Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


Sahibkarlıq fəaliyyətinin növləri



Yüklə 1,54 Mb.
səhifə16/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   12   13   14   15   16   17   18   19   ...   444
II FƏSİL.

Sahibkarlıq fəaliyyətinin növləri


§ 1. İstehsal sahibkarlığı

Sahibkarlıq fəaliyyətinin növləri. Sahibkarlıq fəaliyyətinin müxtəlif cür növləri mövcuddur. Hər hansı biznes fəaliyyəti bu və ya digər dərəcədə məhsul və xidmətlər istehsalı, mübadiləsi, məhsulun bölgüsü və istehlakı ilə sıx bağlıdır. Sahibkarlıq fəaliyyətinin aşağıdakı növləri: istehsal sahibkarlığı, kommersiya və maliyyə sahibkarlığı fərqləndirilir. Sahibkarlığın adı çəkilən növləri bir neçə yarmınövlərə bölünür. Sahibkarlığın mövcud olan növ vo yarımnövlərini aşağıdakı sxerndə görmək olar (sxem N«l).

İstehsal sahibkarlığı fəaliyyətinin ən aparıcı növü hesab edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçiriİir, xidmətlər göstərilir, müəyyən mənada dəyər yaradılır. Lakin bazar iqtisadiyyatına keçid şəraitində bu sferanın fəaliyyəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki,təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sistemi zəifləmiş, məhsul satışı kəskin surətdə aşağı düşmüş, müəssisənin maliyyə vəziyyəti pisləşmişdir.



Bazar iqtisadiyyatına keçidin ilkin dövrlərində kommersiya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını xarakterizə edir. Sahibkarlığm bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edilir. Bu sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir. Burada daha çox təşəbbüskar insanlar fəaliyyət göstərirlər. Əgər istehsal sahibkarlığında müəssisənin rentabelliyi 10-12 % həcmindədirsə, kommersiya firmalarında bu göstərici 20-30 % və daha çoxdur.

Sahibkarlıq fəaliyyətinin xüsusi növlərindən biri də maliyyə sahibkarlığıdır (maliyyə-kredit). Bu fəaliyyət sferasına tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəalİ5^ətinin göstərilən növlərindən fərqli olaraq maliyyə sahibkarlığı yüksək rentabellik normalanna malik olmur, onun səvij^əsi 5-10

% həddində dəyişir.

Sahibkarlığın perspektiv formalarından olan konsultativ (məsləhət) sahibkarlıq son illər daha geniş inkişaf etmişdir. O, çoxsaylı istiqamətlərə malikdir. Respublikamızı və digər keçmiş İttifaq respublikalarını inkişaf etmiş ölkələrlə müqayisə etsək, konsultativ sahibkarlığın yaxın gələcəkdə sürətlə inkişaf edəcəyi gözlənilir.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə