Nigar Hüseynova


Enlik-Kebek ”  vә  “ Kalkaman-



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə93/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   89   90   91   92   93   94   95   96   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Enlik-Kebek
”  vә  “
Kalkaman-
Mamır
”, 1908-ci ildә “
Leyli-Məcnun
” poemalarını tamamlayıb.  
Elm vә maarif sahәsindәki xidmәtlәrinә görә 1903-cü ildә Rusiya İmperatorluğu Coğrafiya 
Cәmiyyәti Batı Sibir şöbәsinin üzvlüyünә qәbul edilib.  
1905-1906-cı  illәrdә  hәcc  ziyarәtinә  gedib.  Qayıdarkәn  Qahirә  vә  İstanbuldakı 
kitabxanalarda  olub,  xüsusilә  Türk  tarixi  ilә  bağlı  araşdırmalar  aparıb.  Türküstana  qayıtdığında 
xarakterinin dә tәsirilә 
bir küncә çәkilәrәk әsәrlәrini yazmaqla mәşğul olub. 


 
 
42 
 
Stolipin  irticası adlandırılan illәrdә Rusiya baş  nazirinin verdiyi qәrarların әleyihinә çıxıb. 
Xüsusәn  Rusiyanın  mәrkәzi  vilayәtlәrindәki  aztorpaqlı  rus  kәndlilәrinin  Qazaxıstana 
göndәrilmәsi,  qazaxların  mәhsuldar  torpaqlarının  alınaraq  onlara  verilmәsi  ilә  heç  cür  barışa 
bilmәyib.  
Birinci  Dünya  Müharibәsi  başladıqdan  sonra  qazaxların  güzaranının  gündәn-günә 
ağırlaşması  onu  bәrk  narahat  edib,  yenidәn  xalqa  qarışıb,  millәtinә  dar  gündә  kömәk  etmәyә 
çalışıb. 1916-cı ildә çar II Nikolayın orucluq ayında müsәlmanları cәbhә arxasında işlәtmәk üçün 
sәfәrbәrlik  elan  etmәsinin  әleyihinә  yaranan  üsyanı  alqışlarla  qarşılayanlardan  olub.  Üsyanın 
pәrakәndәliyi vә qan içindә boğulması onu çox kәdәrlәndirib. 
1917-ci  ildә  yaranan  Alaş  Partiyası  vә  Olaş-Orda  hökumәtiylә  yaxın  әlaqә  saxlayıb,  bu 
hökumәt  dә  onu  Semey  vilayәtinin  hakimlәr  şurasına  seçib.  Ancaq  siyasәtdәn  hәzz  almadığına 
görә Şınqıs dağında Şapkan adlanan yerdәki ovçu evindә yaşamağa başlayıb әdәbi fәaliyyәtlәrini 
davam etdirib.  
Bolşeviklәrlә  Ağqvardiyaçıların  toqquşmalarını  xalqların  xeyri  üçün  deyil,  zәrәri  kimi 
qiymәtlәndirib,  nәticә  dә  onun  dediyi  kimi  olub.  İnsanları  xoşbәxtliyә  çıxaracaqlarını  vәd 
edәnlәrin apardıqları savaşlar xalqa bәdbәxtlik gәtirib, minlәrlә insan öldürülüb, yüzlәrlә kәnd vә 
qәsәbә xarabalığa çevrilib. 
1913-1924-cü  illәrdә  “Abay”,  “Aykap”,  “Şolpan”  jurnalları  vә  “Kazak”  qәzeti  ilә 
әmәkdaşlıq  edәn  Şәkәrim  Kudayberdiyev  tәrcümәlәrini,  bәdii  әsәrlәrini,  cәmiyyәtin  müxtәlif 
problemlәrinә olan münasibәtini әks etdirәn mәqalәlәrini dә çap etdirib. Din vә fәlsәfә sahәsindә 
uzun  illәr  araşdırmalar  apararaq  “Qurani  Kәrim”i  tәfsir  edib,  "Müslümanlığın  şәrtlәri"  vә  "Üç 
hekayә" adlı kitablarını yazıb. 1911-ci ildә nәşr etdirdiyi “Xanların şәcәrәsi” kitabı qazax-qırğız 
xalqının tarixinә işıq salır. 
Şәkәrim, Sovetlәrin gәlişini dә xoş qarşılamayıb. Onların yeritdiyi siyasәt nәticәsindә 1920-
1921-ci illәrdә Qazaxıstanı qıtlıq bürüyüb. Minlәrlә insan acından vә yoluxucu xәstәlikdәn mәhv 
olub. Əsilzadәlәrin alçaldılması vә tәqibi başlayıb. Şairin “

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə