Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə24/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   20   21   22   23   24   25   26   27   ...   444
Əmtəə xidmətlərin aiqı-satqı əməliyyatlan. Kommersiya sahibkarlığının əsas məzmununu alqı-satqı əməliyyatlan təşkil edir. Kommersiya əməliyyatlannı həyata keçirmək üçün ilk növbədə bazarın marketinq təhlili apanlmalıdır. Ümumi mənada marketinq kommersiya müəssisələrinin, fırmalann təsərrüfat fəaliyyətinin hərtərəfli təşkili və idarə edilməsi sistemini özündə əks etdirir. Marketinqdə ticarət müəssisələrinin fəaliyyətinin idarə edilməsinə kompleks qaydada yanaşılır. Marketinq vasitəsi ilə ticarət müəssisələrinin fəaliyyət siklinin bütün növləri: bazann tədqiqi, əmtəələrin tədavül kanallan ilə son istehlakçıya çatdırılması, maliyyə təminatı və mənfəətin əldə edilməsi

48 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

həyata keçirilir. Bu şəraitdə ticarət müəssisələrində bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tələbatın həyata keçirilməsi zəruriyyəti yaranır. Yəni istchlakçılann dəyişməkdə olan tələblərinə maksimum uyğunlaşmaq (adaptasiya) və rəqabət şəraitində yaşama qabiliyyətinə malik olmaq.

Ticarət fəaliyyətində marketinqin həyata keçirilməsinin ən mühüm şərti onun planlaşdınlmasıdır. Marketinq planı natural və dəyər ifadəsində istehsalın həcmi ilə bağlı tapşınqlarm yerinə yetirilməsinə xidmət edir. Ona görə də əmtəələr tələbatların xarakteristikasına görə fərqlənir: 1-ci qrupa bazara hələ çatdırılmamış məhsullar; 2-ci qrupa isə tələbat daha çox olan ənənəvi məhsullar daxildir.

Marketinqin strategiyasına operativ idarəetmə ilə yanaşı həmçinin digər funksiyalar, o cümlədən bazarın tədqiqi, şəraitin qiymətləndirilməsi, vəziyyətin əvvəlcədən öyrənilməsi, planlaşdırma, məhsulların satışı, hər bir funksiyanın yerinə yetirilməsinə nəzarət və s. daxildir.

Bazarın kompleks qaydada öyrənilməsi üçün mövcud istehlak məhsullanna olan tələbatlar və perspektivdə onun dəyişilmə meylləri geniş təhlil edilir. Təhlilin nəticələrindən korporasiyanın fəaliyyət proqramında və onun həyata keçirilməsində, rəqabət qabiliyyətinin yüksəldilməsində və yüksək mənfəətin təmin olunmasında istifadə olunur. Tədqiqata bu cür yanaşmanın üç əsas blokunu göstərmək olar:


  1. Məhsulun keyfiyyətinin, onun istehlakçıların tələblərinə uyğun olmasının öyrənilməsi;

  2. Bazar tutumunun müəyyən edilməsi;

v) Məhsul satışı formalarının metodlarının öyrənilməsi.

Hər bir bloka daxil olan problemlərin təhlili, geniş planda onların inkişaf perspektivlərinin aşkara çıxarılması ilə aparılır. Əmtəənin və onun xassələrinin öyrənilməsi marketinqin müasir sisteminin mühüm prinsiplərindən biridir. Burada firma tərəfindən elə məhsul növlərinin istehsalı nəzərdə tutulur ki, həmin məhsullar öz xarakterinə və xüsusiyyətinə görə istehlakçıların tələbatına maksimum uyğun olsun. Bu problemin tədqiqinin mərkəzində əsasən aşağıdakı məsələlər durur:



- buraxılan və buraxılması nəzərdə tutulan malların alıcıların zövqünə tələblərinə uyğun olması;

- firmanın mallarının keyfiyyətinin və xüsusiyyətlərinin rəqib firmaların müvafiq məhsullarının xüsusiyyətlərilə müqayisə edilməsi;

  • əmtəənin üstünlüklərinin çatışmamazlıqların aşkara çıxarılması;

  • firmanın istehsal etdiyi məhsulun istehlak xassələrinə və keyfiyyətinə görə perspektivdə bazarın tələblərinin dəyişmə meylinin öyrənilməsi istifadə olunan məhsulların yeni sahələrinin aşkar edilməsi.

Burada əsas diqqət tələb olunan məhsulun estetik xüsusiyyətlərinə və onun qablaşdırılmasına yönəldilməlidir. Bütün bu məsələlərin həlli şirkətə daxil olan müəssisələrin çeşidlər üzrə istehsal proqramının formalaşması üçün əsas sayılır. Əmtəənin zəruri xüsusiyyətlərinin yə onun xassələrinin müəyyən edilməsi zamanı mühüm metodik ya


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə