termoanemometrin vericisi nədən hazırlanır? 
A) Misdən 
B) Xromdan 
C) Aluminiumdan 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
D) Volfram və ya platin telindən 
E) Nikel telindən 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 90 
80. Konduktometrik səviyyəölçənlə mayelərin elektrik müqaviməti nə ilə ölçülür? 
A) Kondensatorla 
B) Manometrlə 
C) Differensial-transformator çeviricisi ilə 
D) Pyezoelementlə 
E) Elektrodlarla 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 92 
81. Manometrik termometrlərin çatışmayan cəhətlərindən biri hansıdır? 
A) Avtomatik qeydiyyatın mümkünlüyü 
B) Göstərişlərin məsafəyə ötürülməsi 
C) Termobalonun böyük ölçüdə olması 
D) Yanğın və partlayış təhlükəli otaqlarda istifadəsi 
E) Quruluşun sadəliyi 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: E.B.Andreev, A.İ.Klyuçkinov. Neft-qazın emal və hazırlanmasında texniki 
proseslərin avtomatlaşdırılması. Moskva, 2008, səh. 182 
82. Ultrasəs dalğasının kiçik intensivliyinə və qazlarda ultrasəsin böyük udulma 
əmsalına görə maye sərfini ölçən cihaz hansıdır? 
A) Ultrasəs 
B) Elektromaqnit 
C) Taxometrik 
D) Rotametr 
E) Termoanemometrik 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: N. Hüseynov. Ölçü texnikası. Bakı, 2012, səh. 150 
83. Şəkildə təsvir edilən manometr növü hansıdır? 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
A) Nümunəvi 
B) Texniki
C) Metal 
D) Bimetal 
E) Mayeli 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. 
Nəzarət ölçü cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 23 
84. Termodinamik şkalanın təyin edilməsi ifadəsini göstərin. 
A) TK = (tF + 459.67)-1.8 
B) TK = (tF + 459.67)/1.8 
C) TK = (tF + 459.67)+1.8 
D) TK = (tF - 459.67)/1.8 
E) TK = (tF / 459.67)+1.8 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 411 
85. Ölçmədə istifadə edilən təzyiq vahidləri arasındakı asılılığı müəyyən edən 
düzgün variantı göstərin. 
A) 1Psi = 6856.75 Pa 
B) 1Bar = 6894.76 Pa 
C) 1Psi = 6864.76 Pa 
D) 1Bar = 14.8 Pa 
E) 1Psi = 6894.76 Pa 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 410 
86. Əgər nizamlayıcıların birləşmə yerlərində hər hansı bir problem yaşanarsa və 
sızma varsa, nə edilməlidir? 
A) Araqat materialları dəyişdirilməlidir 
B) Yenidən möhkəm sıxılmalıdır 
C) Birləşmələr olan hissə qaynaq edilməlidir 
D) Birləşmələr olan hissə bağlanmalıdır 
E) Nizamlayıcı yenisi ilə əvəz edilməlidir 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 217 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
87. Qazın təzyiq vahidi olaraq, hansı təzyiq əsas götürülür? 
A) 1 Dina qüvvənin 1m² sahəyə təsirindən yaranan təzyiq 
B) 1 F qüvvənin 1m² sahəyə təsirindən yaranan təzyiq 
C) 1 N qüvvənin 1m² sahəyə təsirindən yaranan təzyiq 
D) 1 N qüvvənin 1sm² sahəyə təsirindən yaranan təzyiq 
E) 1 N qüvvənin 1m³ sahəyə təsirindən yaranan təzyiq 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 49 
88. Metan qazının həcmdə aşağı partlayış həddi hansı faizə uyğun gəlir? 
A) 15% 
B) 5% 
C) 6% 
D) 4% 
E) 8% 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: B.V.Zwolle. Quercus Technical Services, Preperation and installation of ex 
electrical equipment and system. 2016, səh. 5 
89. Metan qazının həcmdə yuxarı partlayış həddi hansı faizə uyğun gəlir? 
A) 15% 
B) 5% 
C) 16% 
D) 14% 
E) 8% 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: B.V.Zwolle. Quercus Technical Services, Preperation and installation of ex 
electrical equipment and system. 2016, səh. 6 
90. Termodinamik xüsusiyyətə əsasən, qazların temperaturu nə zaman enməyə 
məruz qalır? 
A) Fraksiyalar ayrıldıqdan sonra 
B) Qazı ştuserdən keçirən zaman 
C) Axın sürətində dəyişiklik olan zaman 
D) Hərəkətdə olduğu zaman 
E) Kənar təsirə məruz qalmadıqda 
Testin çətinlik dərəcəsi: mürəkkəb 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 47 
91. Nizamlayıcıda donma baş verərsə, bunun qarşısı hansı formada alınmalıdır? 
A) Qaynar su ilə hopdurulmuş əskiyə bürünməlidir 
B) Qızdırıcı vasitələrdən istifadə edilməlidir 
C) Xüsusi avadanlıq ilə qızdırılmalıdır 
D) Yenisi ilə əvəz edilməlidir 
E) Nizamlayıcının birləşən yeri qızdırılmalıdır 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 217 
92. Beynəlxalq təzyiq vahidləri və sistemsiz təzyiq vahidləri arasındakı nisbəti 
xarakterizə edən variantı göstərin. 
A) Pa = 0.98692*10
⁻⁵
atm = 10
⁻⁵
bar 
B) Pa = 0.98692*10

³atm = 10
⁻⁵
bar 
C) Pa = 0.98692*10
⁻⁵
atm = 10

³bar 
D) Pa = 0.98692/10
⁻⁵
atm = 10

³bar 
E) Pa = 0.98692*10

³atm = 10

³bar 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 410 
93. Müqavimət termometrləri ilə temperaturun ölçülməsi hansı prinsipə 
əsaslanmışdır? 
A) Temperaturun dəyişməsi ilə tutumun dəyişməsi
B) Temperaturun dəyişməsi ilə keçiriciliyin dəyişməsi
C) Temperaturun dəyişməsi ilə induktivliyin dəyişməsi 
D) Tutumun dəyişməsi ilə induktivliyin dəyişməsi 
E) Temperaturun dəyişməsi ilə müqavimətin dəyişməsi 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 73 
94. Texniki manometrlərdə lingli ötürmə mexanizminin iş funksiyası nədən 
ibarətdir? 
A) Yüksək dəqiqlik tələb olunmadıqda vibrasiyanın yerinə yetirilməsi 
B) Təzyiqin təsiri nəticəsində mütənasib yerdəyişmənin yerinə yetirilməsi 
C) Təzyiqin təsiri nəticəsində əyilmənin yerinə yetirilməsi 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
D) Təzyiq və ya qüvvənin təsiri ilə yerdəyişmənin alınması 
E) Mayenin ikinci qutuya axmasının təmin edilməsi 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: A.C.Nəsibov. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər. Bakı, 2015, 
səh. 95 
95. Texniki manometrin həssas elementi olan silfon hansı funksiyanı yerinə yetirir? 
A) Yüksək dəqiqlik tələb olunmadıqda vibrasiyanın yerinə yetirilməsini 
B) Təzyiqin təsiri nəticəsində mütənasib yerdəyişməni
C) Təzyiqin təsiri nəticəsində əyilmənin yerinə yetirilməsini 
D) Təzyiq və ya qüvvənin təsiri ilə yerdəyişmənin alınmasını 
E) Mayenin ikinci qutuya axmasının təmin edilməsi 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: A.C.Nəsibov. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər. Bakı, 2015, 
səh. 94 
96. Şkalası təzyiq ölçü vahidi ilə dərəcələnmiş elektrik cihazlarından nə zaman 
istifadə edilir? 
A) Təzyiqin dəyişməsi ilə temperaturun dəyişməsi zamanı 
B) Təzyiqin dəyişməsi ilə müqavimətin dəyişməsi zamanı 
C) Təzyiqin dəyişməsi ilə sıxlığın dəyişməsi zamanı 
D) Təzyiqin dəyişməsi ilə tutumun dəyişməsi zamanı 
E) Təzyiqin dəyişməsi ilə həcmin dəyişməsi zamanı 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 35 
97. Nümunəvi manometrlərdə şkalanın bölgülərini təzyiqin qiyməti ilə ifadə etmək 
üçün nə verilir?
A) Cihazın attestatında cədvəl verilir 
B) Cihazın gövdəsində cədvəl verilir 
C) Cihazın pasportunda qiymət verilir 
D) Cihazın şkalasında cədvəl verilir 
E) Cihazın əlavə qurğusunda cədvəl verilir 
Testin çətinlik dərəcəsi: mürəkkəb 
İstinad: R.Ə.Nəcəfov. Texnoloji parametrlərin ölçülməsi üsulları. Nəzarət ölçü 
cihazları və avtomatik tənzimləmə. Bakı, 2013, səh. 32 
98. Turbinli qaz sayğacları hansı qazların hesablanmasında istifadə edilir? 
A) Təbii və karbon qazlarının 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
B) Azot və təbii qazların 
C) Maye və quru qazların 
D) Maye və təbii qazların 
E) Təbii və quru qazların 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 188 
99. G-10 tipli mexanik diafraqmalı qaz sayğacının maksimum işçi təzyiqi hansı 
həddə olmalıdır? 
A) 0.016 MPa 
B) 0.02 MPa 
C) 0.03 MPa 
D) 0.041 MPa 
E) 0.040 MPa 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 189 
100. Məişət sayğacları daşınma və quraşdırma zamanı hansı formada qoyulmalıdır? 
A) Düz üfüqi qaydada 
B) 45° bucaq altında 
C) Düz şaquli qaydada 
D) Qaz xəttinə paralel 
E) Qaz xəttinə perpendikulyar 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz xidməti işçisinin sorğu kitabı. Bakı, 
2013, səh. 189 
101. İşçilərə ilkin təlimatı kim keçir? 
A) Əməyin mühafizə şöbəsinin mühəndisi 
B) Əməyin mühafizəsi şöbəsinin rəisi 
C) Sahə və ya işin rəhbəri 
D) Həmkarlar ittifaqı komitəsinin sədri 
E) Müəssisənin direktoru 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 
127 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
102. İşçilərə ilkin təlimat harda keçirilir? 
A) Baş mühəndisin yanında 
B) İşçinin göndərildiyi sahədə 
C) Həmkarlar ittifaqı komitəsində 
D) Əməyin mühafizəsi otağında 
E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 
127 
103. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü 
keçirilməlidir? 
A) Giriş 
B) Birdəfəlik 
C) Dövri 
D) Vaxtaşırı 
E) İlkin 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. 
I cild. Bakı, 2010. Səh. 456 
104. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır? 
A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və 
istehsalat şəraiti dəyişəndə 
B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda 
C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə 
D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişlik olunduqda 
E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və 
texnologiyada dəyişlik olunduqda 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. 
I-cild. Bakı, 2010. Səh. 456 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
105. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin 
daşınmasına icazə verilmir? 
A) 80 metrdən artıq olduqda 
B) 40 metrdən artıq olduqda 
C) 60 metrdən artıq olduqda 
D) 100 metrdən artıq olduqda 
E) 120 metrdən artıq olduqd 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 
526 
106. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir? 
A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın 
hündürlüyü 3 m-dən çox olmadıqda 
B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın 
hündürlüyü 3 m-dən çox olmadıqda 
C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın 
hündürlüyü 4 m-dən çox olmadıqda 
D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın 
hündürlüyü 4 m-dən çox olmadıqda 
E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın 
hündürlüyü 5 m-dən çox olmadıqda 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 
526 
107. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər 
məsafədə olmalıdır? 
A) 2 metrdən az olmamalıdır 
B) 3 metrdən az olmamalıdır 
C) 4 metrdən az olmamalıdır 
D) 1 metrdən az olmamalıdır 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
E) 2,5 metrdən az olmamalıdır 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 
127 
108. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə 
etməlidir? 
A) Çəkmədən 
B) Qulaqcıqdan 
C) Resperatordan 
D) Filtrli əleyhqazdan 
E) Şlanqlı əleyhqazdan 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Neft emаlı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 
2012. Səh. 151 
109. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin? 
A) Dezaktivasiya vasitələri 
B) Səsboğan 
C) İzoləedici örtüklər və qurğular 
D) Hermetikləşdirici qurğu 
E) İşıq filtrləri 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. 
II cild. Bakı, 2011. Səh. 500 
110. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən 
istifadə olunmalıdır? 
A) Rezin əlcəkdən 
B) Xüsusi çəkmələrdən 
C) Qulaqcıqdan 
D) Eynəkdən 
E) Qoruyucu kəmərdən 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. 
II cild. Bakı, 2011. Səh. 500 
111. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə 
olunur?
A) Şlanqlı əleyhqazlardan
B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
D) Resperatorlar, əleyhqazlar və eynəkdən
E) Resperator və əleyhqazlardan 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə 
dair mühüm aspektlər. Bakı, 2008 
112. Günvurma nə vaxt baş verir? 
A) Günəşli havada gün şüalarının altında olduqda 
B) Yayda kölgəlikdə çox durduqda 
C) Isti otaqda çox qaldıqda 
D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda 
E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında 
qanunu Bakı 1999 
113. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır? 
A) Sadəcə həkimi gözləmək
B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq 
C) Şina qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
D) Təmiz havaya çıxarmaqbintlə sarımaq 
E) Deformasiya uğramış nahiyyəni düzləndirib bintlə sarımaq 
Testin çətinlik dərəcəsi: çətin 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008 
114. Yanan metalları nə ilə söndürmək olar? 
A) Xüsusi təyinatlı tozlarla 
B) Ümumi təyinatlı tozlarla 
C) Köpüklə 
D) Su ilə 
E) Buxarla 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu 
Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları 
115. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğını söndürərkən ilk 
növbədə nə etmək lazımdır? 
A) Bölməni hermetikləşdirmək 
B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq 
C) Bölməni su ilə doldurmaq 
D) Koşma ilə üstünü bağlamaq 
E) Bölməni köpüklə doldurmaq 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu 
Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları 
116. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək 
lazımdır? 
A) İşi dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı 
gözləmək
B) İşi davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq 
C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək 
E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu 
(Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları 
117. Süni tənəffüs hansı yollar ilə verilir? 
A) Yalnız ağızdan-ağıza 
B) Yalnız ağızdan-buruna
C) Ağızdan-ağıza, ağızdan-buruna 
D) Bədəni masaj etməklə 
E) Əl və ayağı hərəkət etdirməklə 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə 
dair mühüm aspektlər. Bakı, 2008 
118. Peşə xəstəliyi nədir ? 
A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik 
C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış 
xəstəlik 
D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik 
E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə 
dair mühüm aspektlər. Bakı, 2008 
119. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi: 
A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli 
B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı 
C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə 
çatdırılmalı 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını 
təşkil etməli və rəhbərliyə xəbər verməli 
E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə 
Sistemi. Bakı, 2004 
120. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliy: 
A) Peşə xəstəliyi 
B) Sarılıq xəstəliyi 
C) Sətəlcəm xəstəliyi 
D) Şəkər xəstəliyi 
E) Qızılça xəstəliyi 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə 
Sistemi. Bakı, 2004 
121. Hansı hündürlükdən başlayaraq“Yüksəklikdə görülən işlər”anlayışı 
qüvvəyə minir? 
A) 3.0 m 
B) 2.5 m 
C) 5.0 m 
D) 1.8m 
E) 2.10 m 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 
2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik 
Qaydaları. Bakı, 2016 
122. Kollektiv mühafizə vasitələri nədir? 
A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr 
B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr 
C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr 
E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999 
123. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir? 
A) Fəhlə və qulluqçuların hamısı 
B) Sex rəisi 
C) Qulluqçular 
D) Fəhlələr və aparatçılar 
E) Ustalar çilingərlər 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 
2001 
124. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək 
qadagandır? 
A) Slaydoskopdan, telefondan, printerdən 
B) Коmpyuterdən, printerdən. Proyektordan 
C) Коmpyuterdən, telefondan, printerdən, kondisionerdən 
D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su 
qəfədanından 
E) Proektordan, kondisionerdən, slaydoskopdan 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 
2001 
125. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır? 
A) 112 
B) 104 
C) 102 
D) 103 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
E) 101 
Testin çətinlik dərəcəsi: çətin 
İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti 
126. Binalarda yanğına qarşı nə olmalıdır? 
A) Pilləkan qəfəsində dəmir qapı 
B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə 
vəsitələrı 
C) Təlimatın kecirilməsi üçün xüsusi otaq 
D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi 
E) Mərtəbələrdə əlavə nərdivanla 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 
2001 
127. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasıtələrındən kimlər 
istifadə etməlidir? 
A) Sex rəisi 
B) Növbə rəisi 
C) Fəhlə və qulluqçular 
D) Texnoloq 
E) Yanğın söndürmə komandiri 
Testin çətinlik dərəcəsi: orta 
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 
2001 
128. Yanğın aşkar etdikdə nə etməli? 
A) Dərhal bələdiyyəyə xəbər vermək 
B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək 
C) İcra hakimiyyətinə xəbər vermək 
D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək 
E) Dərhal əmək müfəttişliyinə xəbər vermək 
Testin çətinlik dərəcəsi: çətin 


Rəy və təklifləriniz üçün 
elektron ünvanına müraciət edə bilərsiniz
 
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 
2001 
129. Fərdi muhafizə vasitələri hansılardır? 
A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və 
tibbi mühafizə vasitələri 
B) Görmək və eşitmək üçün mühafizə vasitələri 
C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri 
D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri 
E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri 
Testin çətinlik dərəcəsi: asan 
İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə