Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


Sindikat - məhsul satışını həyata keçinnək və rəqabəti təmin etmək məqsədi ilə yaranan sahibkarlar birliyidir. Kartel



Yüklə 1,54 Mb.
səhifə11/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   7   8   9   10   11   12   13   14   ...   444
Sindikat - məhsul satışını həyata keçinnək və rəqabəti təmin etmək məqsədi ilə yaranan sahibkarlar birliyidir.

Kartel - istehsal edilən məhsulun və göstərilən xidmətlərin qiymətləri, bazarda satışının həcmi ilə bağlı sahibkarlar arasında bağlanan razılaşmadır. Sahibkarlığın ən yeni təşkilat-iqtisadi formalarından biri maliyyə- sənaye qruplarıdır. Maliyyə-sənaye qrupları özlərində sənaye, bank, sığorta

və ticarət kapitallarının birliyini əks etdirir.

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kommersiya müəssisələrinin formalarına xüsusi sahibkarlıq formalarını, partnyorları və korporasiyaları göstərmək olar. Ümumiyyətlə, iqtisadi ədəbiyyatda firma dedikdə təsərrüfat müstəqilliyinə malik olub istehsal və digər fəaliyyət növünü həyata keçirən iqtisadi subyekt başa düşülür.

Xüsusi sahibkarlıq firmalarında sahibkar müəssisədə öz xüsusi maraq və mənafelərini müstəqil olaraq müəyyən edir. Bu zaman sahibkar firmanı idarə edir, mənfəət və gəlirdən istifadə ilə bağlı sərəncam verir, təsərrüfat müstəqilliyinə malik olur. Firmanın sahibi muzdlu işçi götürmək, işçiləri işdən azad etmək və müqavilələr bağlamaq hüqu- t|Lina malikdir. Xüsusi sahibkarlıq formasının üstünlüyü onun təşkilati idarəetmə fəaliyyətində sərbəst olması və kifayət qədər güclü iqtisadi motivləşməyə malik olmasıdır. Xüsusi sahibkarlıq firmasının əsas ça-

24 Vaqif NiftuHayev. Sahibkarlığın əsasları

tışmamazlığı maliyyə və maddi resursların məhdudluğu, istehsalın daxili ixtisaslaşmasının inkişaf etmiş sisteminin olmaması və məsuliyyətin qeyri-məhdud xarakter daşımasıdır.

Partnyorluq - bu cür müəssisə və firmalar bir neçə şəxs tərəfindən yaradılır, birgə sahibkarlıq xarakteri daşıyır və birgə də idarə olunur. Partnyorluğu xarakterizə edən ən mühüm cəhətlərdən biri bütün iştirakçıların bərabər hüquqlara malik olmasıdır. Lakin bu birliyə məhdud səlahiyyətli iştirakçı daxil olarsa, firmanın fəaliyyətinə tam məsuliyyət daşıyan əsas iştirakçı ilə yanaşı o da qoyduğu əmanətin dəyəri qədər məsuliyyət daşıyır.

Partnyorluq əsasında fəaliyyət göstərən müəssisələrdə maliyyə məsələlərini həll etmək digər müəssisələrlə müqayisədə daha asan olur. Burada xüsusi sahibkarlıq firmaları ilə müqayisədə əmək bölgüsü və istehsalın ixtisaslaşdırılması faktorundan istifadə olunur. Partnyorluq əsasında fəaliyyət göstərən müəssisələrin əsas çatışmamazlığı onunla izah edilir ki, burada funksiyaların bölgüsü və mənafelərin birləşdirilməsi çətin olur. Bu zaman yaranan ziddiyyətlər və ya bir neçə iştirakçının ümumi işi tərk etməsi nəticəsində partnyorluq əsasında fəaliyyət göstərən müəssisənin potensial dağılma təhlükəsi yaranır.

Korporasiya dedikdə elə müəssisə və firmaların birliyi başa düşülür ki, onlar hüquqi şəxs olub hər bir mülkiyyətçinin məsuliyyəti müəssisəyə qoyduğu əmanətin həcmi ilə məhdudlaşır. Korporasiya - payçılıq əsasında fəaliyyət göstərən cəmiyyətdir. Cəmiyyətin səhmlərini alan ayrı-ayrı şəxslər belə korporasiyanın sahibi, mülkiyyətçisi ola bilər. Bir sözlə korporasiyanın yaradılması zamanı çoxlu sayda iştirakçıların, istər fiziki və istərsə də hüquqi şəxslərin maliyyə vəsaitləri cəmləşir. Səhm sahibləri dividend formasında gəlir əldə edirlər. Onlar yalnız səhmi əldə edərkən sərf etdikləri maliyyə vəsaiti qədər risk etmiş olurlar. Korporasiya onun sahibləri olan səhmdarlardan asılı olmayaraq fəaliyyət göstərir. Bu isə korporasiyaya nisbətən stabil fəaliyyət göstərməyə imkan verir.

Korporasiyanın fəaliyyətinin əsas çatışmayan cəhətlərindən biri ilk növbədə burada mövcud imkanlardan sui-istifkdə edilməsidir. Bundan əlavə korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın fəaliyyətinə həqiqi nəzarəti həyata keçirə bilmirlər.

ABŞ-da sahibkarlıq fəaliyyətinin təşkili xüsusiyyətləri. ABŞ iqtisadiyyatında kapital sahələr üzrə güclü inkişaf etmiş sahibkar assosiasiyalarında cəmləşmişdir. Assosiasiyalar şirkətlərə (ayrı-ayrı biznesmenlərə, korporasiyalara, firmalara) maliyyə hesabatlarının tərtib edilməsində, büdcənin planlaşdırılmasmda kömək göstərir, qiymətqoyma proseslərini öyrənir, bazar konyukturunu tədqiq edir, komersi- ya reklamlarının səmərəliliyinin yüksəldilməsinin yeni yollarını axtarır. 1987-ci ildə ABŞ-da 18,1 milyondan çox sahibkarlıq təmayüllü müəssisə olmuşdur. Mülkiyyət və təşkilat-hüquqi statusuna görə onla-

/ fəsil. Sahibkarlıq fəaliyyəti 25

n üç kateqoriyaya aid etmək olar: korporasiyalar, portnyorluq əsasında fəaliyyət göstərən müəssisələr və fərdi (xüsusi) şirkətlər.

Firmaların, korporasiyaların və digər sahibkarlıq qurumlarının inkişafının əsasını xüsusi sahibkarlıq firmaları və fərdi (xüsusi) şirkətlər təşkil etmişdir. Bu cür şirkətlər yalnız bir hüquqi şəxsin xüsusi mülkiyyətinə aid edilir.

Son illər ABŞ iqtisadiyyatında iri və xırda müəssisələrin güzəştli partnyorluq forması olan - françayzinqlər geniş inkişaf etmişdir. Fran- çayzinqin əsas məqsədi xırda biznesin inkişafı üçün maliyyə, material, informasiya və əhali resurslarından geniş istifadə edilməsidir.

Yaponiyada sahibkarlıq fəaliyyətinin təşkili xüsusiyyətləri. Yaponiyada kiçik və orta müəssisələr sənaye sahəsində fəaliyyət göstərən bütün xüsusi firmaların 99,3 %-ni təşkil etmişdir. Azad sahibkarlar, onların ailə üzvləri müəssisənin sahibləri kimi bütün əməkçilərin 22,7 %-ni təşkil etmişdir. Yaponiya iqtisadiyyatında, xüsusilə sahibkarlıq fəaliyyətinin inkişaf etdiyi sahələrdə əmək haqqının podrad sistemi geniş tətbiq edilir. Kiçik və orta müəssisələr ilk növbədə iqtisadiyyatda fəaliyyət göstərən sosial kredit kooperativləri vasitəsilə maliyyələşdirilir. Yaponiya iqtisadiyyatında istehsalın idarə edilməsinin yüksək səmərəli sistemi fəaliyyət göstərir. Bu tip iqtisadiyyat sahibkarlığın inkişafını, yeni tipli ixtiraları, xüsusilə elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin tətbiqini və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından gəlirlərin artırılmasını özündə əks etdirir.

Ən mühüm iqtisadi göstəricilərə görə Yaponiyada kollektiv miqyasında qrup sahibkarlığı hakim mövqe tutur. Yaponiyanın sahibkarlıq təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, burada sahibkar ilə əmək bölgüsü sahəsində bərabərlilik halları daha çoxdur. Belə ki, elə hallar olur ki, sahibkar işçi ilə birlikdə firmada eyni fiziki işi yerinə yetirir. Yapon cəmiyyətində tarixən belə bir reallıq formalaşmışdır ki, müəssisənin rəhbərilə ona tabe olan işçilər arasındakı münasibətlər qeyri-formal və zəif reqlament xarakteri daşıyır. Bu da Yaponiyada sahibkarlığın yüksək inkişaf dərəcəsilə izah olunur.

Ona görə də sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qərarlar yuxarı idarəetmə orqanları tərəfindən qəbul edilsə də, bu zaman həmin qərarın icrasını təmin edəcək aşağı orqanın iştirakı nəzərə alınır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə