Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə19/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   15   16   17   18   19   20   21   22   ...   444
II fasiL Sahibkarlıq fəaliyyətinin növləri 43

olur. Belə bölmələrə hüquqi olaraq kadr seçmək ixtiyan verilir. Daxili vençurun nailiyyəti üçün vacib amillərdən biri şirkət şəraitində xüsusi firmanın sərbəst fəaliyyətidir. Buna görə də korporasiyanın rəhbərliyi 70-ci illərin əvvəlindən fərqli olaraq 80-ci illərin axırlarında yeni ideyalann yaradılmasına cəhd göstərmişdir. Şirkət onun təridbində olan vençurun sərbəstliyini təmin etmək üçün ona aynca bina ayınr, eyni zamanda elmi- lodqiqat işləri aparmağa şərait yaradır, hesablama və başqa texnikalarla təmin edir. İdarəçilik, kommersiya, maliyyə və başqa xictaətlər göstərir. (), şirkətin istehsal bölməsinə çevrilir və məhsulunu özü reallaşıhnr.

Layihənin maliyyələşdirilməsi zamanı əsas meyar fərdi əlaqələrdən ibarətdir. ABŞ-da aparılan xüsusi sorğu göstərir ki, investisiya üzrə verilən təkliflərin çox hissəsi şəxsi tanışlıq vasitəsilə, bank və investisiya vasitəçilərinin köməyi ilə vençur işgüzarlanna verilir. Vençur fəaliyyətində müsbət təcrübə toplayan təsisçilərə daha çox maliyyə köməyi olur. (Qoyulmuş vençur kapitalının həcminə görə iri “Tiriloçi sistemz” firması yarandığı il (1980) müxtəlif mənbələrdən 187 milyon dollar vəsait almışdır. Onun banisi, 70-ci illərdə yüksək nailiyyətlərlə “Emdal kompüter” firmasım yaratmış C. Emdal idi. Görkəmli alimlər və mütəxəssislər tərəfindən yaradılmış şirkətlər çox sürətlə inkişaf edirlər.

Təkliflərin seçilməsi çox kəskindir. Vençur kapilanın investorlarından hər biri hazırda xarici vençurlardan və fərdi ixtiraçılardan ildə 300-500 sorğu alır. Maliyyələşdirmə haqqında qərar qəbul edən zaman gələcəkdə hazırlanacaq məhsulun elmi-texniki yeniliyi, onun bazar perspektivliyi nəzərə alınır.

Vençur işgüzarlığında əsas rolu dövlətin ona münasibəti oynayır. Belə bir münasibətin iqtisadi əsasını vergi qanunvericiliyi təşkil cdir.İnvestisiyanın gəlirliliyi əsasən qiymətli kağızların satışından yaranmış kapitala olan vergi ilə təyin edilir. 1969-cu ildə belə verginin ikiqat artması (25 faizdən 49 faizə qədər) vençur fəaliyyətinin müxtəlif təşkilatlarında yeni kapital qoyuluşunun azalmasına gətirib çıxardı.

Vençur üçün həvəsləndirici ftınksiyalardan biri də vençur maliyyələşdirilməsinin mənbəyinin hüquqi əsasda genişləndirilməsidir. 80-ci illərin əvvəllərində təqaüd fondlarına, sığorta şirkətlərinə icazə verilmişdir ki, öz səhmlərinin müəyyən hissəsini riskli əməliyyatlara qoysunlar.

80-ci illərin əvvəllərindən vençur işgüzarlığına bəzi güzəştlər verildi. Buna da lisenziyanın verilməsi, elmi-tədqiqat işinin apanlması- na icazənin verilməsi, məhsulun alınması üçün müqavilənin bağlanması və s. aiddir. Həmin illərin axırlarında vençur işgüzarlığının beynəlxalq firmasının inkişafı və həyata keçirilməsi başlandı. Tərkibində 100 üzvü olan və 10 ölkəni təmsil edən Avropa risk kapitalı assosiasiyası (ARXA) yaranmışdır. ARKA öz fəaliyyətini “Yeniliyin maliyyələşdirilməsi sxemi” kimi beynəlxalq proqram əsasında həyata keçirir. Eyni zamanda həmin dövrdə “Yevrovençur” risk kapitalı firması meydana gəlmişdir.

44 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

Beləliklə, vençur işgüzarlığı XX əsrin axırlarında öz “Milli mənzilindən” kənara çıxmağa başladı. Biz buna hazınqmı sualına cavab vermək üçün bəzi problemlərə nəzər yetirək.

Birinci problem - vençur biznesinin əsas iqtisadi şərti olan bazar münasibətlərinin inkişafını həyata keçirən xüsusi mülkiyyət institutunun yaradılmasıdır.

ikinci problem - dövlət mülkiyyətini inhisarsızlaşdırmaq və xüsu- siləşdirmək vasitəsilə vençurlarm marağını artırmaqdır.

Üçüncü problem - fərdi, xüsusi və büdcə vəsaitləri hesabına vençur biznesinə kömək məqsədilə ictimai fondların yaradılmasıdır. Buna vençur biznesi infrastrukturunun mərkəzləşdirilmiş şəkildə yaradılmasını aid etmək olar: qiymətli kağızlar bazan, intellekt biıjalan, elmi-texniki hərrac bazarı, kommersiya vasitəçilik və idarəçilik firmalan və s.

Dördüncü problem - vençur işgüzarlığının rahat işləməsi üçün ideoloji atmosfer yaratmaq, cəmiyyətin fəaliyyətini intellektual istiqamətə yönəltmək, şəxsi təşəbbüsə şərait yaratmaqdır. Bu problemin həll edilməsi üçün köhnəlmiş siyasi proseslərdən imtina etmək lazımdır.

Beşinci problem - müxtəlif intellektual mülkiyyət subyektlərinin səmərəli müdafiə mexanizminin yaradılmasıdır. Başqa şəxs tərəfindən istifadə edilən ixtiranın mənfəəti ixtiraçı müəlliflərin özlərinə çatdırılması təmin edilsin. Qərb mütəxəssislərinin fikrincə, beynəlxalq standartlara uyğun olan ixtiranın çoxu dünyanın yeni bazarlannda qalib gəlməyə qadirdir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə