Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə60/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   56   57   58   59   60   61   62   63   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

 
(Argunşah 2001:142).
 
 
 
Türkiyәyә oxumağa gedәn gәnclәrdәn söz açan S. Bulgar,
 
Hәmdullah Süphi Tanrıöverin 
yardımı ilә Bucak bölgәsindәn 20-yә yaxın tәlәbәnin yollandığını, bunların hamısının Türkiyәdә 
qaldığını,  hәrbi  xidmәtdә  olduqlarını  yazıb.  Bu  şәxslәr  Qaqauzların  folklorunu,  әdәbiyyatını, 
adәt-әnәnәlәrini Türkiyәdә tәbliğ ediblәr (Şamil, 2011:113). 
 
DİONİS TANASOĞLU
 
Dionis  (Dәniz)  Tanasoğlu  1922-ci  ildә  Qaqauz  Yerindә 
Çadır
  qәsәbәsinә  bağlı 
Kiriyet
 
kendindә  dünyaya  gәlib.  Atası  Nikolay  Tanasoğlu,  Qaqauzların  әn  görkәmli  әdәbiyyatçısı, 
yazıçısı  vә  marifçisidir.  Qaqauz  әdәbiyyatının  formalaşmasında  onun  әvәzsiz  әmәyi  vardır. 
İbtidai mәktәbi öz kәndindә alan Dionis orta mәktәbi Ukraynanın Belqorod qәsәbәsindә, liseyi dә 
1938-43-cü  illәr  arasında  Rumınyanın  qәsәbәsi  Bırladda  bitirib.  Rumın  dilini  çox  gözәl 
mәnimsәyәn  Dionis  II  Dünya  Müharibәsindә  Hitlerin  ordularına  qarşı  vuruşub.  Hәrbdәn  sonra 
İon Creange Universitetinde müәllimlik şöbәsindәn mәzun olub, digәr tәrәfdәn Leninqrad Teatr 
Universitetinin  aktyorluq  şöbәsini  qiyabi  bitirib.  Gәnc  yaşlarında  öz  kәndlәrindә  vә  Çadır 
qәsәbәsindә,  Kişinevdә  müәllimlik  edib,  yüksәk  mәmuriyyәtlәrdә  işlәyib.  Daha  sonra  Komrat 
Dövlәt  Universiteti  rektorluğu  vәzifәsinә  tәyin  edilib  vә  bütün  qaqauzları  öz  ana  dillәrindә 
danışmağa  istiqamәtlәndirib,  bununla  da  xalqın  rәğbәtini  qazanıb.  Tanasoğlu,  illәr  uzunu 
Moskvaya öz ana dillәrindә tәhsil almaq istәdiklәrini bildirәn mәktublar yazıb vә axırda 30 İyul 
1957-ci  il  tarixindә  Moldova  Sovet  Sosialist  Cümhuriyyәtindә  bir  qәrar  çıxartdıraraq  Kiril 
elifbası  әsasında  öz  әlifbalarını  yaradıblar.  Bu  tarix  dә  qaqauz  mәdәniyyәtinin  inqilabına  sәbәb 
olub. Qaqauzların Dәniz Ağa deyә xitab etdiyi  Dionis Tanasoğlu Moskvanın yolladığı  türkoloq 
Ludmila Pkrovskaya ilә birlikdә Qaqauz әlifbasını, sonra da dersliklәri hazırlayıb. Azәrbaycanda 
müdafiә  edib  elmi  ad  alan  Dionis  tanasoğlu  hazırladığı  dәrsliklәrdә  Türk  dünyasının  şifahi 
әdәbiyyatından  örnәklәr  götürәrәk  bu  dәrsliklәrә  salıb.  Bu  dәrsliklәrdә  qaqauz  dili  vә 
әdәbiyyatının  Orxon-Yenisey  abidәlәrindәn  mәnbәlәndiyini  vurğulayıb.  Moldova  Yazıçılar 
Birliyi ilә sıx әlaqә yaradaraq 1957-60-cı illәr arasında 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə