Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə27/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   23   24   25   26   27   28   29   30   ...   444
54 Vııqlf Nlftııllaycv. Salıihkdrlı^ın .ysaslan

hİK|iıq:ji'maslar da dovol oluıuırlar. Onlar şirkotin ümumi sonodloşdiril- mosini qaydaya salır, ni/amnamo sonodlori hazırlayır, vergi mosəlolo- ri üzro mosluhot verirlor.

Auditorlar şirkətin maliyyə hesablarını ətraflı surətdə yoxlayırlar. Qiymətli kağızları birjalar üzrə komissiyaya təqdim etmək üçün, birgə səyli qeydiyyat bəyanatı tərtib edirlər. Qiymətli kağızlar komissiyası qeydiyyat bəyanatını əsaslı surətdə 4-6 həftə ərzində yoxlayır. Sonra əlavə məlumatlar tələb edir. Şirkətin müdiriyyəti, hüquqşünaslar, auditorlar qeydiyyat məlumatına əlavələr təqdim edirlər. Əgər komissiyanın ayrı bir mülahizəsi olmadıqda, onda qiymətli kağızların satışına başlanılmasına icazə verilir.

Fond birjasıyla ticarət sazişi bağlandıqdan sonra, satılmış kağızları alıcılara göndərmək ehtiyacı meydana gəlir. Bu işlərlə klinir korporasiyalar məşğul olur. Q, hər bir birjanın özündə ola bilər və bir neçə birjaya xidmət göstərə bilər. Ticarət sazişləri brokerlər tərəfindən qeydiyyatdan keçən kimi klinir xidməti hər bir saziş üzrə məlumatlan müqayisə edir. Brokerlər arasında qiymətli kağızların yerdəyişmə sayını minimuma endirmək məqsədilə, gün ərzində apanlan ticarət sazişlərinin hesablanması mühasibat tərəfindən yerinə yetirilir.

Qiymətli kağızların emissiyası çox zəhmət tələb edən işdir. Bundan əlavə bu iş həm də çoxlu pul tələb edir. Deyək ki, əgər 100 mln. dollarlıq səhm buraxılırsa, onların yerləşdirilmə məsrəfləri 3-6 mln. dollara başa gəlir. Bu günə kimi dünyanın təxminən 60 ölkəsində 200-ə qədər biija var (Şimali Amerikada - 20). Hər bir inkişaf etmiş kapitalist dövlətlərinin, heç olmasa, minimum bir birjası var. İnkişaf etmiş olan yeni sənaye ölkələrində

də artıq birjalar açılmışdır (ən irisi isə Honkonqdadır).

Beynəlxalq fond birjaları federasiyasına 31 biija daxildir. Onların məqsədi səhmdarlar üçün hüquqi bərabərliyi təmin etmək və qiymətli kağızlar bazarının fəaliyyətini əlaqələndirməkdir.

Qiymətli kağızlar bazarının təşkili iqtisadiyyatın bazar münasibətlərinə keçməsi üçün əsas şərtlərdən biridir. Qiymətli kağızlar bazarı dedikdə, malij^ə öhdəliklərinin alqı-satqısı yolu ilə vəsaitlərinin toplanmasını və bölgüsünü təmin edən maliyyə bazarının bir hissəsi başa düşülür.

Qiymətli kağızlar bazan birinci və ikinci dərəcəli olmaqla fərqləndirilir. Birinci dərəcəli bazar səviyyəsində satışa daxil olan qiymətli kağızların yerləşdirilməsi baş verir. İkinci dərəcəli bazar isə qiymətli kağızların sonrakı tədavülünə xidmət edir.

Qiymətli kağızlar bazarının məzmunu onun əsas funksiyasına nəzər yetirdikdə aydınlaşır. Bu funksiyalara aşağıdakılar daxildir:



  • müəssisənin əhalinin azad maliyyə vəsaitinin toplanması:

  • iqtisadiyyatın investisiyalaşması;

  • qiymətli kağızların tədavülünün kəsilməzliyinin təmin olunması.
u psiL Salıihkarlıqfəaliyyətinin növləri 55

Keçid dövriində qiymətli kağızlar bazarının özünəməxsus xüsusiyyətləri var. İstehlak bazarında səhmlərin satılmasında çətinliklər mL-ydaııa çıxır. Belə çətinliklər, əhalidə investisiyalışdırma ənənəsinin olması üzündən daha da dərinləşəcək. Keçid dövründə qiymətli kağızlar bazarının prinsipial xüsusiyyətlərindən biri də əhalinin qiymətli ka- l'-ı/ların alınmasına cəlb edilməsidir. Maliyyə institutlarının yaradılması ilə əlaqədar olaraq bu proses daha da sürətlənmişdir.

Keçid dövründə qiymətli kağızlar bazarı bir çox çətinliklərlə qarşı- hışmışdır. Bunlardan biri də manatın valyutaya çevrilməsi problemidir.

Maliyyə bazarının yaradılması zamanı dövlətin sosial-iqtisadi inkişafın sabitliyini təmin etməsi prinsipial xarakter daşıyır. Dövlətin maliyyə bazarının tənzimlənməsi (xüsusilə, kredit vəsaitləri bazarının) əsasən respublikanın qanunvericilik aktları ilə həyata keçirilir

Bütün inkişaf mərhələsində dövlət qiymətli kağızlar bazarının tənzimlənməsinə vacib bir obyekt kimi baxmışdır. Dövlətin maliyyə siyasətinin təsiri nəticəsində bazar iqtisadiyyatın seqmentlərindən asılı olacaqdır. Qiymətli kağızları hazırlayarkən, fəaliyyət göstərən bazar mexanizminə mənfi təsir göstərən subyektiv amillərlə yanaşı, obyektiv çətinlikləri də aid etmək olar. Belə bir şəraitdə, dövlət orqanlarm- tlan bazar münasibətlərinin tənzimlənməsi və formalaşması üçün səmərəli və dəqiq fəaliyyət tələb olunur.

Dövlət tənzimlənməsi, qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi üçün əsas elementin işlənib hazırlanmasını nəzərə alır, investorların hüquqlarının təmin olunmasına zəmanət verir. Göründüyü kimi, dövlət,qiymətli kağızların dayağı kimi çıxış edir. Dövlət, qiymətli kağızlar bazarına, vergi siyasəti ilə də təsir edir. Dünyanın bir çox ölkələri öz təcrübəsində sübut etmişlər ki, qiymətli kağızlar əməliyyatına düzgün vergi sistemi qoyulduqda, investisiya formasının inkişafını daha da genişləndirmək olar.

Qiymətli kağızlann alqı-satqısı üçün bank kreditlərindən istifadə olunması dövlət tənzimlənməsinin istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq əhaliyə 10-15 il müddətinə səhm almaq üçün faizsiz kreditlər verilməsi məqsədəuyğundur. Bu tədbir dövriyyədə ödəmə vəsaitlərinin həcmini artırmaqla bazar münasibətlərinə əhali qruplarının (əsasən gənclərin) cəlb edilməsinə imkan verər və ictimaiyyətin sosial gərginliyini azaldar.

Qiymətli kağızlar bazanmn yaranmasının başlanğıc mərhələsində dövlətin əsas vəzifəsi bu sferada münasibətlərin hüquqi əsasını yaratmaqdır. Bunun üçün ilk növbədə aşağıdakı sənədlər olmalıdır:


  • fond birjası və qiymətli kağızlar haqqında qanun;

  • səhmdar cəmiyyətləri haqqında qanun;

  • brokerfirmaları haqqında əsasnamə.

Maliyyə bazarının əsas elementi kommersiya bankıdır. Kommersi- \ a banklarının passiv və aktiv kommersiya əməliyyatları, həmçinin öz


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə