Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə22/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   18   19   20   21   22   23   24   25   ...   444
46 Vaqif Niftuliayev. Sahibkarlığın əsaslan

qəhvə, şəkər və kakao birjası, pambıq, sitrus və neft biıjası fəaliyyət göstərir. Minnsapolis və Kanzas-siti biıjalan əsasən dənli bitkilər və taxıl ticarəti üzrə ixtisaslaşıb.

Universal birjalarda isə onlar təkcə mallarla deyil, həm də valyuta və qiymətli kağızlarla əməliyyatlar həyata keçirirlər. Bunlardan “Çika- qo-bord of tredç” (Çikaqo ticarət şurası), “Çikaqo amerikan-taylç eks- çeynç” və “Nyu-York merxantayi eksçeynç” (Nyu-York əmtəə birjası) kimi iri biıjalan göstərmək olar.

Bitjanın vəzifəsi ticarət sazişləri bağlamaq istəyənləri yerlə təmin etməkdir. Ticarət biıjanın ticarət zalında aparılır. Bu zal bir neçə seksiyadan ibarətdir. Bu zaman qiymət qoyulmada müəyyən qaydaya əməl olunur. Məsələn, mal alarkən təklif edilmiş qiymətdən aşağı, satanda isə ondan yuxarı qiymət demək olmaz. Mühüm apancı şəxs bro- kerdir. O, xaricdən mal gətirmək və xaricə mal aparmaq üçün federal dövlətin icazəsini (lisenziyasını) almalı, həmçinin həm öz şəxsi mara- ğı,həm də sifarişçinin marağı üçün ticarət etməlidir.

Malı almaq, yaxud satmaq üçün sifariş ticarət zalında biija üzvlərinə telefon, teleks vasitəsilə çatdınlır. Sifarişin daxilolma vaxtı göstərilir. Sifariş broker olan “çalaya” verilir. “Çala” da öz növbəsində bir neçə seksiyaya bölünür. Onlann hər biri ayn-ayn aylar üzrə ticarət sazişləri bağlamaq hüququna malikdir. Məsələn, sentyabr aynını müqaviləsini avqust ayına aid seksiya qətiyyən bağlaya bilməz.

Saziş bağlayarkən, broker xüsusi blankda müqavilənin kod nömrəsini, sazişin bağlanma vaxtını, göndəriləcək malın həcmi və qiymətini qeyd edir. Bu məlumatlar dərhal biija nəzarətçilərinə və uçotun kompüter sisteminə verilir. Bütün sifarişlərin yerinə yetirilməsinə firmalar tərəfindən zəmanət verilir, girov qoyulur.

Hər hansı bir satıcı malını hərraca qoymaq qərarına gəlirsə, biıja- nın hesabat palatasına yazılı məlumat (notis) göndərməlidir. Kənd təsərrüfatı biıjalanna mallar müəyyən aylarda göndərilə bilər. Nyu-York pambıq biıjasmda bu işi yalnız mart, may, iyul, oktyabr və dekabr ay- lannda həyata keçirməyə icazə verilir.

Satıcı yalnız öz anbarında olan malı biıjaya qoya bilər. Bu zaman mal haqda mümkün qədər tam məlumat olmalıdu*. ABŞ-da biıjalann fəaliyyətinin əsas səlahiyyətləri 1975-ci ildə yaradılmış federal komissiyanın əmtəə ticarət biıjası tərəfindən reqlamentləşdirilir. Onun mühüm səlahiyyətlərindən aşağıdakıları göstərmək olar:



  • birja əməliyyatlarına buraxılan qeydiyyatdan keçən hüquqi şəxslərin siyahıya daxil olması kənar edilməsi;

  • bu əməliyyatların həyata keçirilməsi qaydalarının nəşr edilməsi;

  • birjada bazar əməliyyatlarında baş verən bütün faktlar, eləcə bazarın normal gedişinə mane olanlar, yaxud istehsalçı və istehlakçının marağına ziyan vuranlar barədə birjanın vəzifəli şəxslərinə məlumat vermək;

// fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 47

  • birja qaydaları, müqavilə bağlanması, həmçinin saziş iştirakçılarının maliyyə məsuliyyətinin təmin edilməsi üzrə əlavələr dəyişikliklər.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə