Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə30/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   26   27   28   29   30   31   32   33   ...   444
§ 5. Konsultativ sahibkarlığı

Konsultativ xidmətlərin mahiyyəti və mərhələləri. “Konsul- tant" sözünün latın dilində hərfi mənası məshhMçi deməkdir. İqtisadi və siyasi leksikonda mahiyyət etibarı ilə bu kateqoriya mütəxəssislərin müəyyən sahədə öz ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir. Xarici ölkələrin praktikasında haqqı ödənilməklə verilən məsləhətlər idarəetmənin müəyyən sahəsi olub konsaltinq adını daşıyır. İqtisadiyyat və idarəetmə üzrə konsaltinqin Avropa Federativ Assosiasiyasının tədqiqatında göstərilir ki, menecment konsaltinq idarəetməsinin müəyyən məsələləri üzrə məsləhətlər verən və konkret köməkliklər göstorən mütəxəssisi hesab edilir.

Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində konsultativ xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müasir şəraitdə ölkədə konsultanta bu cür müsbət münasibət müşahidə edilmir. Bu sahədə paradoksal mənzərə müşahidə edilir. Belə ki, müəssisələrin əksəriyyəti təşkilati idarəetmə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə olduğundan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud intellektual potensialdan istifadə edə bilmirlər. Rəhbərlik də öz növbəsində kon- sultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təhlilinin sağlamlaşdırma proqramının, investisiyalann hazırlanması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi səmərəsini hiss edirlər.

Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata keçirilir. Lakin onlar konsultativ layihələr formasında da verilə bilər. Konsultativ layihələr aşağıdakı mərhələlər əsasında həyata keçirilir.



  • problemin araşdırılması ya diaqnostika;

  • qərar layihəsinin hazırlanması;

  • qərar layihəsinin həyata keçirilməsi.

u fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 59

Axırıncı mərhələ layihənin həcmindən asılı olaraq bir neçə gündən bir neçə ayadək həyata keçirilir. Müştərilərlə əlaqələr çoxillik xarakterli də ola bilər.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə