Nigar Hüseynova


Divan ” vә “ Risalətün Nushiyyə



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə50/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   46   47   48   49   50   51   52   53   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Divan
” vә “
Risalətün Nushiyyə
” adlı  iki әsәr yaradıb. Divanındakı 
şeirl
ә
rindә tәsәvvüflә bağlı düşünәlәrini, ilahi eşq anlayışını coşğun bir dillә dilә gәtirib. Kamil 
insan  olmağın  ölçülәrini,  insanların  dinindәn,  mәzhәbindәn,  irqindәn  asılı  olmayaraq  Tanrının 
yaratdığı müqәddәs bir varlıq olduğunu vә onlar arasında ayrı-seçkilik edilmәmәsini vurğulayıb 
(Mengi, 2015:69).  
 
TÜRKİYӘ ӘDӘBİYYATI
 
Türkiyә  әdәbiyyatı,  Türk  әdәbiyyatının  11-ci  әsrdәn  etibarәn  Anadoluda  yaranmış 
qoludur. 
Ədәbiyyat  tarixi,  mәdәniyyәt  tarixinin  әn  önәmli  hissәsidir.  O,  bir  millәtin  uzun  әsrlәr 
boyu keçirdiyi fikri vә hissi inkişafı, mәnәvi dünyası onun yazıçı vә şairlәrinin qәlәmi ilә tәsvir 
edilmәsidir. Bir  millәtin әdәbiyyatı o  millәtin  milli ruhunun vә  milli hәyatının güzgüsü kimidir. 
Bir millәt hәyata hansı güzgüdәn baxır, nәlәri fikirlәşir, olaylar qarşısında nәlәri hiss edir, süfrәdә 
oturmasından  tutmuş,  ailә  daxilindәki  münasibәtlәr,  qonşularla  vә  yadlarla  aparılan  ünsiyyәtin 
çәrçivәsi, insan vә tәbiәtlә olan әlaqәnin sәviyyәsi, Tanrıya inamı, toyu-yası, bayramı-kәdәri bir 
sözlә hәr bir şeyi onun әdәbiyyatında öz әksini tapır.  
Dünya xalqları arasında әdәbiyyat tarixi hәlә dә tam mәnasıyla hәll edilә bilmәyәn bәlkә 
dә yeganә millәt Türklәrdir. Avropa xalqlarının tamamından daha qәdim olan türklәr nәhәng bir 
coğrafiyaya  yayılmalarından  asılı  olaraq  dillәrindә,  әdәbiyyatlarında  vә  siyasi-mәdәni 


 
 
22 
 
hәyatlarında  müәyyәn  dәyişikliklәr  yaranıb.  Ayrı-ayrı  coğrafiyalarda  bәzәn  müstәqil,  bәzәn 
özgәlәrinin hakimiyyәti altında yaşayan Türk tayfalarının danışdığı dillәrdә haçalanmalar törәyib, 
lәhcәlәr,  şivәlәr  vә  bunlara  mәxsus  әdәbiyyatlar  yaranıb.  Bu  sәbәblә  Türk  әdәbiyyatı  layığınca 
araşdırıla bilmәyib.  
Keçmiş dönәmlәrdә tәzkirә şәklindә şair vә yazıçıların ömür yolları vә әsәrlәri ilә bağlı 
mәlumatların toplanması işinә әdәbiyyat tarixi kimi baxılırdı. Türk әdәbiyyatının görkәmli alimi 
Fuad  Köprülü  tәzkirәçiliyin  әdәbiyyat  tarixçiliyi  ola  bilmiyәcәyini  irәli  sürәrәk  Türk 
әdәbiyyatının  müәyyәn bir üsul daxilindә araştırılmasının vacib bir  mәsәlә olduğunu  illәr әvvәl 
dilә gәtirәrәk Türk әdәbiyyatını müәyyәn mәrhәlәlәrә bölüb. Onun bölgüsünә әsasәn; 
1-İslamdan 
öncəki  Türk  ədəbiyyatı;  2-İslam  Mədəniyyəti  təsirində  yaranan  Türk  ədəbiyyatı;  3-Avropa 
Mədəniyyəti təsirində yaranan Türk ədəbiyyatı
 şәklindә üç mәrhәyә ayrılıb (Köprülü, 1986:5). 
İslamdan  öncәki  Türk  әdәbiyyatı  şifahi  vә  yazılı  olmaqla  iki  hissәdә  araşdırılır.  Şifahi 
hissәdә  mifik  xarakterli  dastanlarla,  “Koroğlu”  dastanı  örnәyindә  olduğu  kimi  xalq  dastanları 
şәklindә  öyrәnilir.  İslam  dini  qәbul  edildikdәn  sonra  Ərәbcә  vә  Farscanın  tәsiri  ilә  yaradılan 
әdәbiyyat  hәm  Anadoluda,  hәm  dә  digәr  Türk  coğrafiyalarında  hökmran  olub.  Avropa 
Mәdәniyyәti  tәsirindәki  әdәbiyyat  isә  Osmanlı  İmperiyasının  gerilәmә  dövrünә  daxil  olması  vә 
Osmanlı ziyalılarının üzlәrini qәrbә tutması nәticәsindә yaranıb. 
11-ci  әsrdә  Malazgirt  Zәfәri  ilә  Anadoluya  daxil  olan  Oğuz  boyları  burada 
möhkәmlәnәrәk 13-cü әsrin ortalarına kimi Anadolunu Oğuz coğrafiyası halına gәtiriblәr. Ancaq 
13-cü  әsrdә  yaranan  Monqol  işğalı  Anadoludakı  Türk  tarixinin  әn  böhranlı  çağlarının 
başlamasına sәbәb olub. Bu çağda yaşayan Mövlana Cәlalәddini Rumi, Süxrәverdi, Əxi Əvran, 
Fәxrәddin  Konәvi,  Yunis  Əmrә  kimi  tәsәvvüf  әhli  hәm  әsәrlәri,  hәm  dә  çıxışları  ilә  xalqın 
mәnәviyyatını  diri  saxlayıblar.  Xorasandan  Anadoluya  gәlәn  Yәsәvi  dәrvişlәri  alp-әrәn  ruhuyla 
Anadolu  toplumuna  basılmaz  bir  mәnәvi  qida  aşılayıblar.  13-cü  әsrdә  tәkkәlәrin  inkişafı  vә 
Ərәbcә ilә Farscanın da dilә nüfuz etmәsi ilә yaranan dini-tәsәvvüfi әdәbiyyat toplum hәyatında 
hökmran olub. Anadoluya yayılan 
Yəsəvi

Heydəri

Bəktaşi
 dәrvişlәri tәkkә әdәbiyyatında Türkcә 
әsәrlәr yaradıblar. Nәticәdә 
Danişməndnamə

Battalnamə

Әbu Müslim Xorasani
 kimi dini-tarixi 
dastanlar yaranıb xalqın ruhuna hopub vә Türk tәsәvvüf әdәbiyyatı yaranıb (Mengi, 2015: 47-48).  
13-cü  әsrdә  şәhәrlәrdә  yaşayan  xalqın  danışdığı  Türkcәnin  vәziyyәti  heç  dә  yaxşı 
olmayıb. Farsca vә Ərәbcә Türkcәni sanki әsir alıb. Anadolu Sәlcuqlu taxtına Əlәddin Sәyavuşun 
gәtirilmәsindәn  dörd  gün  sonra  Qaramanoğlu  Mәhmәd  Bәy  dә  vәzirliyә  tәyin  edilib.  15  May 
1277-ci  il  tarixindә  Qaramanoğlu  Mәhmәd  Bәyin  vәzirliyә  tәyini  ilә  bağlı  mәrasimdәn  sonra 
divan deyilәn  mәclis toplanıb vә hәr bir yerdә Türkcәdәn özgә dil danışılmaması haqda fәrman 
çıxarılıb (Sümer, 2003:445). Bu fәrman dilimizin o çağda üzlәşdiyi problemin böyüklüyünü göz 
qabağına sәrir. 
Türkcә,  14-cü  әsrdә  әdәbi  dil  kimi  dәyәr  qazanıb,  çünki  Ərәb  vә  Fars  dilini  bilmәyәn 
bәylәr  şairlәri  vә  yazıçıları  Türkcә  әsәrlәr  yaratmağa  mәcbur  ediblәr.  Bu  әsrdә  Aşık  Paşanın 

Qəribnamə
”,  Gülşәhrinin  “
Məntiqüt  Tayr
”,  Qazı  Burhanәddinin  “
Divan
”ı  kimi  әsәrlәr  yarandı 
(Köprülü, 1986:346-353). 
15-ci  yüzillikdә  Anadolu  Türk  әdәbiyyatında  Şeyxi  vә  Ahmәd  Paşanın  adları  zirvәdә 
çәkilir.  Nicati  dә  bu  dövrün  әn  böyük  şairlәrindәn  biri,  hәtta  әn  böyüyüdür.  Osmanlı  Sultanı 
İldırım  Bayәzid  dövründә  yaşayan  Süleyman  Çәlәbi  yazdığı  “
Mövlud
”  әsәriylә  nam  salıb 
(Mazıoğlu, 1974:32-33).  
Anadoluda 16-cı әsrin әn görkәmli şairi Zatidir. Xәyali, Baqi, Nәvi dә bu çağın görkәmli 
şairlәrindәndir. Bu çağda Qanuni Sultan Süleyman da “
Muhibbi
”  tәxәllüsü ilә şeirlәr yazıb. Bu 
çağda nәsr әsәrlәri yaradan sәnәtkarlar da var. Aşık Çәlәbinin “
Məşairüş Şüəra
”, Xoca Sadәddin 
Əfәndinin  “
Tacüt  Təvarix
”,  Gәlibolulu  Alinin  “
Künhül  Ahbar
”  bu  çağın  unudulmaz  nәsr 
әsәrlәridir (Eflatun, 2014:485-497). 


 
 
23 
 
17-ci әsrdә artıq Osmanlı Dövlәtinin zәiflәmәyә başladığı, ölkәdә Şiә-Sünnü mübarizәsi 
vә Cәlali üsyanlarının zirvәyә çatdığı müşahidә olunur.  
Bu çağda Anadoluda Türkcә şeirlәr digәr әsrlәrә nisbәtlә artıq özünü tәsdiqlәdib vә Fars 
tәsiri  öncәki  hökmranlığını  itirib. 
Səbki-Hindi 
cәrәyanı  Fars  әdәbiyyatından  Anadoluya  sirayәt 
edib  vә  görkәmli  şairlәr  yaranıb.  Bu  çağda  Nәfi,  Naili,  Nişati,  İsmәti,  Şeyx  Qalib  kimi  böyük 
şairlәr yetişib. Bu çağda nәsr әsәrlәri yaradanların başında “
Səyahətnamə
” yazan Övliya Çәlәbi 
ilә  “
Kəşfüz  Zünun,  Cihannüma,  Tuhfətül  Kibar  fi  Әsfaril  Bəhr,  Düsturül  Әməl,  Mizanül  Haq
” 
kimi әsәrlәrin sahibi coğrafiya, astronomiya vә riyaziyyat sahәsinin görkәmli alimi Katib Çәlәbi 
olub (Mengi, 2015:193-227). 
18-ci әsr, Türk dünyasının әn böyük gücü olan Osmanlı Dövlәtinin artıq gerilәmә çağıdır. 
Bu әsrin  ilk  rübündә 
Lalə Dövrü
  qısa  bir  müddәt  ölkәdә  sabit  vә  asudә  bir  atmosfәr  yaratsa  da 
Patrona Xəlil
 üsyanı ilә hәr bir şey tәrsinә dönüb. Padşah III-cü Əhmәd taxtdan salınıb, sәdrәzәm 
Nәvşәhәrli İbrahim Paşa qәtlә yetirilib, başladılan islahat hәrәkәtlәri dayanıb. 
Nәdim bu çağın әn görkәmli şairidir. Şeyx Qalib dә hәm 17 hәm dә 18-ci әsrin şairidir. O 
çağa kimi Mövlәvi şairlәri ilә bağlı mәlumatları bir araya toplayan Əsrar Dәdә, “
Təzkirəi Şuarayı 
Mövləviyə
”  adlı  önәmli  biyoqrafik  әsәrini  yaradıb.  Bu  çağın  әn  önәmli  tarixçisi  isә  Naimadır. 
Əsәri  1574-1659-cu  illәr  arasında  yaranan  hadisәlәr  haqda  mәlumat  tәqdim  edir  (Eflatun, 
2014:498-523). 
19-cu  әsr  Türk  dünyasında  böyük  fәlakәtlәrin  yarandığı  çağdır.  Türküstan  coğrafiyası 
Rus  işğalına  mәruz  qalıb.  Qafqazya  vә  Azәrbaycan  daxili  çәkişmәlәrin  burulğanına  tutulub. 
Xanlıqlar  arasında  yaranan  hakimiyyәt  mübarizәsi  Rus  işğalının  daha  asan  şәkildә 
gerçәklәşmәsinә  sәbәb  olub.  11-ci  әsrdәn  bәri  Türklәri  Anadoludan  vә  Yaxın  Şәrqdәn  qovub 
çıxarmaq istәyәn xristian dünyası Osmanlı Dövlәtinә axırıncı zәrbәni vurmağa hazırlaşıb. 
Bu  çağda  divan  şeiri  artıq  qüdrәtini  itirmәyә  başlayıb  vә  yaranan  yeni  әdәbiyyat  öz 
hakimiyyәtini elan edib. Oğuzların Anadoluya daxil olduqları zaman güclәnәn dini-tәsәvvüfi şeiri 
Osmanlı Dövlәtinin tәnәzzülә uğramağa başladığı dövrdә dә özünü göstәrib. 1861-ci ildә qurulan 
“Əncümәni  Şuara”  şairlәrin  bir  araya  gәldiyi  tәşkilata  çevrilib.  Bu  tәşkilatın  yığıncaqlarında 
Namık Kamal vә Ziya Paşa kimi görkәmli şairlәr dә iştirak edib. Bu dövrün şairlәri tәrkibi bәnd 
(eyni  vәzndә  8-20  misralıq  bәndlәrin  birlәşmәsindәn  yaranan  nәzm  şәkli),  tәrcii  bәnd 
(ümumiyyәtlә 5-7 bәnddәn ibarәtdir, ancaq 3-17 bәndә qәdәr dә ola bilirlәr), şәrqi vә tarixlә bağlı 
olan bәndlәr yazılmağa başlanıb (Mengi, 2015:261-262). 
 
  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə