Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə132/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   145
Azf-277620

 
8.
 
Dəvət etmək məqsədilə: 
Xoş gəlmisiniz; Buyurun qonağımız olun; 
Qal qurbanın olum; Qapımız həmişə üzünüzə açıqdır; Siz bizim üçün həmişə 
əzizsiniz və s. 
 
9. Vidalaşma məqamında:
Sizi səbirsizliklə gözləyirik; Salamat qalın; 
Zəhmət çəkdiniz; Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; 
Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha 
evimizdə görsək şad olarıq; İnşallah qismət olsa, biz yenə görüşərik; Allah 
yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s. 
 


243 
10.
 
Görülən işin müqabilində razılıq, rəğbətləndirmə:
Afərin; Əhsən; 
Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim; 
Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Qadan alım; Allah 
sizdən razı olsun; Allah köməyin olsun; Sizin bu işdə gözəl səriştəniz var; Biz 
bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox 
sağ olun; Afərin, mərhaba; Qismət olsa, əvəzini çıxaram; Allah səni dərd-bəladan 
uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər 
sizdən uzaq olsun; Səni Allah saxlasın və s.
11.
 
İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində:
Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz 
bacardığınızı etdiniz və s.
 
12.
 
Arzu-istək və təbrik etmək məqamında: 
Yaxşı yol; Sağlıqla qalın; 
Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah 
sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; 
Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz 
mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; 
Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah 
imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, 
başın uca olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah 
iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə