Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə15/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   11   12   13   14   15   16   17   18   ...   444
əmək haqqının verilməsi;

  • büdcə ilə hesablaşmaların aparılması;

  • digər kreditor borcların ödənilməsi;

  • istiqrazların ödənilməsi;

  • imtiyazlı səhmlərin ödənilməsi;

  • adi səhmlərin ödənilməsi.

    fİnkişaf etmiş ölkələrdə sahibkarlığın müasir formaları kimi qız və asılı cəmiyyətlər geniş yayılmışdır. Qız müəssisələr dedikdə elə təsərrüfat cəmiyyətləri başa düşülür ki, onlar əsas təsərrüfat cəmiyyətinin və yoldaşlıq müəssisəsinin nizamnamə kapitalında həlledici xüsusi çəkiyə malik olmaqla bu və ya digər şəkildə həmin cəmiyyətin qəbul etdiyi qərarlarda iştirak edir. Qız cəmiyyətlər əsas cəmiyyətlərin (yoldaşlıqların) borclarına görə məsuliyyət daşımır. Eyni zamanda əsas cəmiyyətlər (müəssisələr) qız cəmiyyətinin apardıqlan əməliyyatlar üzrə birgə məsuliyyət daşıyırlar.

    . Asılı cəmiyyətlər də bu və ya digər dərəcədə iqtisadi statusa malikdir.

    Sahibkarlıq müəssisəsinin təşkilati-hüquqi formalarından biri də istehsal kooperatividir. İstehsal kooperativi və artellər dedikdə birgə istehsal və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün şəxsi əməyə və digər iştirak növünə əsaslanan vətəndaşların könüllü birliyi nəzərdə tutulur.

    İstehsal kooperativləri kooperativ üzvlərinin əmlakından pay haqları toplanması yolu ilə yaradılır. Bu kooperativin fəaliyyət sferaları istehsalla yanaşı, emal, sənaye, kənd təsərrüfatı və digər məhsulların satışı, məişət xidməti və digər xidmət göstərənlərdən də ibarət ola bilər.

    32

    İstehsal kooperativinin tosis sənədlərinə onun üzvlərinin ümumi yığıncağında təsdiq olunan nizamnaməsi daxildir. İstehsal kooperativinin ən mühüm xüsusiyyəti onların səhmlər buraxmaq hüququndan məhrum olması və ümumi yığıncaqda qərarların qəbul edilməsində kooperativlərin hər bir üzvünün bir səsə malik olmasıdır.

    Sahibkarlıq (kommersiya) müəssisəsinin təşkilati-hüquqi formalan içərisində dövlət və bələdiyyə quruluşlu unitar müəssisələı mühüm yer tutur. Unitar müəssisələr dedikdə mülkiyyətçiyə təhkim olunmuş əmlaka görə xüsusi mülkiyyət hüquqları olmayan kommersiya təşkilatı nəzərdə tutulur. Unitar müəssisəsinin əmlakı bölünməzdir. Əmlak müəssisənin işçiləri, eləcə də digər şəxslər arasında bölüşdürülə bilməz.



    Unitar formalı müəssisələr yalnız dövlət və bələdiyyə müəssisələri ola bilərlər. Unitar müəssisələrin əmlakı dövlət və ya bələdiyyə mülkiyyətində olub operativ idarəetmə əsasında fəaliyyət göstərirlər.

    Qevd:

    1. Sahibkarlıq dedikdə xüsusi şəxslərin, müəssisə təşkilatların istehsal, xidmət göstərilməsi, məhsulun satılması digər məhsullarla mübadiləsi ilə bağlı həyata keçirdikləri fəaliyyət növü başa düşülür.

    2. Sahibkarlığın subyekti ayrı-ayrı xüsusi şəxslər, müəssisələr onların birlikləri də ola bilər.

    3. Sahibkarlıq fəaliyyətinin formalaşması üçün müəyyən iqtisadi, sosial hüquqi şərtlərin yaradılması zəruridir.

    4. Sahibkarlıq növlərinə formalarına görə fərqləndirilir. Sahibkarlıq fəaliyyəti istehsal, ticarət, vasitəçilik, məsləhət (konsultativ), maliyyə digər növlərə ayrılır. Yuxarıda adları çəkilən sahibkarlıq növləri qrup halında, ayrılıqda bütövlükdə fəaliyyət göstərə bilər. Məsələn, ticarət müəssisəsinin fəaliyyəti, istehsal-ticarət və s. Mülkiyyətin formalarından asılı olaraq əmlak xüsusi, dövlət, bələdiyyə mülkiyyətində, həmçinin ictimai təşkilatın mülkiyyətində ola bilər.

    5. Sahibkarlığın iqtisadiyyatda geniş yer tutması XVII-XVIII əsrlərə təsadüf edir. XIX əsrin 80-90-cı illərində sahibkarlıq daha çox sənaye bazası üzərində inkişaf etmişdir. Lakin 1917-ci il fevral və oktyabr inqilabından sonrakı dövrlərdə keçmiş İttifaqda bazar iqtisadi münasibətlərinin ləğv edilməsi səbəbindən sahibkarlığın inkişafı dayandırıldı. Yalnız indiki əsrin 90-cı illərindən sonra sahibkarlığın inkişafı yenidən canlanmağa başladı.

    6. Müasir dövrdə sahibkarlıq fəaliyyətinin aşağıdakı təşkilati-hüquqi formaları inkişaf etmişdir: təsərrüfat yoldaşlıqları və cəmiyyətləri: istehsal kooperativləri; dövlət və bələdiyyə xarakterli unitar müəssisələr. Təsərrüfat yoldaşlıqları tam yoldaşlıq komandit yoldaşlığına bölünür, təsərrüfat yoldaşlıqları məhdud məsuliyyətli, əlavə məsuliyyətli cəmiyyətlər, həmçinin səhmdar cəmiyyətləri asılı cəmiyyətlər formasında da yaradıla bilər.

    33

    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   ...   444




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə