Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə53/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   49   50   51   52   53   54   55   56   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

TÜRKMӘN ӘDӘBİYYATI
 
Türkmәnisdan  türklәri  Oğuzların  qәrbә  gedәrkәn  bu  bölgәdә  buraxdıqları  boylardan 
tәşkil tapıb. Onların yazılı әdәbiyyatlarının ortaya çıxmasından, yәni 18-ci әsrdәn öncә zәngin bir 
xalq  әdәbiyyatları  vardı.  Bu  әdәbiyyatda  nağıllar,  dastanlar,  atalar  sözlәri,  tapmacalar  vә 
mahnılarda xalqın yaşayışı, hәyat tәrzi, gәlәnәk vә görәnәklәri öz әksini tapıb. 
Yaratdıqları  “
Goroğlu
”,  “
Şasənəm-Qərib
”  kimi  dastanlarda  qәhrәmanlıq,  vәtәnpәrvәrlik 
vә mübarizlik duyğuları yer tutub. 
Əbülqazi  Bahadır  Xanın  17-ci  әsrdә  yazdığı  “
Şəcərə-i  Tərakimə
”  adlı  әsәrdә 
Türkmәnistan Türkcәsiylә yazılan üç şeir yer tutub (Bahadır Han, 1996:209-213).  
Türkmәnlәr  1928-ci  ilә  kimi  Ərәb  әlifbasından  istifadә  edib.  1926-ci  ildә  Bakıda 
keçirilәn  Türkoloji  Qurultayından  sonra  Latın  әlifbasına  keçmәk  qәrarına  gәliblәr  ve  1928-ci 
ildәn  başlayaraq  1929-cu  ildә  latın  әlifbasına  keçiblәr  ancaq,  1940-ı  ildә  isә  Stalinin  yaydığı 
әmrlә  Kiril  әlifbasını  qәbul  ediblәr.  1993-cü  ilin  nisan  ayının  12-ci  günü  isә  Türkmәnistan 
Mәclisinin qәrarı ilә tәkrar Latın әlifbasına qayıdıblar (Kara, 1998:159).  
Türkmәn әdәbiyyatı dörd mәrhәlәdә araşdırılır.  
1-Rus işğalına kimi olan dövr.  
2-Rus işğalından II-ci Dünya Müharibәsinә kimi olan dövr. 
3-II-ci Dünya Müharibәsi illәrindәki dövr (1941-1945). 
4-II-ci Dünya Müharibәsindәn indiyә kimi olan dövr. 
Rus  işğalının  yaranmasından  öncәki  çağlarda  Türkmәn  әdәbiyyatının  inkişafında  bir 
mәnalı olaraq Mahdumqulunun adı ön plana çıxır. Mәxdumqulu mükәmmәl yәtişmiş ziyalı, ayıq 
düşüncәli,  Türk,  Ərәb  vә  Fars  dillәrindәki  әsәrlәri  mütaliә  edәrәk  yüksәk  bir  bilik  sәviyyәsinә 
çatmış  bir  şairdir.  Şeirlәrindә  vәtәn  sevgisi  vә  qәhrәmanlıq  temaları  ön  plandadır.  Ölkәsinin 
abadlaşması,  Türkmәnlәrin  bir-biriylә  dostanә  ömür  sürmәsi  şeirlәrinin  әsl  temalarıdır  vә  onun 
şeirlәri  milli  mәnsubiyyәt  şüuruna  yüksәk  sәviyyәdә  malik  olan  Türkmәnlәrdәki  vәtәn  vә  el 
sәvgisini daha da güclәndirib.  
Mәxdumqulu  yalnızca  özündәn  sonra  yetişәn  Seydi,  Zәlili,  Molla  Nәpәs,  Talıbi  vә 
Mәtәçi  kimi  şairlәrә  tәsir  etmәyib;  19-cu  әsrdә  yetişәn  Qaraqalpaqların  Günxoca,  Öteş  kimi 
şairlәrinә dә öz tәsirini bağışlayıb. Şeirlәrinin әksәriyyәti Qaraqalpaq Türkcәsinә köçürülüb. 
18-ci  әsrdә  Mәxdumquludan  özgә  Dövlәtmәmmәd  Azadi,  Mәqrubi,  Şabәndә,  Şeydayi, 
Nurmәhәmmәd  Andalıp  kimi  şairlәr  yetişib.  Nurmәhәmmәd  Andalıp,  Qayıbi  vә  Şabәndәnin 
şeirlәrindә Xoca Əhmәd Yәsәvinin tәsiri aydın görünür. O, “
Leyli-Məcnun
” vә “
Yusup-Züleyxa
” 
dastanlarını da yazıb. Oğuznamә adlı mәnzumәsindә Oğuzların tarixi vә onlarla bağlı rәvayәtlәri 
dilә gәtirib.  
19-cu  әsrin  axırları  vә  20-ci  әsrin  әvvәllәrindә  Dovan,  Qara,  Yağmır,  Durdı, 
Dövlәtmәmmәd Balğızıl, Molladurdı, Kormolla, Zinhari kimi şairlәr yetişib.  
Rus  işğalı  başladıqdan  sonra  Türkmәn  şairlәri  vә  yazıçıları  qәlәmlәrini  silah  kimi 
işlәdәrәk ruslara qarşı mübarizә başladıblar. Göytәpә bölgәsindә işğal zamanı Rusların törәtdiyi 
dәhşәtli  qırğını  dilә  gәtirәn  Qayıpberdi,  Türkmәnistanın  müstәqilliyi  uğrunda  mübarizә  yeridәn 
Mollağılıç,  Abdulhakim  Qulmәhәmmәdov,  Körmolla,  Berdi  Kerbabayev,  Amandurdı  Alamışev 
kimi şәxsiyyәtlәrin adı ön cәrgәdә yer tutur.  
Rusların  bütün  tәzyiqlәrinә  baxmayaraq  bu  mübarizә  1930-cu  ilә  kimi  davam  edib.  Bu 
çağda  Sovet  rәjiminin  tәzyiqi  artıb,  millәtçi  vә  vәtәnpәrvәr  şairlәr  ruslar  tәrәfindәn  başladılan 
tәbliğatda  tәndiq  atәşinә  tutulub.  Bunlar  tәfriqәçi  vә  burjua  millәtçisi  kimi  qәlәmә  verilib. 


 
 
27 
 
Hәqiqәt  olan  budur  ki,  Rus  işğalı  ilә  birlikdә  Türkmәn  ziyalıları  eynilә  Azәrbaycanda  olduğu 
kimi bilәrәkdәn mәhv edilib. Bu qırğın da Türkmәn әdәbiyyatı üçün ağır bir zәrbә olub.  
1920-ci  illәrdә  Türkmәnistan  Türkcәsindә  qәzetlәr,  jurnallar,  dәrsliklәr  çap  olunub. 
Bunlarda Mәxdumqulu, Mollanәpәs vә Kәminә kimi klassik şairlәrin şeirlәri әks etdirilib. 1925-
ci  ildәn  sonra  Türkmәnistan  qәzeti,  Toxmaq,  Türkmәn  Mәdәniyyәti  vә  Pioner  kimi  jurnallar 
xalqın ziyalanmasında vә öz milli şüuruna sahib çıxmaqda önәmli rol oynayıb.  
1928-1929-cu  illәrdә  Ərәb  әlifbası  götürülәrәk  Latın  әlifbasının  qәbul  edilmәsi  vә 
әlifbanın  dәyişdirilmәsi  Türkmәn  әdәbiyyatında  müәyyәn  bir  vaxt  durğunluğa  sәbәb  olub.  Bu 
çağda  Türkmәnistan  Türkcәsinin  terminologiyası,  qrammatikası,  morfologiyası  ilә  bağlı 
mübahisәlәr  qızışıb.  Millәtçi  Türkmәn  ziyalıları  terminlәrin  vә  yeni  sözlәrlә  bağlı  gedәn 
mübahisәlәrdә onların Rusca vә ya digәr dillәrdәn deyil Azәrbaycan ya da Türkiyә Türkcәsindәn 
götürülmәsindәn müdafiә edib. Bu fikir ziddiyәti o dövrün әsәrlәrindә qrammatika, morfologiya, 
terminologiya vә söz ehtiyatında da özünü göstәrib.  
1937-ci ilin qırğın  siyasәtinin hәyata keçirildiyi bir vaxtda Türkmәn Yazıçılar Qurultayı 
keçirilib.  Qurultayda  müәyyәn  Türkmәn  şair  vә  yazıçılarına  xüsusi  tapşırıqlar  vәrilib.  Ancaq 
Türkmәn  ziyalılarının  öhdәlәrinә  götürdüklәri  bu  işlәri  belә  görmәlәrinә  aman  vәrilmәyib, 
tamamı sudan bәhanәlәrlә güllәlәnib. 1940-cı ildә İkinci Yazıçılar Qurultayı tәşkil olunub vә orda 
Türkmәn әdәbiyyaytının gedişatı müzakirә edilib. İkinci Dünya Müharibәsinә az qalmış Türkmәn 
mәktәblәrindә  Rusca  tәdris  edilmәyә  başlanıb.  Bu  sәbәblә  hәr  iki  dildә  qarşılıqlı  tәrcümәlәrin 
sayı artıb.  
İkinci Dünya Müharibәsi başladığı vaxt bir çox Türkmәn şair vә yazıçısı hәrbi xidmәtә 
alınaraq döyüşlәrә aparılıb. Hәrbә gedәn minlәrlә Türkmәn gәnci ilә birlikdә bu şair vә yazıçılar 
da  hәlak  olublar.  Tәbii  olaraq  bu  da  Türkmәn  әdәbiyyatı  üçün  böyük  zәrbә  olub.  Bu  dönәmdә 
yazılan  şeir,  hekayә  vә  romanların  mövzusu  hәrb,  hәrbin  sәbәb  olduğu  izdirablardır.  Bu  çağda 
bәzi  şair  vә  yazıçılar  tanınmağa  başlayıb.  Ata  Atacanov,  Hasımqulı  Qurbanov,  İlmıradov  kimi 
gәnclәrin  adı  tez-tez  dövri  әdәbiyyatda  sadalanıb.  Bu  çağdakı  әdәbiyyatda  yenә  qәhrәmanlıq  vә 
vәtәn sevgisi әn başda gedәn mövzulardır. Şairlәr, Goroğlu, Manas vә Alpamışın adlarını tez-tez 
çәkiblәr. 
İkinci  Dünya  Müharibәsindәn  sonra  Türkmәn  şairlәri  arasında  Ata  Salih,  Durdı  Qılıc, 
Kerbabayev, Hasımğulı Qurbanov, Güseyin Muxtarov, Anna Kovusov kimilәrinin adları ön plana 
çıxıb.  Bu  çağda  Türkmәn  şeiri  ilә  birlikdә  roman,  hekayә,  tamaşa  әsәrlәri  sahәsindә  dә  böyük 
inkişaf qeyd edilib. Yenә bu çağdakı әsәrlәrdә  hәrb vә onun sәbәb olduğu ayrılıqlar, izdirablar, 
sönәn ocaqların vәziyyәti, sağ gedib şikәst qayıdanların psixolojisi әsas mövzulardır.  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə