Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


XWV'III fəsil. Auditorların məsuliyyəti



Yüklə 1,54 Mb.
səhifə435/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   431   432   433   434   435   436   437   438   ...   444
XWV'III fəsil. Auditorların məsuliyyəti 603

lari əsasında arastlınlır. Bu zaman yoxlamanın aşağıdakı qaydada həyata keçirilməsi u>k)b olunur:

-auditorun \ ə va auditor Urmasımn təsisçilərinin lisenziya əldə etməsi üçün qeyri-obyektiv məlumatların təqdim edilməsi;

-lisenziya verilməyən auditorlar tərəfindən auditor fəaliyyətinin həyata keçirilməsi;



  • audit fəaliyyətinin gedişində əldə edilmiş məlumatların mülkiyyətçinin icazəsi olmadan üçüncü şəxsə təqdim edilməsi;

  • Auditor tərəfindən iqtisadi subyektin fəaliyyətinin yoxlanılması zamanı hadisə proseslərin bilərəkdən gizlədilməsi.

Aparılan yoxlamalıran gedişində Mərkəzi Attestasiya Auditor Komissiyasının tərəfindən müəyyən edilmiş qüsurlu yoxlama faktlarından hər hansı biri lisenziyanın ləğv edilməsi üçün əsas ola bilər.

Auditorlar firması tərəfindən iqtisadi subyektin fəaliyyətinin yoxlanılması aşağıdakı hallarda istisnalıq toşkil edir:

-auditorlar firması iqtisadi subyektin təsisçiləri, onun mülkiyyətçiləri səhmdarları ilə bu ya digər münasibətlərə malik olduqda;

-auditor firması iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi, səhmdarı, kreditoru sığortaçı təşkilat kimi fəaliyyət göstərdikdə.

İqtisadi subyektin fəaliyyətinin auditorlar tərəfindən yoxlanılması aşağıdakı hallarda qadağan edilir:

-auditlər iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi, səhmdarı və rəhbəri kimi çıxış etdiyi hallarda;

-auditor iqtisadi subyektin mühasibat hesabatlarına məsuliyyət daşıdığı hallarda.

İkinci pillə. Auditorlar firması tərəfindən aparıcı auditorların fəaliyyətinə nəzarət aşağıdakı kimi həyata keçirilir:

-müştərilərin təsərrüfat fəaliyyətinin müzakirəsi auditor yoxlamalar;


  • təşkilati-etik auditor prinsiplərinə ciddi şəkildə əməl edilməsi;

-firmaların təsərrüfat fəaliyyətini yoxlayan aparıcı auditorların dəyişdirilməsi.

Müştərilərin təsərrüfat fəaliyyətinin yoxlanılması nəzarətin səmərəliliyinin ən mühüm və əvəzedilməz şərtlərindən biri hesab edilir.

İnkişaf etmiş ölkələrdə iri auditor firmaları tərəfindən hər hansı müştərinin fəaliyyətinin təkrar yoxlanılması tətbiq edilir. Təkrar yoxlamalar birinci auditor yoxlamaları başa çatdıqdan və auditor rəyi müştərilərə verildikdən sonra həyata keçirilir.

Firma rəhbərliyi birinci və ikinci yoxlamaların nəticələrini müqayisə etməklə müəyyən təşkilati nəticələrə gəlir.Auditor firmasının rəhbərliyi aparıcı auditorların müşavirəsini keçirir. Müşavirə zamanı audit fəaliyyətinin əsas istiqamətlərini firmanın digər aparıcı auditorları ilə birlikdə müzakirə edilir. Müşavirədə iqtisadi subyektin nümayəndələri də iştirak edir. Müzakirə edilən məsələlər içərisində müştə

604 Vaqif Niftuilayev. Sahibkarlığın əsaslan

rinin maliyyə hesabatını əvvəllər yoxlamış auditorların əldə etdiyi nəticələr do araşdırılır.

Auditorların məruzələri və onların müzakirəsi əsasında yoxlamanın proqramına düzəlişlər və əlavələr edilir. Auditor firmalarında keçirilən bu müşavirələr zamanı təkcə auditor yoxlamaları müzakirə edilmir. Auditorlar firması universal xarakter daşıyaraq öz müştərilərinə müxtəlif xidmətlər göstərirlər. Bu zaman firma tərəfindən nəzarət hər bir xidmət növü üzrə ayrılıqda həyata keçirilir. Bütün bunlara aşağıdakılar aid edilir;


  • mühasibat uçoiııınııı təkmilləşdirilməsi:

  • dövlət vergi xidməti orqatdarında maliyyə hesahatlartntn tərtibi:

  • konsultant seminarlartn keçirilməsi.

Təsərrüfat fəaliyyətinin yoxlanılmasında etik auditor prinsipinə ciddi əməl edilməsi əsas faktor hesab edilir. Bu zaman auditor firmasının rəhbərliyi müştərinin fəaliyyətinin yoxlanılması üçün auditorlara tapşırıqlar verir. Yoxlamanı həyata keçirən auditor müəssisənin təsisçisi. mülkiyyətçisi, rəhbəri və digər vəzifəli şəxsi qismində çıxış etmir. Ona görə də mühasibat hesabatının yerinə yetirilməsinə görə heç bir məsuliyyət daşımır.

Auditorlar qrupunun fonnalaşması zamanı təsiçilərin sənədləri ilə tanışlıq əsas prinsip sayılır. Auditor fəaliyyətinin müvəqqəti qaydalarında göstərilir ki, auditorlar təsisçi, mülkiyyətçi, səhmdar, rəhbər, mühasibat hesabatının yerinə yetirilməsinə görə vəzifəli şəxs ola bilməz.

Auditor firmasında konkret auditorların fəaliyyətinə nəzarət an- ketləşmə yolu ilə həyata keçirilir.

Auditor firmasına işə qəbul edilən auditorlar dövri olaraq aşağıdakı anketi doldurmalıdırlar.




Auditorların qohumlarının adı, familiyası və atasının adı

Doğ malıq dərə cəsi






Aid cc

ilir

sisçi


Mülkiy

yətçi


Səhm

dar

Rəhbər və digər vəzifəli şəxslər




Daimi müştərilərin yoxlanılması zamanı aparıcı auditorların başqaları ilə əvəz edilməsi auditorların keyfiyyətinə nəzarətin ən səmərəli üsullarından biri hesab edilir. Bu üsul təkrar yoxlamalınn həyata keçirilməsi ilə müqayisədə iqtisadi cəhətdən daha qənaətli hesab edilir. Bu rnetod kiçik və orta auditor firmaları üçün daha əlverişlidir.

Üçüncü pillə - assisentlərin fəaliyyətinə və gördüyü işlərə aparıcı auditorlar vasitəsilə nəzarət edilir. Firma tərəfindən aparıcı auditora müştərilərin təsərrüfat fəaliyyətini yoxlanılması etibar edilir. Aparıcı



  1. fəsil. Auditorların məsuliyyəti 605

auditorlardan fərqli olaraq, assisentlər müştərilərin təsərrüfat fəaliyyətinin yoxlanılmasına görə məsuliyyət daşımır.

Auditorlar firmasına işçilərin qəbul edilməsi zamanı iddiaçının ixtisaslı auditor attestatına malik olması ən mühüm tələblərdən biri hesab edilir. Bəzi auditor firmalarında az təcrübəli işçilər və aşağı ixtisaslı mühasiblər auditor assisenti kimi işə qəbul edilir.

Auditorlar yoxlama qrupuna assisent dəvət edə bilərlər. Bu zaman apa- ncı auditorlarla assisentlər arasında şəxsi münasibətlər ön plana çəkilir.

Assisentlərin fəaliyyətinin idarə edilməsində auditorların funksiyaları aşağıdakılardan ibarətdir:



  • aktların uçot registrlərinin sair sənədlərin yoxlanılması;

  • assisentə verilən tapşırıqların mahiyyətinin araşdırılması;

  • verilmiş tapşırığı yerinə yetirmək üçün assisenti zəruri məlumatlarla təmin etmək;

  • uçotun təşkili ilə bağlı problemlər haqqında assisentə informasiyalar vermək;

  • verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək.

Öz növbəsində assisent aşağıdakıları yerinə yetirməyə borcludur:

  • tapşırığın məqsədi onun icra edilməsi texnikasını araşdırmaq;

  • proseduraların yerinə yetirilməsi, qarşıya qoyulan məqsədə nail olunması üçün onların optimallaşdırılması;

  • proseduraların yerinə yetirilməsi zamanı gözlənilməz hallar yaranan zaman aparıcı auditorlara vaxtında məlumat vermək.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə