Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə18/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   14   15   16   17   18   19   20   21   ...   444
40 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

ral”, “Krey riserç”, “EPL kompüter” və s. tərəfindən təşkil olunmuş elmi şirkətlərdə istehsalın texnila cəhətdən yeniləşdirilməsino diqqət yetirilir. 1984-cü ildə kiçik elmi firmalara qoyulan uzunmüddətli investisiyanın həcmi 11,5 mln.dollar olmuşdur.

Vençur işgüzarlığının cəlbedici üstünlükləri nədən ibarətdir? Bu suala cavab vermək üçün onun tərkibinin (komponentbrinin) təşkili və yaradılması prinsiplərini başa düşmək lazımdır.

Vençur kiçik innovasiya firmasıdır. Məsuliyyət formasına və təş- kilati-hüquqi vəzij^ətinə görə, vençur-korporasiya partnyor (yoldaşlıq), yaxud vahid şirkət şəklində çıxış edə bilər. Korporasiya - kapitalı şirkətin səhm sahiblərinin mülkiyyətində olan səhmdar firmasıdır.

Partnyorluq, yaxud yoldaşlıq ayn-ayn partnyorlann paylanndan (əmanətindən) təşkil olunmuş müəssisədir. Fərdi şirkət kapitalist sahibkarlığının ən köhnə klassik formasıdır. Burada kapital bir hüquqi şəxsin əlində cəmləşir.

Yeni vençur təsis olunması prosesi bir neçə mərhələdən keçir. Əvvəlcə bir neçə qrup mühəndis ixtiraçı, tədqiqatçı, yaxud alimlər rəhbər işçi ilə (bəzən də onlarsız) yeni məhsul istehsal etmək üçün bir şirkət yaradırlar. Onun ilkin kapitalı onların xüsusi vəsaitindən formalaşır. Sonra vençur kapitalının sahibi layihəyə 800 min dollar qoymaqla işə qoşulur. Onun təsisçiləri həm də onun aparıcı işçiləri hesab olunur.

İkinci mərhələdə təsisçilər özlərinin iqtisadi strategiyasını işləyib hazırlayır, bazann vəziyyətini öyrənir, direktorlar şurasını yaradır və istehsalla bağlı hazırlıq işləri aparırlar. Konkret sifarişçilər yeni məhsulun istehsalına və satışına başlayırlar. Alınan nümunələr satılır, yaxud sınaq üçün ilk istehlakçılara göndərilir. Təsisçilər tədricən məhsulun partiyalarla satışını qaydaya salırlar. Bu mərhələdə əsas vəzifə istehlakçılarda gələcək sifarişlər almaq üçün etibar yaratmaqdır. Bu mərhələdə maliyyələşdirmənin orta məbləği 2 milyon dollar təşkil edir.

Üçüncü mərhələdə texnologiyanın təkmilləşməsi ilə bərabər istehsal genişləndirilir. Geniş istehlak üçün sənaye məhsulunun istehsalı başlanır. Vençur firma, satış üçün xüsusi bölmə yaradır, idarəetmənin yeni - daha mürəkkəb təşkilati quruluşunu formalaşdırır. Bundan qabaqkı mərhələlərdə olduğu kimi, bu mərhələdə də firmanın mənfəəti olmur.

Dördüncü mərhələdə istehsalın miqyasını genişləndirmək, məhsulun keyfij^ətini yaxşılaşdırmaq, dövriyyə fondlarını yaratmaq, bazarı genişləndirmək üçün əsas diqqət əlavə kapital qoyuluşunun mənimsənilməsinə istiqamətləndirilir. Firmanın sürətlə inkişafı onun müxtəlif növlü fəaliyyətinin funksional əlaqələri üzrə problemi, təşkilati quruluşun təkmilləşdirilməsini birinci yerə çıxara bilər, tstehsal və satış sahəsində strategiya ilə bazann vəziyyəti müəyyənləşir.

İdarənin metodu və təşkilati quruluşu başlıca olaraq, vençurlann ixtisaslaşmasından və ölçüsündən asılıdır. Onları digər şirkətlərdən əl



II fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 41

verişli tərəfdən ayıran fəaliyyətinin təşkilindəki ümumi əlamətləri göstərmək olar. Birincisi, bütün apancı işçilərin mənfəətdə mütləq iştirakçı payı var ki, bu da sonuncu nəticədə onlann marağım artınr. İkincisi, vençur fəaliyyətində rəhbərin yüksək iş qabiliyyətinə malik olması (rəhbərin orta yaşı 30-35 olur), məqsədyönlülük vəziyyəti, operativ anlamaq və həll etmək kimi şəxsi keyfiyyətləri mühüm rol oynayır. İdarəetmə sənayesinin minimum sayı rəhbərin tabe olan işçilərin işində şəxsən iştirak etməsini artırır və onun nəticəsini əhəmiyyətli dərəcədə müəyyənləşdirir. Üçüncüsü, vençurun kiçik miqyaslı olması, ciddi formalaşmış idarəetmə quruluşunun olmaması qərarların tez və çevik həllini təmin edir, layihənin bütün iştirakçılarının sıx əlaqədə olmasına şərait yaradır, onların hər birinə öz potensial yaradıcılıq bacarığını üzə çıxarmağa imkan verir.

Nəticədə gərgin əmək vençurun fəaliyyətində yüksək səmərə verir. Dördüncüsü, vençurun istehsal fəaliyyətindəki xarakterik xüsusiyyətlərindən biri onun əşya üzrə ixtisaslaşmasıdır. Rəhbərlik həmişə çalışır ki, bazara çıxarmaq üçün heç olmasa bir-iki məhsul yaratsın. Bu yenilikçilik prosesi vençur iştirakçılannın vəsaitinin təmərküzləşməsindən irəli gəlir.

Bu xüsusiyyətlərə görə işçilərin sayı 100 nəfərdən artıq olmayan vençurlarda, elmi-tədqiqat və konstruktor işlərinin bir dollanna düşən məsrəflərin yaratdığı yeniliklərin miqdan 10 min nəfərdən çox işçisi olan korporosiyalann analoji göstəricisindən 24 dəfə çoxdur. Vençur ka- pitalımn müvəffəqiyyətli qoyuluşu investorlara 30-40% mənfəət gətirir.

Vençurun funksiyası məhsul buraxılışı tənzimlənəndən sonra başa çatır. Onlar “açıq”, yaxud “gizli” korporasiya yarada bilir. Qiymətli kağızlar bazannda bütün arzu edənlər özünün xüsusi səhmlərini korporasiyalar vasitəsilə sata bilər. Bu halda korporasiyalara orta hesabla 10 milyon dollar əlavə vəsait gətirilir. Yeni korporasiyaların təsis olunma müddəti 60-70-ci illərdə orta hesabla 5-7 ilə, 80-ci illərin əvvəlində isə 4-5 ilə başa gəlmişdir.

Vençurda təşkilatçılığın sadəliyi, təsisçilərin özlərini yalnız faydalı işə həsr etməsi, kənardan investisiya subyektlərini özünə cəlb olunmasına imkan verir. Vençurun təməlini qoyanlar, yəni ideya verənlər yeni məhsulun satılmasını maliyyələşdirmək üçün lazımi qədər vəsait olmadığından, kənardan maliyyələşdirmə mənbələri tapmaq məcburiyyətində qalırlar. Məhsulun nümunəsi hazır olanda və sənaye miqyasında onun istehsal gücünün mənimsənilməsi günün ən vacib məsələsinə çevriləndə maliyyələşdirməni kənardan almaq asan olur.

Vençur kapitalının fərqli cəhəti onların uzun müddətə verilməsidir. Vençur kapitalının sahibləri qoyduqlan vəsaitin 5-7 ilə ərzində ödənilməsinə razıdırlar. Bundan əlavə, vençur maliyyəçiləri, firmanın maliyyələşdirilməsinin müvəffəqiyyətsiz olduğu vaxt öz vəsaitlərinin mümkün itkiləri ilə razılaşırlar.

42 Vaqif Niftullayev. Sahibkarlığın əsasları

Vençur yalnız səhmdar kapitalı formasında çıxış edir. Bir qayda olaraq, maliyyələşdirilmiş firmalar hüquqi statuslu partnyorlardan istifadə edirlər. Vençur kapitalı qoyanlar isə məhdud səlahiyyətli partn- yorlar olurlar. Vençur kapitalının sahibkarı iştiraketmə səviyyəsindən asılı olaraq maliyyələşdirilmiş firmanın gəlirinin uyğun hissəsini götürməyə hüquqları vardır.

Vençur kapital sahibkarlarının məqsədi firmanı maliyyələşdirməkdən ibarətdir. Onlann marağını güdən əsas cəhət öz səhmlərinin həcminin çox olmasıdır.Vençur kapitalı sahiblərinin firmanın aktivinin dəyərində iştiraketmə səviyyəsi nadir hallarda 50 faizi ötür. Layihə yüksək riskli olduğu halda investorlar onların aktivdə iştiraketmə hissəsini maliyyələşdirməyə razılıq verirlər. Bu da 10 faiz təşkil edir. Vençur kapitalı ya elmi tutumlu firmanın və yaxud da risk işgüzarlığı ilə məşğul olan ixtisaslaşmış şirkətlərin hesabına daxil olur. ABŞ-da 400-ə yaxın vençur kapitalının ixtisaslaşdınlmış şirkətləri vardır. Onlar da öz aktivlərini yaradırlar. Yəni əsas və dövriyyə fondları müxtəlif fəaliyyət növləri hesabına, banklar hesabına, təqaüd fondları və əhalinin şəxsi əmanətləri hesabına formalaşırlar.

1982-ci ildə ABŞ-da vençurlarm maliyyələşdirilməsi mənbələrinin strukturu aşağıdakı kimi idi: təqaüd fondu - 34 faiz, sığorta şirkətləri - 14 faiz, əhali - 20 faiz, xarici investorlar - 14 faiz, başqa fondlar - 6 faiz. Son illərdə maliyyələşdirmənin təqaüd və sığorta fondları Qərbi Avropa və Yaponiya investorları hesabına daha sürətlə artır. Bununla bərabər vençur subyektlərinin fəaliyyəti müxtəlif olur. Əgər kiçik pul vəsaiti sahibkarları ssuda verərək şəxsi mənfəət əldə edirsə, şirkətlər isə yeni istehsalın “kəşfiyyatına” can atırlar. Buna görə də sənaye şirkətləri vençur əməliyyatında pul vəsaitini xərcləyirlər. Burada müxtəlif üsullardan istifadə olunur. Onlar vençur firmasını alırlar, lisenziya müqavilələri bağlayırlar, onların tədqiqat işlərində birgə investorlar kimi çıxış edirlər, onlarla korporativ əlaqələri saxlayırlar.

Son vaxtlar bu sistemdə məsləhətçi-vasitəçi firmaların fealiyyəti geniş inkişaf etmişdir. Təcrübə göstərir ki, kapitalını müdafiə etdiyi vençurun 20 faizi “açıq” şirkətlərdə mövcud olur. Onların 20 faizi müflisləşir və çox hissəsi isə, yəni vençurlarm 60 faizi iri təsisçilər vasitəsilə nizama salınır. Bununla bərabər,bu vençurlann təsisçiləri ya hədsiz miqdarda gəlir əldə edirlər, yaxud da onların mülkiyyətini almış korporasiyanın yüksək ödənişli işçilərinə çevrilirlər. Beləliklə, vençur maliyyələşdirilməsi korporasiyanın istehsal etdiyi məhsulun çeşidinin dəyişdirilməsi formasına çevrilir. Axırıncı onillikdə, şirkət çərçivəsində vençur bölmələrinin yaradılması meylləri nəzərə çarpır. Belə bölmələr “daxili vençur” adlanır. Onların əsasını satış, maliyyə və korporasiyanın başqa bölmələrindən olan işçilər təşkil edir.

“Daxili vençur”un apancı əməkdaşlan könüllü şəkildə işə cəlb olunurlar və onun rəhbəri bilavasitə korporasiyanın ali rəhbərliyinə tabe


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə